ƏCLAF (həm isim, həm də sifət kimi) [Nağı:] Adə, mən əclaf, gör kimin yanında kimin sözünü danışıram?! (M.İbrahimov); ALÇAQ (məc.) Güləbətin: ..Sən xainsən, adam satansan, alçaqsan! (M.İbrahimov); DƏNİ (köhn.) Böyüklərin işi deyil, deməli; Dənidən betərdir feli, əməli (Q.Zakir); ƏCAMİR (köhn.) Səslər: Hamısı babi, hamısı Qafqazın əcamir, ovbaşı, lotu-potulardır (M.S.Ordubadi); ƏDNA (kl.əd.) Şeyx Hadi: Səfil, ədna!.. (H.Cavid); XƏBİS Həmid: Həmişə xəbislərin axın belə olur... (H.Abbaszadə); NAMƏRD Ələkbər: Özüm bura qayıtmaq istəmirdim ki, o namərd arvadı gözüm görməsin (B.Bayramov); OĞRAŞ (dan.) Feyzi Muxtara: Arvaddan qorxan oğraş, sən öləsən, kəlləni qarpız kimi şaqqalaram! (B.Bayramov); RƏZİL De mənə nə istəsən; Mən rəziləm, alçağam! (Ə.Kərim); YARAMAZ Sən yeri gəldikcə qamçıla şair; Duyğusuz, yaramaz yekəbaşları (M.Rahim).