ŞİMAL

I. i. north; ~a to the north (of); ~a tərəf north (wards) (of), (dənizdə) to the northward (of), ~da in the North; ~a getmək to go* north

II. s. north, northern; ~ küləyi north; northern / northerly wind; ~ sakini northerner; ~ qütbü North Pole; ~ maralı reindeer; ~ parıltısı northern lights pl. (i.s.)

ŞİLLİNQ
ŞİMAL-QƏRB
OBASTAN VİKİ
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal (Xaçmaz)
Şimal — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şimal (dəqiqləşdirmə)
Şimal — qütblərdən biri. Şimal (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Şimal Dənizi
Şimal dənizi (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi.
Şimal Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. == Tarixi == Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
Şimal adası
Şimal adası (Yeni Zelandiya)
Şimal amurları
Şimal Amurları (rus. Северные амуры) — 1807–1814 il Napoleon müharibələri dövründə fransızlar tərəfindən başqırd döyüşçülərinə verilmiş tarixən yaranmış addır . == Şimal Amurları ifadəsinin yaranması == 1807-ci ilin iyununda Tilzit sülh müqaviləsinin imzalanması meydana çıxdı. O zaman başqırd döyüşçüləri yay və oxlarla silahlanırdılar. Fransızlar, onları imperiya mədəniyyətinin təsiri altında antik Allah Amur ilə müqayisə edirdilər. Napaleon generalı de Marbonun öz memuarlarlarında Napaleon ordusuna qarşı başqırd döyüşçüləri tərəfindən hazırlanmış yaylara malik olanlara fransızlar "şimal Amurları" ləqəbi verdilər. == Müharibədə iştirakı == Başqırd alaylarının Napoleon Fransası ilə müharibə hələ 1806–1807-ci illərdə rus- prussiya-fransız müharibəsində başlanmışdı. Napoleona qarşı Orenburq kənarından 600 kalmık, 1000 Çelyabinsk və Orenburq kazakı və 7 min başqırd hərəkət etdi. 1813–1814-cü ildə rus ordusunun xarici yürüşləri zamanı bu addan istifadənin coğrafiyasını genişləndi. Napoleon qoşunlarının basqınına qarşı mübarizə üçün başqırdların təşəbbüsü ilə Rusiya hökuməti 28 alay yaratmışdı.
Şimal boğazı
Şimal boğazı (ing. North Channel, irl. Sruth na Moali) — Britaniya adasını İrland adasından ayıran boğaz. Atlantik okeanını İrland dənizi ilə biləşdirir. Uzunluğu 170 km, eni isə 20–40 km arası dəyişir. Boğazın ən dərin yeri Boford çökəkliyidir ki, onunda dərinliyi 272 m-dir. Boğazda gücle axınlar olur ki, axının sürəti 12 km/s təşkil edir. Şotlandiya sahilində nisbətən böyük körfəz Fert-of-Klayddır. Burada çox saylı xırda adalar və buxtalar mövcuddur. Başqa körfəzlərə misal kimi Belfut-lox, Lox Rayan göstərmək olar.
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal müharibəsi
Böyük Şimal müharibəsi — Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş. == Dövlətlərin məqsədləri == Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı; Polşa Finlandiyaya iddia edirdi; Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi. == Müharibəyə hazırlıq == Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı; Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır; Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir. Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır; İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı; Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı. == Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri == Osmanlıya qarşı mübarizəni davam etdirmək; Yeni müttəfiqlər tapmaq; Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirmək Hələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri == Həmin koalisiyanın Rusiya ilə bağlı planları == == Müharibənin gedişi == İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir: Hollandiya İngiltərə Fransa Rusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı. 1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri ) 1.müqavilə İsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.
Şimal oluşası
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Şimal qamçılıca
Şimal qatıqotu
Şimal qatıqotu (lat. Galium boreale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Şimal qazaoxşarı
Şimal qazaoxşarı (lat. Clangula hyemalis) — Ördəklər fəsiləsinə aid quş növü.
Şimal yarımkürəsi
Şimal yarımkürəsi — Yer kürəsinin ekvatordan şimalda olan hissəsidir. Şimal yarımkürəsində təqvim yayı iyun-avqust aylarında, təqvim qışı isə dekabr-fevral aylarında olur. Korolis qüvvəsinə görə təzyiqin aşağı olduğu zonalar və qasırğalar Şimal yarımkürəsində demək olar ki, həmişə sol tərəfə - saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsinin quru hissəsi Cənub yarımkürəsinə nisbətən yığcam və daha çoxdur.
