ƏLƏVİLİK
[ər. ػهى حَ ] – şiəliyə mənsub dini-fəlsəfi təlim. Əliallahilik isə [ər. ػه آُن هّ حُ ]- şiəlik təriqətidir. Orta əsrlərdə İranda, Azərb. və digər ölkələrdə geniş yayılmış dini-mistik cərəyandır. Ələvilik Türkiyədə sünnilik sonra ən çox mənsubu olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin-də Allah - Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah - Məhəmməd - Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər möv-cuddur. Bunlardan ən tanınmışı Anadoludan qaynaqlanan Bəkta-şilikdir. Bektaşilik ələvəlik içində bir təriqət olması səbəbiylə ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi kimi Ələvilik , Allah - Məhəmməd - Əli üçlüyü və Əhl-i Beyt, On iki İmamlara ciddi olaraq əhəmiyyət verən Şiəliyin On ikicilik məzhəbi ilə ortaq nöqtələrə sahib bir yoldur. Ələvilikdə araşdır-ılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının insan daxil kainatdakı hər şeyin içində olduğu inancı vardır. Ələvilik Allah qorxusu yerinə sevgisini mənimsəyən, təməlində insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf yoludur. Özünü insan sevgisində tapan, Tanrının insanda təcəlli etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın ölümsüzlüyünə inanan, ibadətlərində qadın kişi ayrı-seçkiliyi etmədən , öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır.