ƏSGƏR (orduda xidmət edən sıravi hərbi qulluqçu) Bilsin ana torpaq, eşitsin Vətən; Müsəlləh əsgərəm mən də bu gündən (S.Vurğun); HƏRBÇİ Günorta zavodun qoca nəzarətçisi gəlib Həmidə dedi ki, səni bir nəfər hərbçi soruşur, qapıda dayanıb (H.Abbaszadə); HƏRBİ QULLUQÇU Rza xan ağ mərmər sarayın pillələrini qalxanda .. hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər (M.İbrahimov); HƏRBİYYƏÇİ (dial.) ..özünün zahiri gör-görkəmi ilə zabitəli bir hərbiyyəçi kimi görünsün, ali hüquq təhsili almış olsa da, hərbi zahirlik kəsb etsin! (S.Rəhimov); HƏRBİYYƏLİ Üstüörtülü bir dam tapıb içəri girəndə hərbiyəlilərlə dolu olduğunu gördü (Mir Cəlal); QOŞUNADAMI (köhn.) Sağ tərəfdə .. Cavanşir elinə mənsub qoşunadamının top ətrafına yığılıb məşq etmələri onun diqqətini cəlb etdi (Çəmənzəminli); SƏRBAZ (köhn.) Vaqif yenə məsələni anladı; Ocaqqulu sərbaz düşüb müharibəyə sürüklənməsin deyə, başını götürüb qaçmağa, arvad-uşağını tərk etməyə məcbur olmuşdu (Çəmənzəminli); SOLDAT (dan.) Ac soldat öz nəfsinə; Bəzən olub əsir, qul (Ə.Cəmil).