Şimal zürafəsi
Şimal zürafəsi (lat. Giraffa camelopardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü. == Yarımnövləri == Anqola zürafəsi (G. c. angolensis) Somali zürafəsi (G. c. camelopardalis) Uqanda zürafəsi (G. c. rothschildi) Masay zürafəsi (G. c. tippelskirchi) Torşəkilli zürafə (G. c. reticulata) Cənubi Afrika zürafəsi (G. c.
Şimal İES
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40–50% -ni təmin edir. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Haitinin Şimal-Qərb departamenti
Haitinin Şimal-Qərb departamenti (fr. Le Département du Nord-Ouest) — Haiti Respublikasının 10 departamentindən biri. Ölkənin şimalında yerləşən və Tortuqa adası ilə Haitinin ən şimal hissəsidir. Sahəsi — 2176 km², əhalisi — 662 777 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Por-de-Pe.
Haitinin Şimal-Şərq departamenti
Haitinin Şimal-Şərq departamenti (fr. Le département du Nord-Est, h.kreol Nòdès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahə — 1805 km², əhalisi — 358 277 nəfər (2009). İnzibati mərkəzi — For-Liberte. Şərqdə Dominikan Respublikası ilə sərhəddir.
Haitinin Şimal departamenti
Haitinin Şimal departamenti (fr. Le département du Nord) — Haiti Respublikasının 10 departamentindən biri. Ölkənin şimal hissəsində yerləşir. Sahəsi — 2115 km², əhalisi — 970 495 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Kap-Aityen. == Tarix == XVIII əsrin sonlarında mövcud departamentin ərazisi Fransanın Haiti ən məhsuldar bölgəsidir, ən böyük şəkər əkinləri buradadır, bu ərazilər böyük iqtisadi əhəmiyyətə malik idi. Sahə ərazilərinə (xüsusən də iqtisadi cəhətdən) daha çox muxtariyyət istəyən zəngin əkinçilərdən ibarət idi. Burada Haiti inqilabı başlamışdır. 22 avqust 1791-ci ildə bir qul quldurluğu başladı. 10 gün ərzində kölələr bütün şimal ərazilərini nəzarət altına aldılar.
Herne (Şimali Reyn-Vestfaliya)
Herne (Şimali Reyn-Vestfaliya) (alm. Herne‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 51.41 km2, əhalisi 154 417 nəfərdir (2013).
Hindistan–Şimali Koreya münasibətləri
Hindistan–Şimali Koreya münasibətləri — Hindistan və Şimali Koreya arasında ikitərəfli diplomatik münasibətlər. Hindistanın Pxenyanda, Şimali Koreyanın isə Yeni Dehlidə səfirliyi var. Hindistan Koreyaynın birləşməsini istədiyini söyləyir. == Tarix == === Koreya müharibəsi === Hindistan BMT Təhlükəsizlik Şurasının 82 və 83 nömrəli qətnamələrini dəstəkləyərək Şimali Koreyanı Koreya müharibəsində təcavüzkar adlandırdı. Lakin Hindistan Cənubi Koreyaya hərbi yardım göstərən 84 saylı qətnaməni dəstəkləmədi. Hindistan Qoşulmama Hərəkatının üzvü kimi Şimali Koreyaya qarşı hərbi öhdəliyini ləng yerinə yetirməkdə idi. Bunun əvəzinə Hindistan BMT-nin fəaliyyətinə mənəvi dəstək verdi və həkimlərini Koreyaya xoş niyyət jesti olaraq göndərməyə qərar verdi. Koreyaya göndərilmək üçün Hindistan Hava Hücum Diviziyasının bir hissəsi olan 60-cı Hindistan Sahə Tibbi Birliyi seçildi. Bu bölmə 14 həkim daxil olmaqla 346 nəfərdən ibarət idi. Hindistan 1947-ci ildə Koreyanın bölünməsinə nəzarət edən BMT-nin Doqquzluq Komissiyasının sədri idi.
Həsənabad (Sumay-i Şimali dehistanı)
Həsənabad (fars. حسن اباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 372 nəfər yaşayır (61 ailə).
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti — Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində ali təhsil müəssisəsi. == Tarixi == Terek Xalq Maarif İnstitutu 1920-ci il avqustun 21-də açılmışdır. İnstitut Vladiqafqazın Marinskaya küçəsindəki keçmiş Olginskaya qadın gimnaziyasının binasında yerləşirdi. Georgi Kesayev institutun ilk direktoru olmuşdu. İnstitut iki fakültə tərkibində fəaliyyətə başlamışdır: ictimai tarix və fizika-riyaziyyat. Fakültələr dörd şöbədən ibarət idi. Birinci və ikinci səviyyəli eksperimental nümayiş məktəbləri, ictimai-tarixi, qafqazşünaslıq, fiziki, təbii-coğrafi, əmək üzrə kurs otaqları da açıldı. Şimali Qafqazın dağlıları arasında ilk professor, dilçi Boris Alborov institutun ikinci direktoru təyin edildi. 1921-ci ildə Terek rayonu Dağlılar Muxtar Sovet Sosialist Respublikasına çevrildi. Bu münasibətlə universitetə ​​Dağlılar Pedaqoji İnstitutu adı verildi.
