AĞIR

sif.
1. Böyük çəkisi, vəzni olan (yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan.
– Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.
Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza.

// Sanballı.
2. Güclü, şiddətli, təsirli. Ağır yumruq. Ağır zərbə.
3. Çox çətin, böyük zəhmət, böyük səy tələb edən; çox zəhmətli; güc, zor. Ağır doğum. Ağır iş. Ağır məsələ. Ağır tələb. Ağır vəzifə.
– Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə.

// məc. Əziyyətli, məşəqqətli, əzablı, məhrumiyyətlə dolu, kədərlə dolu. Ağır dövr. Ağır həyat. Ağır illər.
– Bir səs gəlir ellərdən; Şirin-şirin dillərdən; Tanrı, balamı saxla; Ağır aylar, illərdən. (Layla).
[Yolçu:] Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.

4. məc. Bərk, dərin. Ağır yuxu.
– Dideyibəxtim oyanmaz, nə ağır uyğuludur. Füzuli.
Pah atonnan, nə ağır (z.) yatdı bu oğlan, ölübə! M.Ə.Sabir.

5. məc. Dözülməz, təhəmmül edilməz. Ağır itki. Ağır xəbər.
6. məc. Sərt, çox ciddi, şiddətli, amansız. Ağır cəza. Ağır töhmət.
// məc. Çox ciddi nəticələr verə bilən, yaxud böyük cəzaya səbəb ola bilən; çox böyük. Ağır günah. Ağır cinayət. Ağır ittiham. Ağır məsuliyyət.
– Bu dəhşət, öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır (z.) olması fikrindən doğurdu. M.S.Ordubadi.
Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır (z.) olsa da, o bunu etiraf etməyə məcbur idi. M.Hüseyn.

// məc. Nəticəsi təhlükəli, qorxulu, çox ciddi. Ağır yara. Ağır xəstə. Ağır xəstəlik.
[Partizanlar] üç nəfər ağır yaralılarını da özləri ilə sürüyərək, Kür nəhrinin … qamışlıq sahillərinə çəkilmişdilər. H.Nəzərli.

7. Gərgin, çətin, narahatedici, darıxdırıcı, sərbəst olmayan.
Hacı nəfəsini ağır (z.) alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Ə.Haqverdiyev.

8. Yavaş, sürətsiz; yavaş-yavaş hərəkət edən, ağırtərpənən. Ağır (z.) tərpənmək. – [A. Şaiq ] ağır addımlarla tribunaya qalxdı. S.S.Axundov. İçəri girdim.
Ağır addımlarla balkona çıxdım. M.S.Ordubadi.

// Yavaş ifa edilən (çalınan). Ağır hava. Havanı ağır (z.) çalmaq.
– Eşitdiyimiz musiqi səslərinin bəziləri ağır və güclü (səqil), bəziləri isə nisbətən yüngül və zəif (xəfif) olur. Ə.Bədəlbəyli.
Aşıqlar ağır hava çalırlar.
Qadın ahəstə oynayır. Ə.Haqverdiyev.

9. məc. Ağırlıq təsiri bağışlayan (öz böyüklüyü, çoxluğu, sıxlığı, tutqunluğu, alçaqlığı, rənginin qəlizliyi, sürətinin yavaşlığı və s. ilə). Ağır buludlar. Ağır boyalar (rəssamlıqda). Ağır akkordlar (musiqidə).
– Gördü bir anda bir ağır dəstə; Sanki minmiş adamlar üst-üstə. M.Ə.Sabir.
Bəzən bu səfərdə ağır dumanlar; Gəlib quldur kimi kəsir yolunu. S.Vurğun.

// məc. Çoxluq, böyüklük mənasında.
Dağlarda gəzən mənəm; Əhdim var, bəzənmənəm; Ağır elin qızıyam; Qürbətdə gəzəmmənəm. (Bayatı).
Kimsə qınamasın mən təkü tənha; Necə durum ağır el qabağında. Q.Zakir.
Çox obadan, ağır eldən keçibdi; Coşqun dərya, daşqın seldən keçibdi. Aşıq Ələsgər.

