aşxanaçılıq 2021
aşıb-coşma
OBASTAN VİKİ
Ayran aşı (Qəzvin)
Qəzvində bişirilən Ayran aşı Azərbaycanın ənənəvi yeməklərindən biridir ki onda noxud və lobya kimi bitkilər geniş istifadə olunur və bu baxımdan azərbaycanın başqa yerlərində hazırlanan ayaran aşları ilə fərqlənir. Bu yeməyin rəngi yaşıla çalmalıdır.
Ayran aşı (Ərdəbil)
Ayran aşı (Ərdəbil) yaxud Ərdəbil aşı Güney azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklərdən biridir.Bu növ aşın mənşəyi də sırf Ərdəbil şəhəridir. == Ayran aşı (I) == === Lazım olan ərzaqlar === 2 litr ayran 2 litr qatıq 1 ədəd yumurta 1 stəkan düyü 2,3 stəkan çiy noxud 500 qram tərə və keşniş Duz və istiot === Hazırlanma qaydası === İlk olaraq noxudu kifayət qədər su ilə bişirin.Bu şorbanın hazırlanmasında vacib məqam yemək bişirərkən ayran və qatıqdan çəkinməyə çalışmaqdır, buna görə qatığı əl qarışdırıcı ilə qarışdırırıq ki tamamilə vahid olsun.Sonra ayranı yoğurtun üzərinə əlavə edin və qarışdırıcı bərabər olana qədər yenidən əl qarışdırıcı ilə qarışdırın.İndi yumurtanı üzərinə tökün və yumurta tamamilə həll olana qədər əl qarışdırıcı ilə yenidən çalın. Yumurta yemək zamanı mayanı kəsməməyə kömək edir.Şorbanı güclü odun üstünə qoyun və yuyulmuş düyü əlavə edin və qatıq və ayranın kəsilməsinin qarşısını almaq üçün davamlı qarışdırın.Maya qaynadıb sızlamağa başlayana qədər qarışdırmağa davam etməliyik.Bu mərhələdə çox incə və ya çox qaba doğramadığımız tərəvəzləri əlavə edin və odunu biraz azaldın.Tərəvəz bişdikdə, bişmiş noxud əlavə edin və kifayət qədər duz və istiot əlavə edərək, şorbanın hazırlanmasına icazə verin. == Ayran aşı (II) == Bu növ aş ətli küftə ilə yeyilməsinə görə, birinci növ aşdan azda olsa fərqlənir. === Lazım olan ərzaqlar === 1 stəkan düyü 1 ədəd yumurta 2 litr turş qatıq 1,5(bir yarım) stəkan noxud 200 qram çəkilmiş ət 1 doğranmış soğan 2 litr su 0,5 kilo keşniş,tərə və ispanaq (İstəyə görə) 5 ədəd sarımsaq Duz === Hazırlanma qaydası === Əvvəlki aş kimin bişirilir, ancaq ayran və noxudu əlavə edəndən sonra , çəkilmiş ətlər və öncədən doğranıb, qızardılmış soğanları qataraq,kiçik (fındıq qədər) küftə hazırlayıb, şorbaya əlavə etməliyik.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Aşı sumağı
Əvəlik aşı
"Aşıq Pəri" Məclisi
Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır. Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur. == Haqqında == Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır. Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır. Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır. Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal. == Təsviri == Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılmış qrup. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjeminda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Adil Aşırım
Adil Aşırım (24 fevral 1964, İğdır) — XX çağırış Türkiyə Böyük Millət Məclisinin Iğdırdan deputatı, elektrik mühəndisi. == Həyatı == 1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü ilçəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu Orta Şərq Texniki Universiteti Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988–1990-cı illərdə İstanbul Texniki Universitetində magistr təhsili almışdır. 5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır. == Ailəsi == Ailəldir, 2 övladı var. == Siyasi fəaliyyəti == === Demokratik Sol Partiyada === Adil Aşırım ilə qatıldığı 1995-ci il tarixli Türkiyədə parlament seçkilərində Demokratik Sol Partiya namizədi kimi seçkilərə qatılmış 14 faizlə seçkiləri 4. sırada tamamlasa da, səs faizi daha çox olan 3 namizəddən ikisi partiyalarının (Xalqın Demokratik Partiyası və Milliyətçi Hərəkat Partiyası seçim limitinin altında qalması səbəbi ilə millət vəkiçi seçilmişdir. Adil Aşırım 1996-cı ilin yanvarında özəl televiziyalardan birinə siyasi partiya mənsubiyyəti haqqında açıqlama vermişdir: Bu açıqlamadan sonra Demokratik Sol Partiya Adil Aşırımın partiyadan ixrac edilməsi tələbini partiyanın Mərkəzi Nəzarət Təşkilatına göndərdi. Adil Aşırım daxili prosesi gözləməyərək 11 yanvar 1996-cı ildə Demokratik Sol Partiyadan istefa edərək Ana Vətən Partiyadına üzv oldu. === Ana Vətən Partiyasında === Adil Aşırım 2002-ci ilə qədər Ana Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Aslan Aslanov (aşıq)
Aslan Aslanov (tam adı: Aslan Məmmədhəsən oğlu Aslanov) — Azərbaycan aşığı, Ağstafa rayon mədəniyyət evində aşıqların bədii rəhbəri (1957), Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı. == Həyatı == Aslan Aslanov 1928-ci ildə Ağstafanın Köhnəqışlaq kəndində anadan olmuşdur. Aşıq sənətinə 18 yaşından başlayıb. Ustadları Aşıq Qəhrəman (1946–1949) və Aşıq Məmmədyar (1949–1956) olub.