Kirov rayonu (Şimali Osetiya)
Kirov rayonu (oset. Кировы район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Elxot kəndidir. == Coğrafiya == Kirov rayonu respublikanın şimal-qərb hissəsində, Kabarda-Balkariya ilə sərhəddə yerləşir. Rayonun sahəsi 410.74 km²-dir. Aşağıdakı rayonlarla həmsərhəddir: şimal-şərqdə Mozdok rayonu, şərqdə Pravoberejnı rayonu, cənubda Ardon və Diqorski rayonları, eləcə də qərbdə və şimalda Kabarda-Balkariyanın 3 rayonu. Rayonun hidroqrafik şəbəkəsi Terek, Kambileevka, Urux, Zmeyka çayları və onların qolları ilə təmsil olunur. Bir sıra meliorasiya kanalları da mövcuddur. == Tarixi == 2 dekabr 1934 SSRİ sosialist partiyasının Şimali Osetiyanə bölməsinin qərarı ilə beş kənd sovetliyi təşkil edilir: Elxotovski, Stavd-Dordski, Zmeyski, İranski və Komsomolski. 17 mart 1935-ci ildə SSRİ MİK qərarı ilə Elxotov rayunun adı Kirov rayonu olaraq dəyişdirilir.
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Lefkoşa, Şimali Kipr
Nikosiya ya da Lefkoşa — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur. Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. == Tarixi == Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir.
Lukovskaya (Şimali Osetiya)
Lukovskaya (Oset. Луковскæй) kəndi Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. Bələdiyyənin inzibati mərkəzi "Lukovskoye kənd qəsəbəsi"dir. == Coğrafiya == Lukovskaya kəndi Terek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Regional Mozdok şəhərinin cənub-qərbində və Vladiqafqaz şəhərindən 114 km şimal-qərbdə yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Sovetski, şimal-qərbdə Lukovski və şərqdə Mozdok. Çayın qarşı tərəfində Kievski kəndi var. Kənd respublikanın çöl zonasında Kabarda düzənliyində yerləşir. Terek çayının vadisi boyunca təpələr uzanır. Bələdiyyənin ərazisindəki orta hündürlük dəniz səviyyəsindən təxminən 130 metr yüksəkdir.
Lukovski kənd qəsəbəsi (Şimali Osetiya)
Lukovski kənd qəsəbəsi, Rusiya Federasiyasında Şimali Osetiya Respublikasının Mozdok bölgəsindəki bələdiyyədir. İnzibati mərkəz Lukovskaya kəndidir. == Coğrafiya == Bələdiyyə Mozdok bölgəsinin mərkəzi hissəsində yerləşir. Kənd qəsəbəsinə iki qəsəbə daxildir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,16 km2 -dir. Bələdiyyələrin torpaqları ilə həmsərhəddir: şərqdə Mozdok şəhər qəsəbəsi, cənubda Kiyev kənd və Qızılyar kənd qəsəbəsi, qərbdə Pavlodolskoe kənd qəsəbəsi və şimal-qərbdə Sadovoe kənd qəsəbəsi. Kənd yaşayış məntəqəsi respublikanın çöl zonasında Kabarda düzündədir. Ərazi əsasən dalğalı və düzdür, hündürlüyə doğru kiçik dalğalanmalar müşahidə olunur. Dağlıq təpələr Terek çay vadisi boyunca uzanır. Bələdiyyə ərazisində orta yüksəkliklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Mahmudabad (Şimali Azərbaycan)
Mahmudabad şəhəri — Həmdullah Qəzvininin yazdığına görə, tarixdə mövcud olmuş Mahmudabad şəhərini Elxani hökmdarı Mahmud Qazan xan öz adı ilə adlandırmışdır. Bəcirəvan şəhərindən 20 fərsəx (təqribən 140 km), Ərdəbildən 40 fərsəx (təqribən 280 km) məsafədə yerləşirdi. Mahmudabad şəhəri Güştasfi mahalının sənətkarlıq və ticarət mərkəzi olmuşdur. 1555-ci ildə Mahmudabadın hakimi Şərəf xan Bitlisi idi. Mahmudabad zərbxanasında Şirvanşahlar adından pul kəsildiyi də məlumdur. 1394-cü ildə Əmir Teymurun qoşunları, 1500-cü ildə isə I Şah İsmayılın qoşunları Mahmudabad yaxınlığında qışlaması barədə tarixi faktlar mövcuddur. Tarixdən o da məlumdur ki, Ağqoyunlularla Teymurilər arasında vuruşmalardan biri də Mahmudabad yaxınlığında baş vermişdir (1468/69-cu ildə). Ehtimal ki, XVII–XVIII əsrlərdə feodal ara müharibələri nəticəsində paytaxt Mahmudabad şəhəri tənəzzülə uğramışdır. XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741–1742-ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb. == Yerləşdiyi ərazi == Bəzi tarixçilərə görə bu şəhər Salyan, bəzilərinə görə isə Masallı rayonunun (Mahmudavar kəndi) ərazisində ola bilərdi.
