əl sıxma
əlaqə
OBASTAN VİKİ
Hüseyn Əla
Hüseyn xan Məhəmmədəli xan oğlu Əla (13 dekabr 1882, Tehran – 13 iyul 1964, Tehran) — İranın baş naziri. == Həyatı == Hüseyn xan Məhəmmədəli xan oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Hüseyn xan Əla ali təhsilini İngiltərədə, London şəhərində almışdı. Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Moinəlvüzəra ləqəbini daşıyırdı.
Əla Surəsi
87-ci surə
Əbül-əla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.
Məhəmməd Əla oğlu Hümam
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Dəqaiqül Əlac
Dəqaiqül-Əlac — Kərim Xan Kirmaninin əsəri müqəddimə və beş məqalədən ibarətdir. Əsər dərmanlardan istifadə qaydalarından, onların seçilməsi üsulundan, insan bədəninin tərkibindən, qan almaq xəstəliyin təşxisi və s. bəhs edir. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Əsər sarı, birmil kağıza bənövşəyi mürəkkəblə yazılmışdır. Cildi yoxdur. Həcmi 19 vərəq, ölçüsü isə 19x17 sm.-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-2443/18463 şifrəsi ilə saxlanılır.
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq. Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir. == Əsas mərhələləri == 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi. Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar. 1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala 2017-ci ildə Sercio Duarte prezident seçildi..
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Erməni-Azərbaycanlı mədəniyyət əlaqələri
Azərbaycan–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. == İstinadlar == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Fiqurların qarşılıqlı əlaqəsi (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Funksional əlaqələr
== Hidrometeoroloji amillər == Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr == Funksional əlaqələr == Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Gölün marfometrik əlamətləri
I Əlaəddin Keyqubad
Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır. I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır. == Həyatı == I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi. 1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Kərim Xan Kirmani. “Dəqaiqül Əlac”
Dəqaiqül-Əlac — Kərim Xan Kirmaninin əsəri müqəddimə və beş məqalədən ibarətdir. Əsər dərmanlardan istifadə qaydalarından, onların seçilməsi üsulundan, insan bədəninin tərkibindən, qan almaq xəstəliyin təşxisi və s. bəhs edir. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Əsər sarı, birmil kağıza bənövşəyi mürəkkəblə yazılmışdır. Cildi yoxdur. Həcmi 19 vərəq, ölçüsü isə 19x17 sm.-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-2443/18463 şifrəsi ilə saxlanılır.
Mahmud xan Əlaülmülk
Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülk (12 iyul 1842, Təbriz – 15 sentyabr 1926, Tehran) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Mirzə Əsədulla xan Nizaməddövlənin kiçik qardaşı, XIX əsrin sonlarında Azərbaycan hökumətinin idarə olunmasında yaxından iştirak etmiş Mahmud xan 1258-ci ildə (1842) anadan olmusdur. O, Mirzə Qafar xanla Tiflisə getmiş, oradan qayıtdıqdan sonra Təbrizdə hökumət idarəçiliyində çalışmış, Azərbaycan valisi tərəfindən maliyyə işləri üzrə məsul vəzifəyə təyin olunmuşdur. Bu vəzifəyə gorə "Vəkili-dəftər" ləqəbini almışdır. Mahmud xan Azərbaycanda bir qədər işlədikdən sonra Tehrana çağırılıb, oradan London sarayına ezam olunmuşdur. O, 6 ay orada çalışdıqdan sonra geri qayıdır. Bu zaman Mahmud xanın böyük qardaşı Əsədulla xan İranın Tiflisdə Bas konsulu vəzifəsində idi. İran hökuməti 1873-cü ildə Mahmud xanı Həstərxanda İran səfirliyinə göndərmişdir. Bir qədər sonra əvvəlcə konsul, sonra isə Baş konsul təyin olunmusdur. Mahmud xan 4 il Həştərxanda Baş konsul kimi çalışmısdır.
Marketinq əlaqələri
Marketinq əlaqələri — məhsul haqqında məlumatın hədəf auditoriyaya çatdırılması prosesidir. Marketinq kommunikasiyaları hər proses ola bilər: reklam, şəxsi satış, birbaşa marketinq, sponsorluq, kommunikasiya və ictimaiyyətlə əlaqələr. Marketinq kommunikasiyaları marketinq qarışığından ibarətdir, yəni 4P: Qiymət, Tanıtım, Məkan və Məhsul, ticarət biznesi və 7P: Qiymət, Tanıtım, Yer, Məhsul, İnsanlar, Sübut və Proses, xidmət üçün əsaslanan biznes. == Ümumi baxış == Reklam marketinq kommunikasiyalarının kiçik, lakin vacib hissəsidir; Marketinq kommunikasiyaları qarışığı hədəf auditoriyaya aydın və ardıcıl məlumat çatdırmaq üçün istifadə edilə bilən alətlər toplusudur. Buna adətən reklam qarışığı da deyilir. Krozye (1990) iddia edir ki, bütün terminlər 4ps kontekstində eyni məna daşıyır: məhsul, qiymət, yer və təşviq. Qiymət hədəf auditoriyaya mesaj göndərə bilər. Məsələn, 50 dollarlıq çantanı 10 dollarlıq çanta ilə müqayisə edərkən, birincisinə lüks və ya daha davamlı bir əşya kimi baxmaq olar. Marketinq planı əsas imkanları, təhdidləri, zəif və güclü tərəfləri müəyyən edir, hədəflər qoyur və marketinq məqsədlərinə çatmaq üçün fəaliyyət planı hazırlayır. Hər 4P bölməsi öz obyektini qurur; məsələn, qiymət müəyyən bir coğrafi bazarda öz məhsul və ya xidmətinizin qiymətini rəqiblərininkindən aşağı müəyyən etməklə satışları artıra bilər.