10. məc. Yüngüllükdən, səlislikdən məhrum, başa düşülməsi çətin olan. Ağır üslub. Ağır ifadə. Ağır cümlə.
11. Qəliz, kəsafətli, pis iylənən, nəfəsi çətinləşdirən, darıxdırıcı, dözülməz. Ağır qoxu. Ağır hava.
– Kərim bəy qapını açanda ağır və boğucu, isti hava onu vurdu. Mir Cəlal.

12. Çətin həzm edilən. Ağır xörək.
13. Xoşagetməz, pis, yolagetməz, qılıqsız; deyingən. Ağır xasiyyət.
14. məc. Təmkinli, vüqarlı, ciddi, heysiyyətini gözləyən. Ağır adam.
– Ağır (z.) otur, batman gəl. (Məsəl).

□ Ağır olmaq – ciddi olmaq, təmkinli olmaq.
15. Toxunan, qəlbi incidən, ürək sındıran, xatirə dəyən, xoşagetməz, acı. Ağır söz. – Onun evində nə yeməkdən, nə geyinməkdən korluq çəkəcəkdi.
Ağır söz eşitməyəcək, ağır iş görməyəcəkdi. Mir Cəlal.

16. məc. dan. Hamilə, ikicanlı, boğaz.
17. Kök, yoğun, ətli-canlı. Ağır bədən. Ağır gövdə. Ağır cəmdək.
18. məc. Çox baha, bahalı, qiymətli. Çəkidə yüngül, dəyərdə ağır. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir.
Gətirilsə də çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi.
[Kərim bəy] qızlarının hər ikisini gənc ikən ərə vermiş, ağır cehiz ilə köçürmüşdü. Mir Cəlal.

19. məc. Cansıxıcı, faciəli, ələmli, kədərləndirici. Ağır hiss. Ağır duyğu. Ağır fikir. Ağır mənzərə. Ağır təəssürat.
20. hərb. Çox güclü təchizatı, döyüş üçün güclü vasitələri olan. Ağır toplar. Ağır bombardman təyyarələri. Ağır tanklar.
– Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim.

21. xüs. Bir sıra fiziki-kimyəvi, mineraloji terminlərin tərkibinə daxil olur. Ağır metallar (mis, qurğuşun, sink, qalay və s.). Ağır su (adi sudan daha çox molekulyar çəkisi olan su). Ağır yağlar (daş kömür qatranının emalından hasil edilən maddə). Ağır yanacaq (öz izafi çəkisinə görə suya yaxın olan duru yanacaq; məs.: ağ neft və s.).
◊ Ağır eşitmək – bir az karlığı olmaq.
Ağır əl1) bərk ağrıdan, bərk zərbə vuran;
2) məc. şükümsüz, uğursuz.
Ağır gəlmək – toxunmaq, könlünə dəymək, qəlbi qırılmaq.
[Vaqif:] Ancaq Məlikməmməd xanı zindana saldırmağımız Fətəliyə, görünür, ağır gəlib. Çəmənzəminli.
Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o, dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən.

Ağır oturmaq1) baha oturmaq, baha başa gəlmək. Bu paltar mənə ağır oturdu;
2) pis nəticələnmək. Bu söhbət ona çox ağır oturdu;
3) özünü ciddi aparmaq.
Ağır tərpənmək – ətalət göstərmək, gecikmək, yubanmaq, tələsməmək, vaxtı əldən vermək.

Синонимы

  • AĞIR faciəli — ələmli — kədərli
  • AĞIR hamilə — ikicanlı — boğaz — ağırayaq
  • AĞIR deyingən — mızı
  • AĞIR təmkinli — vüqarlı — ciddi
  • AĞIR kök — yoğun — ətli — canlı
  • AĞIR baha — qiymətli
  • AĞIR yavaş — asta (hərəkət)
  • AĞIR qəliz — kəsafətli (qoxu)
  • AĞIR gərgin — çətin
  • AĞIR bərk — dərin (yuxu)
  • AĞIR güclü — qüdrətli — təsirli
  • AĞIR sərt — ciddi — şiddətli — amansız (cəza)
  • AĞIR əzablı — əziyyətli — çətin
  • AĞIR 1. AĞIR (çəkisi ağır olan) Ağır sandıq seçmə parçalarla dolu idi (Mir Cəlal); VƏZNLİ İlk məşq kiçik vəznli millərlə başlar, get-gedə ağır vəznli millə