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.457 nəfər yaşayır (245 ailə).
Maral gölü (Şimali Amerika)
Maral gölü — Kanadanın mərkəzində yerləşən göl, Saskaçevan və Manitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km². Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km² təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur. Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir.
Mayski (Şimali Osetiya)
Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir. == Coğrafiya == Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri. Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir. == Tarix == 19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı.
Milli Birlik Partiyası (Şimali Kipr)
Milli Birlik Partiyası (türk. Ulusal Birlik Partisi, UBP) — Şimali Kiprdə milli mühafizəkar siyasi partiya. 11 oktyabr 1975-ci ildə Rauf Denktaş tərəfindən təsis edilmişdir. Partiya yarandığı vaxtdan 1994–1996-cı illər istisna olmaqla, 2003-cü il seçkilərinə qədər hakimiyyətdə olmuşdur. 2009-cu ildə Şimali Kipr Nümayəndələr Palatasına keçirilən qanunvericilik seçkilərində partiya səslərin 44%-ni və 50 oturacaqdan 26-sını qazanaraq çoxluq hökümətini formalaşdırmışdır. Partiyanın namizədi, keçmiş baş nazir Dərviş Eroğlu 17 aprel 2005-ci ildə Şimali Kiprdə keçirilən prezident seçkilərində 22,8% səs toplamışdır. 2016-cı ildən 2018-ci ilin əvvəlindəki seçkilərə qədər partiya lideri Hüseyn Özgürgün baş nazir vəzifəsini icra etdiyi Demokratik Partiyanın azlıq hökumətində baş tərəfdaş olmuşdur.
Mirabad (Sumay-i Şimali dehistanı)
Mirabad (fars. ميرابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (49 ailə).
Monastır (Şimali Makedoniya)
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Müstəqillik Günü (Şimali Makedoniya)
Müstəqillik günü — (mak. Ден на независноста) Şimali Makedoniyada 8 Sentyabr tarixində qeyd edilir. 1991-ci il referendumu ilə Makedoniyanın müstəqillik qazanmasından sonra milli bayram olaraq qeyd edilir. == Tarix == 8 sentyabr 1991-ci ildə referanduma qatılan 75,8%-lik seçicinin 95,5%-dən çoxu Şimali Makedoniyanın müstəqilliyinə səs verdilər. Axşam saatlarında meydana toplaşan vətəndaşlara dönəmin Makedoniya prezidenti Kiro Qliqorov müraciət etdi: "Əziz Makedoniya vətəndaşları, bu gecə sizi və bütün Makedoniya vətəndaşlarını azad, suveren və müstəqil Makedoniyanı təbrik etməyimə icazə verin." Xalqın müstəqil dövlət istəyi ilk çoxpartiyalı Makedoniya parlamenti tərəfindən 18 sentyabr 1991-ci ildə təsdiqləndi. 25 sentyabr 1991-ci ildə Makedoniyanın İstiqlal Bəyannaməsi, 17 noyabr 1991-ci ildə isə Makedoniyanın Konstitusiyası qəbul edildi. Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. Lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır.
Məstəkan (Sumay-i Şimali dehistanı)
Məstəkan (fars. مستكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 575 nəfər yaşayır (116 ailə).
NUTS Şimali Makedoniyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. Şimali Makedoniya AB üzvlüyünə namizəddir, buna görə də nominal olaraq NUTS nomenklaturasına daxil edilmişdir. Nomenklatura üç səviyyəyə malikdir: NUTS-1: MK0 Şimali Makedoniya NUTS-2: MK00 Şimali Makedoniya NUTS-3: 8 statistika regionları MK001 Vardar MK002 Şərqi MK003 Cənub-qərb MK004 Cənub-şərq MK005 Pelaqoniya MK006 Poloq MK007 Şimal-şərq MK008 Skopye Mövcud NUTS səviyyələrinə əlavə olaraq, iki səviyyəli LAU var (1-ci səviyyə - bələdiyyələr, 2-ci - kəndlər).
Nəhəng şimal fırtınaquşu
Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir. Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür, == Xüdusiyyətləri == Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur.

Digər lüğətlərdə