Mirzə Mahmud xan Əlaülmülk
Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülk (12 iyul 1842, Təbriz – 15 sentyabr 1926, Tehran) — İranın ictimai-siyasi xadimi. Mirzə Əsədulla xan Nizaməddövlənin kiçik qardaşı, XIX əsrin sonlarında Azərbaycan hökumətinin idarə olunmasında yaxından iştirak etmiş Mahmud xan 1258-ci ildə (1842) anadan olmusdur. O, Mirzə Qafar xanla Tiflisə getmiş, oradan qayıtdıqdan sonra Təbrizdə hökumət idarəçiliyində çalışmış, Azərbaycan valisi tərəfindən maliyyə işləri üzrə məsul vəzifəyə təyin olunmuşdur. Bu vəzifəyə gorə "Vəkili-dəftər" ləqəbini almışdır. Mahmud xan Azərbaycanda bir qədər işlədikdən sonra Tehrana çağırılıb, oradan London sarayına ezam olunmuşdur. O, 6 ay orada çalışdıqdan sonra geri qayıdır. Bu zaman Mahmud xanın böyük qardaşı Əsədulla xan İranın Tiflisdə Bas konsulu vəzifəsində idi. İran hökuməti 1873-cü ildə Mahmud xanı Həstərxanda İran səfirliyinə göndərmişdir. Bir qədər sonra əvvəlcə konsul, sonra isə Baş konsul təyin olunmusdur. Mahmud xan 4 il Həştərxanda Baş konsul kimi çalışmısdır.
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Məhəmməd Təhviq Əlavi
Məhəmməd Təhviq Əlavi (1 iyul 1954, Bağdad) — İraq Ərəb İslam Respublikasının 50-ci baş naziri. Əlavi, Səddam Hüseyn hökuməti tərəfindən istədiyi kimi, orta təhsil aldıqdan sonra Bağdad Universitetində Memarlıq mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Daha sonra Sürgünə getdi və 1977-ci ildə Livana köçdü, burada təhsilini başa vurdu və 1980-ci ildə Beyrut Amerika Universitetidən Memarlıq ixtisası aldı. Daha sonra Birləşmiş Krallıqa köçdü. İraqın 38-ci baş naziri Əyad Ələvi onun əmisi oğludur.
Məhəmmədəli xan Əlaüssəltənə
Məhəmmədəli xan Mirzə İbrahim xan oğlu Əlaüssəltənə (1829-1918) — İranın baş naziri, xarici işlər naziri, diplomat. Bağdadda dünyaya gəlmiş Məhəmmədəli xanın əsli Qərbi Azərbaycanın Xoy şəhərindəndir. O, İranın Xarici işlər nazirliyinin əməkdaşı Mirzə İbrahim xan mühəndisin oğlu idi və atası bir muddət İranın Bağdadda konsulu kimi fəaliyyət göstərmişdir. Mirzə İbrahim xan 1858-ci ildə vəfat etmisdir. Məhəmmədəli xan diplomatik fəaliyyətə başlamazdan əvvəl adyutantbaşı müavini vəzifəsində çalışmış, sonra İranın Bombeydə səfiri təyin olunmuşdur. O, bu vəzifədə 11 il, yəni 1859-cu ildən 1870-ci ilədək fəaliyyət göstərmişdir. 1870-ci ildə Tehrana çağırıldıqdan sonra Gilan hakiminin müavini təyin olunmuşdur. Məhəmmədəli xan 1870-cu ildə İran dövlətinin Bağdadda elçisi (səfiri) təyin olunmuş, bir qədər sonra isə Baş konsul olaraq Tiflisə göndərilmişdir. Həmin vəzifədə 1889-cu ilədək fəaliyyət göstərmişdir. 1889-cu ildən isə Londonda İran dövlətinin səfiri təyin olunmuşdur.
Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. 1991-ci il sentyabrın 7-də Naxçıvan MR-nın yaranmış vəziyyətdən xilas edilməsi, ərazisini Ermənistan silahlı qüvvələrindən qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin 20 sentyabr 1991-ci il tarixli fərmanına əsasən leytenant Elman Abbas oğlu Abbasov Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan MR ərazisində birinci milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqanın uğurlu döyüş yolu olmuş və 21 may 1995-ci ildə motoatıcı diviziyaya statusu almışdır. 8 dekabr 1998-ci ildə isə motoatıcı diviziyanın bazasında 5-ci Ordu Korpusu yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 18 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. 2021-ci il mayın 10-da Naxçıvan Qarnizonu Hospitalının açılışı olmuşdur. 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyinə verilən Naxçıvan Qarnizonu Hospitalı üçün inşa edilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.

Digər lüğətlərdə