OCAQ

i. 1. hearth; hotbed; bonfire; müharibə ocağı hotbed of war; ~ qalamaq to make a fire; to light* / to kindle a fire; ocağı sönmək məc. to ruin oneself; to die, to pass away; to become ruined; ocağını söndürmək to destory smb.’s hearth and home; to kill smb., to ruin smb.’s family; 2. a holy place

OBYEKTİVLİK
OCAQÇI
OBASTAN VİKİ
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Ocaq iyesi
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Ocaq (film, 1987)
== Məzmun == Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir. Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir. Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Sarı Ocaq (Çaldıran)
Sarı Ocaq (fars. ساري اجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (83 ailə).
Doğma ocaq (film, 2012)
Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi. == Məzmun == Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. == Haqqında == Film Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. == Festivallar, mükafatlar == “Ən yaxşı antropoloji film” mükafatı — 2013. Yekaterinburq. VIII Rusiya antropoloji filmlər festivalı “Ən yaxşı sənədli film” mükafatı — 2013.
Ocaq başı (film, 1990)
== Məzmun == Film xanəndə Hacıbaba Hüseynovun yaradıcılığından bəhs edir.
Qışlaq-i Ocaq-i Yek (Pərsabad)
Qışlaq-i Ocaq-i Yek (fars. قشلاق اجاق 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (25 ailə).
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. == Tarixi == Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Ocaq iyəsi
Abşeronun istirahət ocaqları (film, 1975)
Abşeronun istirahət ocaqları filmi rejissor Eldar Eminbəyli tərəfindən 1975-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilm də istehsal edilmişdir. Film Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır. == Məzmun == Xəzərin Abşeron sahilləri... Hər cür şəraiti olan sanatoriyalar, müasir istirahət evləri, rahat pansionatlar. Sovetlər İttifaqının hər yerindən adamlar müalicə almağa, istirahət etməyə bu yerlərə gəlirlər, burada dincəlirlər. Buzovnadakı beynəlxalq "Gənclik" düşərgəsi də dəniz sahilində yerləşir... Sənədli televiziya filmi Abşeronda Xəzərin sahilində yerləşən istirahət ocaqlarından danışır.
Alpərən Ocaqları
Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı) və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı. == İdeologiyası == Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.
Azərbaycan Ali Təhsil Ocaqları
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycanda zəlzələ ocaqları
Zəlzələ — Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsi. == Zəlzələ == Zəlzələlər təbiətin ən dəhşətli hadisələrindəndir. Hər dəfə fəlakətli zəlzələlər minlərlə insan tələfatına, böyük həcmli iqtisadi itgilərə səbəb olurlar. Analiz göstərir ki, Yerdə baş verən kataklizmlərin yarısından çoxu seysmik fəlakətlərdir. 1755-ci il noyabrın 1-də Atlantik okeanında baş verən zəlzələ çox geniş ərazidə (yüzlərlə kilometr məsafədə) dağıntılara səbəb olmuşdur. Zəlzələ ocağına ən yaxın məsafədə yerləşən Lissabon şəhərinin böyük hissəsi yerlə yeksan olmuş, 15000-ə yaxın ev dağılmış, 50000 nəfərə yaxın insan tələf olmuşdur. Zəlzələ zamanı okean dibinin titrəyişi sunami əmələ gətirmiş, hündürlüyü 30m-ə yaxın olan dəniz dalğaları nəinki yaxındakı Lissabon sahillərində, hətta İngiltərə, Fransa, Almaniya sahillərində də dağıntılara səbəb olmuşdur. İri su dalğaları həmçinin cənubi Amerika sahillərində də müşahidə olun¬muşdur. 1906-cı il aprelin 18-də Kaliforniyada iri San-Andreas qırılmasında baş verən qəfləti üfüqi yerdəyiş¬mə güclü zəlzələyə səbəb olmuş, San-Fransisko şəhəri dağılmaqla bərabər, böyük yanğınlara məruz qalmışdır. Qırılma zonasında yerdəyişmənin amplitudu 7 m-ə çatmışdır.
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Bakının ali təhsil ocaqları
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Ocaqabad (Çaldıran)
Ocaqabad (fars. اجاق اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (9 ailə).
Ocaqalazar (Germi)
Ocaqalazar (fars. اوجاق الازار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 194 nəfər yaşayır (43 ailə).
Ocaqkəndi (Bəstamlı dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 513 nəfər yaşayır (101 ailə).
Ocaqkəndi (Dizmar-i Şərqi dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (9 ailə).
Ocaqkəndi (Həştrud)
Ocaqkəndi (fars. اجاق كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (22 ailə).
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). == Həyatı == Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.
Savalan Ocaqverdizadə
Savalan Rüstəm oğlu Ocaqverdizadə (1895-1977) — fizioloq, tibb elmləri doktoru (1959), professor (1961). == Həyatı == Savalan Rüstəm oğlu 1895-ci ildə Şuşa qəzasının Ağdam şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmişdi. Savalan Ocaqverdizadə 1977-ci ildə Bakı şəhərində vəfat edib.
Sərxan Ocaqverdiyev
Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur. Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.

Digər lüğətlərdə