ŞƏXS

\[ər. شخض ; alm. Individium; fr. Individu; ing. Individual; lat. Individium; tr. Birey; osm. tr. şahıs, fert\] mənası bölünməyən, parçalanmayan deməkdir. Latıncadakı devidere sözündən törə-mişdir = a-tomon – bölünməyən, özlüyündə hissələrə ayrılmaz olan varlıq. Ümumiyyətlə götürdükdə isə hər var olan bir şəxs olduğu kimi, müstəqil olaraq hər hansı bir insan da bir şəxsdir. Azərbaycan dilində bu termin latın dilindəki ifadə variantından daha çox ərəbcədəki versiyası işlənir. Ərəbcədə bu sözün cəmi əşxas-dır \[أشخاص \]. Müşəxxəs, təşxis və s.kimi eyni kökdən olan bu qəbil sözlər də dilimizdə işlənməkdədir. Şəxsiyyət \[شخظ حُّ \] – tarixən konkret fəaliyyət növləri və ictimai münasibətlər prose-sində formalaşan sosial keyfiyyətlər aspektində götürülmüş insan fərdi.
ŞEYXİLİK
ŞƏRAİT

Digər lüğətlərdə