Axırıncı aşırım (film, 1971)
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. == Məzmun == Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
Azərməsçid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Aşıq Əsəd Eyvazalı
Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri. == Həyatı == Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş. Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib. == Mənbə == Naxçıvan aşıqları və el aşıqları.
Aşıq Əsəd Rzayev
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır.
Aşıq Əvəz Fərmanoğlu
Aşıq Əvəz Fərmanoğlu (11 sentyabr 1938, Mərəzə rayonu – 5 sentyabr 2014, Qobustan rayonu) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Əvəz Fərmanoğlu 1938-ci il 11 sentyabrda Qobustan rayonununda anadan olmuşdur. Ailədə yetim böyüyən Əvəzin aşıq sənətinə çox böyük meyli olmuşdur. 16 yaşında Şamaxı şəhərində yaşayan Aşıq Hacalı Hacıyevin yanına aşıq təhsilini almağa yola düşmüş, 5 il H.Hacıyevin yanında aşıqlıq sənətinin incəliklərini öyrənmişdir. Təhsilini bitirdikdən sonra öz evinə qayıtmış və aşıqlığa başlamışdır. Aşıq Əvəzin bir çox tələbəsi olmuşdur. Bunlardan Aşıq Mahmud Ələsgər oğlu, Əvəzxan Xankişiyev, Balayar Qaçayev və s. Aşıq Əvəzin hələ də dillərdə əzbər olan bir çox ustadnamələri və tərifnamələri vardır. Övladları — Aşıq Hidayət Əvəzoglu, Aşıq Həmzə Əvəzoğlu və Tünzalə Əvəzqızı da hazırda atalarının sənət yolunu davam etdirirlər.
Aşıq ədəbiyyatı
Azərbaycan aşıq sənəti (az-əbcəd. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.
Aşıqalılar
Aşıqalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1933-cü ildə Qaradonlu (İmişli) rayonunun Xələc i.ə.v.-də bu etnotoponim Aşqallar variantında qeydə alınmışdır. Aşqal "arıq, döllüyə yaramayan" deməkdir. Aşaqalılar isə XIX əsrdə Mil düzündə yaşamış xələç tayfasının bir qolunun adıdır. == Əhalisi == Əhalisi 2016 nəfərdir (2009). Kənd əhalisi Türkmənlərdən ibarətdir.
Aşıqalılar bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşıqbayramlı
Aşıqbayramlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd, Dəvəbatan çayının sahilindədir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Aşıqbayramlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Aşıqbayramlı kəndi XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir. == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Aşıqbayramlı kəndində 37 evdə 124 nəfəri kişilər, 106 nəfəri isə qadınlar olmaqla 230 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 821 nəfərdir ki onunda 382 nəfəri kişi, 439 nəfəri qadındır.
Aşıqbayramlı bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşıqbayramlı su anbarı
Aşıqbayramlı su anbarı — İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilmişdir. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Adını yaxınlığındakı eyniadlı kənddən almışdır. Bəzi ədəbiyyatlarda bu su qovşağının adı Aşağı Bayramlı variantında qeydə alınmışdır.
Aşıqlar
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Aşıqlar (1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Aşıqlar (film, 1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Aşıqlar (qrup)
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılmış qrup. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjeminda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Aşıqlar məhəlləsi
Aşıqlar məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bu məhəllə M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-döngə aiddir. Cənubdan Mahrasa bağı, şimaldan Şahsevənlər, qərbdən Şahsevənlər məhəlləsinin VIII-döngəsi (Noraşen), şərqdən isə Şahsevənlər məhəlləsi ilə əhatə olunub. == Haqqında == M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtaran məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, Qaraca oğlan İbrahim yaşamışlar.

Digər lüğətlərdə