Антонимы

  • AĞIR AĞIR – YUMŞAQ Əhməd kişinin xasiyyəti çox ağırdır. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan (M

Этимология

  • AĞIR Mənbələrdə “yavaş”, “asta” mənalarını verən ağru (aquru) sözü var. Ağır-ağır hərəkət etmək ifadəsindəki ağır sözü buradan əmələ gəlib
AĞIMTILLIQ
AĞIR-AĞIR
OBASTAN VİKİ
Ağır romantik
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna, Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər. 14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. == Filmin Mövzusu == Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Gecikən Ağır Bombardman
Gecikən Ağır Bombardman və ya Ay fəlakəti — Yer kürəsindəki Katarxey və Eoarxey dövrlərinə uyğun bir zamanda, təxminən 4,1 -3,8 milyard il əvvəl baş verdiyi düşünülmüş bir hadisədir. Fərziyyəyə görə bu dövr ərzində çox sayda asteroid, Günəş sistemindəki Merkuri, Venera, Yer və Mars da daxil olmaqla erkən daxili planetlərlə toqquşmuşdur. 2018-ci ildən bəri, bu fərziyyənin mövcudluğu şübhə altındadır. Bu hadisə üçün dəlillər Apollon astronavtlarının gətirdiyi Ay nümunələrindən qaynaqlanır. Ay süxurlarının izotopik tanışlığı, xarici qüvvə təsirlərinin böyük bir qisminin zamanın dar bir intervalında meydana gəldiyini göstərir. Bir neçə fərziyyə Günəş sistemindəki cisimlərin (asteroidlər və kometlər) axınındakı aydın görünən eyni zaman dilimini izah etməyə çalışır, lakin hələlik konsensus mövcud deyil. Planetləri araşdıran alimlər arasında məşhur olan, "Yaxşı model" (ing. Nice model) adlandırılan model, nəhəng planetlərin orbital miqrasiyaya uğradığını və bu zaman asteroid və ya Koyper qurşağındakı sərbəst cisimlərin yer planetlərinin orbitinə daxil olduğunu söyləyir. Digər tədqiqatçılar isə aydan tapılan nümunələrin 3.9 milyard il yaxınlığında dağıdıcı bir toqquşma hadisəsi tələb etmədiyini, bu tarixə aid tapılmış dəlillərin hamısının eyni bir toqquşma nöqtəsindən götürülmüş nümunələr olduğunu bildirirlər. Həm də qeyd edirlər ki, toqquşmanın sürəti Günəş sisteminin xarici və daxili zonaları arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Super ağır tank
Super ağır tank müasir nəqliyyat vasitələrinə görə olduqca böyük olan, eyni zamanda ölçü və ya çəki baxımından ağır tank standartlarından kənarda olan istənilən tankdır. Döyüşdə məhv olmaq qorxusu olmadan düşmənin hərbi birləşmələrinə və hərbi obyektlərinə nüfuz etmək üçün sarsılmaz alət yaratmaq üçün bir neçə dəfə bu cür proqramlara start verilmişdir; Bununla belə, indiyə qədər yalnız bir neçə nümunəsi hazırlanmışdır və hər hansı bir döyüşdə istifadə edilmiş olan super ağır tanklara dair çox az dəlillər mövcuddur. Bu cür tank nümunələrinin bir qismi Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi dövrlərində, bir neçəsi isə Soyuq Müharibə dövründə hazırlanmışdır. İlk super ağır tank layihəsi adıçəkilən layihə üzərində 1911-1915-ci illərdə işləyən rus dəniz mühəndisi Vasili Mendeleyev tərəfindən hazırlanmışdır. Tankın demək olar ki, öz dövrünün bütün müasir təhlükələrinə qarşı tab gətirməsi nəzərdə tutulurdu, lakin istehsal xərclərinin yüksək olmasına görə layihə kağız üzərində qalmışdır. İlk tanklarının istehsalından sonra İngilislərin "Uçan Fil" layihəsi üzrə hazırlanmış olan tank, artilleriya atəşinə davamlı bir tank kimi dizayn edilmişdir. Layihə üzərində iş dayandırılmışdır, çünki hərəkətlilik tankın zirehinin müdafiə qabiliyyətindən daha vacib idi və artıq hazırlanmış tanklar bu cəhətdən daha müvəffəqiyyətli idilər. Almanların K-Wagen (Großkampfwagen) layihəsi əsasında hazırlanacaq olan tank 4 silah daşıyan və 27 nəfərlik ekipaja ehtiyacı olan çox ağır bir dizayn idi. Müharibə bitəndə ikisi də tikilmə mərhələsində idilər və hər ikisi də məhv edilmişdirlər. 1920-ci illərin əvvəllərində fransızlar 70 tonluq Char 2C tankını istehsal etmişdirlər.
Nicat Rəhimov (ağır atlet)
