Dialektlərin çoxunda (Tovuz, Kəlbəcər, Qəbələ, Şirvan...) “qulaq vermək”, “dirənib durmaq”, “mənasızlıq” anlamlarını əks etdirir. Rus dilində “шни” sözü var və вздор, бабьи сплетни anlamında işlədilir. Güman etmək olar ki, şini və şni sözləri qohumdur, amma bizdə məna daha genişdir, sözün ruslara bizdən keçməsi ehtimal olunur. Söz farsca şenidən (dinləmək) məsdərinin əsası (şeno) ilə də bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)