AĞ1

Rəng bildirən bu sözün başqa dillərdəki qarşılığı “parıltı” (блеск) mənasını əks etdirir. Məsələn, rus dilindəki белый kəlməsi tarixi baxımdan qədim hind dilinə mənsubdur və hindlərdə parıltı anlamında işlədilib, ruslarda da həmin mənanı qoruyub saxlayır. Mənbələrdə sözünün “işıq”, “od” mənaları qeydə alınıb. “İzahlı lüğət”də S.M.Qənizadədən belə bir cümlə verilib: “Gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər zəhmətdən fövqdür”. Zənn edirəm ki, buradakı al gün birləşməsi elə “parıldayan gün” deməkdir. Əgər belədirsə, onda sözü tarixən al formasında olub və “блеск” anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

Dilimizdə şalvarın ağı birləşməsi də işlədilir (şalvarın ağı sökülüb... deyirlər). Qədim mənbələrdə sözünün bir mənası da “qıçın yanbuz tərəfindəki hissəsi” anlamını eks etdirib. Burada da kəlməsi “yuxarı”, “hündür” mənasında işlədilib. Rusca подъем” mənasını verən ağım sözümüz olub. ad - feil omonimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

Bu sözün bir mənası “yan tərəfə əyilmək” demək olub. Güman ki, əyilmək feili də bunun dəyişmiş formasıdır. Ağsamaq sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

AGAH
AĞ ELƏMƏK

Digər lüğətlərdə