Nicat Əli oğlu Rəhimov (13 avqust 1993; Bakı, Azərbaycan) — Qazaxıstanı təmsil edən ağır atlet. Nicat Rəhimov 1993-cü il avqustun 13-də Bakı şəhərində anadan olub. Nicat Rəhimov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 kiloqramlıq, sonra isə 130 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Nicat Rəhimov 134 kiloqramlıq ştanqı qaldıra bildi və bu mərhələni birinci pillədə başa vurdu. Təjanla qaldırmada isə Nicat Rəhimov birinci cəhdində 154 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 161 kiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 166 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Bununla belə Nicat Rəhimov ümumi nəticədə 295 kiloqram nəticə göstərdi və Sinqapur Olimpiadasının qızıl medalına sahib oldu. Nicat Rəhimov 2013-cü ildə Lima şəhərində (Peru) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.
Tısbaga ağır hücum tankı
Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir. Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu. Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir. Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi. 1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi.
Elxan Süleymanov (ağır atlet)
Elxan Süleymanov (2 fevral 1974, Sumqayıt) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Elxan Süleymanov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Elxan Süleymanov final mərhələsində 292.5 (130.0 + 162.5) nəticə göstərdi və olimpiadanı 8-ci pillədə başa vurdu. Elxan Süleymanov 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu.
Ağır top (film, 2001)
Ağır top (ing. Hardball) — 2001-ci ildə rejissor Brayan Robbins tərəfindən çəkilmiş və baş rolda Kianu Rivsin oynadığı filmdir. Con Getlinsin ssenarisi əsasında çəkilmiş film, Deniel Koylun "Ağır top: Gecəqondu mövsümü" adlı kitabına əsaslanır. Filmin orijinal musiqisi Mark Ayşem tərəfindən bəstələnmişdir. == Süjet xətti == Konor O'Nil bukmeyker və borca düşmüş bir qumarbazdır. Borclarını ödəmək üçün o, kasıb bir ərazidə yaşayan problemli uşaqların oynadığı beysbol komandasında məşqçi kimi işə düzəlir. O, borclarını borc sahiblərinə geri ödədikdən sonra komandadan ayrılmağa qərar verir, lakin zaman keçdikcə Konor komandada oynayan uşaqlara bağlanır. Beləliklə də o, mərc oynamağı dayandırır, uşaqlar üçün əsl məşqçiyə çevrilir və bu arada uşaqların oxuduğu orta məktəbdə işləyən cəlbedici müəllim Elizabet Uilks ilə tanış olur. Məşqçi Konor ilə onun yetişdirdiyi tələbələri bərabər uşaq beysbol liqasının finalında mübarizə aparmağa hazırlaşırlar. İki quldur dəstəsi arasında baş verən atışma zamanı çıxan güllələrdən biri məşqdən çıxıb evinə geri qayıdan komanda üzvlərindən birinin həyatına son qoyur.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. == Ümumi məlumat == Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Ağır tank
Ağır tankın ümumiyyətlə yüngül siniflərdən daha qalın bir zirehi və daha böyük bir silahı var, lakin daha az hərəkətli və çevik olmayan; daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir. Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildikdə daha böyük dizaynlar ağır tanklar kimi tanınmağa başladı. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir. Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanıldılar. İkinci Dünya Müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlaraa rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular. Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdı. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.
Ağır mineral assosiasiyaları
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır çəki (boks)
Bu çəki əsasən üç yerə bölünür: Yarım ağır çəki (81 kq-91 kq) Ağır çəki (91 kq) Super ağır çəki (+ 91 kq) Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edərlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyər. Həm həvəskar, həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edərlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.
Ağır Şkaf (1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. == Məzmun == Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. == Film haqqında == Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
Ağır Romantik (film, 2020)
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna, Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər. 14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. == Filmin Mövzusu == Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Ağır atletika Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında ağır atletika üzrə yarışlar ilk dəfə 1896-cı ildə Afinada yay Olimpiya oyunlarında salındı və o vaxtdan 1900, 1908 və 1912- ci illər dəki yarışlar istisna olmaqla, sonrakı Oyunlar proqramına qoşuldu. Əvvəlcə yarışlarda kişi atletlər idi, 2000- ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarına qadın atletlərdə qoşuldular. Bu idman növündə mükafatların 15 dəsti oynanırlar. == Yarışlar == 1896 və 1904-cü il Yay Olimpiya oyunlarında çəki kateqoriyaları üzrə deyil, və ayrı-ayrı tapşırıqlarda medallar oynanılırdı: 1896 cı il — iki əllə təkan ,bir əllə təkan ; 1904 cü il —iki əllə təkan , hantellərdə İdmanın müxtəlif növləri üzrə yarış. 1920-ci il Yay Olimpiya oyunlarından idmançı çəki kateqoriyaları üzrə (görə) bölünmüşdür, hər kateqoriya vətapşırıqların cəmi üzrə mükafatların bir dəstini oynayır: 1920 ci il — üçnövlülük (bir əllə sıçrayış,bir əllə təkan,iki əllə təkan); 1924 cü il— beşnövçülük (bir əllə sıçrayış,bir əllə təkan ,iki əllə sıxma gücü, iki əllə sıçrayış,iki əllə təkan ); 1928-1972 ci illər — üçnövlülük (sıxma gücü, sıçrayış, təkan); 1976-dan indyə kimi — iki məşqli yarış (sıçrayış, təkan). == Çəki kateqoriyaları == === Kişilər === === Qadınlar === == Rekordlar == Yeni çəki kateqoriyalarının tətbiqindən sonra 2000-ci ildən bütün kateqoriyalar üçün "olimpiya standartları" yaradılmışdı, idmançıların çəki dərəcələrində dəyişikliklərdən sonra rekordları təzədən yazmamaq və yenidən əvvəlki çıxışların nəticələri də nəzərə alınmalıdır.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
Ağır planetlərarası kosmik gəmi
Ağır planetlərarası kosmik gəmi (abr. APKG; rus. Тяжелый Межпланетный Корабль, translit. Tyajelıy Mejplanetnıy Korabl, abr. TMK) — Sovet Sosialist Respublikaları İttifaqında 1960-cı illərdə hazırlanmış kosmik gəmi layihəsi. Hansı ki, əsas hədəfi çox illik kosmik ekspedisiyaların və kosmonavtların Günəş sistemi daxil olan yaxın planetlərə enişinin təşkili (Mars və gələcəkdə Venera) olmuşdur. Gəminin Marsa buraxılışı 8 iyun 1971-ci ilə, qayıdışı isə 10 iyul 1974-cü ilə planlaşdırılırdı. OKB-1 bölməsində Mixail Klavdieviç Tixonravovun rəhbərliyində Marsa uçuş üçün gəmilərin müxtəlif variantları nəzərdən keçirildi. Araşdırmalar başda Qleb Maksimov və Konstantin Feoktistov olmaqla iki dizayner qrupu tərəfindən paralel olaraq icra edildi. == Maksimovun layihəsi == Qkeb Maksimovun hazırladığı layihə o vaxt mövcud olan vasitələrlə proqramın nisbətən tez həyata keçirilməsinə yönəlmişdi.
Ağır Şkaf (film, 1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. == Məzmun == Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. == Film haqqında == Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
Xu Xiao (ağır atlet)
Xu Xiao (13 aprel 1979) — Çinli qadın ağır atlet. 75 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Çini təmsil edir. Xu Xiao dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Valentin Xristov (ağır atlet, 1956)
1998 Ağır atletika üzrə Dünya Çempionatı
1998 Ağır atletika üzrə Dünya Çempionatı — 1998-ci il 10 noyabr və 15 noyabr aralığında Finlandiyanın Lahti şəhərində keçirilən dünya çempionatıdır.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 25 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində üçüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 58 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2002 Ağır atletika üzrə Dünya Çempionatı
2002 Ağır atletika üzrə Dünya Çempionatı — 18-26 noyabr 2002-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 75-ci, qadınlar arasında isə 15-ci dünya çempionatı. Çempionatda 54 ölkədən 285 atlet iştirak etmişdir.
2007 Ağır atletika üzrə Dünya Çempionatı
2007 Ağır atletika üzrə Dünya Çempionatı — 2007-ci il 17 sentyabr və 26 sentyabr aralığında Tailandın Çianqmay şəhərində keçirilən dünya çempionatıdır.
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 18-19 sentyabr 2007-ci ildə 2007 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Tailandın Çianqmey şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı
2014 Ağır atletika üzrə Dünya Çempionatı — 2014-cü il 8 noyabr və 16 noyabr aralığında Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Ağır atletika üzrə Avropa Çempionatı
2015 Ağır atletika üzrə Avropa Çempionatı — 10-18 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirildi, kişilərdə 8 çəki kateqoriyaları, qadınlarda isə 7 çəki kateqoriyalarıda mükafatlar oynanmışdı. == Çempionatdan öncə == 24 mart 2015-ci il məlum oldu ki, ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə diskvalifikasiya edilmişdir. Bunun səbəbi yığmanın 11 üzvü dopinq testdən keçə bilməməsi idi, idmançıların anabolik steroidi stanozolol aşkar edilmişdir. Diskvalifikasiya edilmiş idmançıların siyahısına həmçinin dünya çempionatlarının mükafatçısı və 2014-cü il 85 kq-a qədər çəki kateqoriyasında Avropa çempionu İvan Markov düşmüşdür. == Çempionlar və mükafatçılar == === Kişilər === === Qadınlar === == Diskvalifikasiya olunmuş idmançılar == 94 kq-a qədər (kişilər). 4-cü yeri tutmuş Anatoli Kırıku (Moldaviya) 105 kq-a qədər (kişilər). Andrian Zbirnyanın (Moldaviya) gümüş medalı ləğv olunmuşdur. 9-cu yeri tutmuş David Qogiya (Gürcüstan). 105 kq-dan yuxarı (kişilər). Oleq Proşakın (Ukrayna) qızıl medalı ləğv olunmuşdur.
2015 Ağır atletika üzrə Dünya Çempionatı
2015 Ağır atletika üzrə Dünya Çempionatı — 19 noyabr 28 noyabr tarixləri arasında ABŞ-nin Hyuston şəhərində keçirildi.
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 85 kiloqram olaraq təyin edilmişdir. Turnir 24-25 noyabr 2015-ci ildə 2015 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu ABŞ-nin Hyuston şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2016 Ağır atletika üzrə Avropa Çempionatı
2016 Ağır atletika üzrə Avropa Çempionatı — 10 aprel və 16 aprel 2016-cı il tarixləri arasında Norveçdə keçirilən Avropa Çempionatıdır.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Yavuz Ağırəlioğlu
Yavuz Ağırəlioğlu (1 fevral 1972) — Türkiyə Böyük Millət Məclisi XXVII çağırış millət vəkili, İYİ Partiyanın sabiq sədr müavini, Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sabiq sözçüsü və sabiq sədr müavini, Böyük Birlik Partiyası sabiq sədr müavini. Yavuz Ağırəlioğlu 1 fevral 1972 tarixində Trabzonun Çaykara ilçəsinin Eğridere kəndində anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Yozqatın Sorgun ilçəsində tamamlamışdır. Ali təhsilini Ankara Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır. Ailəlidir və 3 övladı var. 1995–1997-ci illərdə Nizamı-Aləm Ocaqlarının sədri olmuşdur. 2002-ci il parlament seçkilərində Trabzondan millət vəkilliyinə namizəd olmuşdur. 2003-cü ilin iyul ayında keçirilən Böyük Birlik Partiyası III Qurultayında partiyanın sədr müavini və Mərkəzi İcra Aparatının üzvü seçilmişdir. 2011-ci ildə BBP sədrliyinə namizəd oldu. 2011-ci ildən bəri Türkiyə İnisiyatif Mərkəzinin Prezidentidir.
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi

Значение слова в других словарях