AŞIQ

1. ашуг, народный певец-музыкант; 2. альчик, бабка (для игры); 3. ашугский;
AŞI, AŞI MAYASI
AŞIQ-AŞIQ
OBASTAN VİKİ
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. == Həyatı == XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.
Aşıq Bəhmən
Aşıq Bəhmən Göyçəli (1901–1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Ardanışlı (1960) — Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Aşıq Ağayar
Aşıq Ağayar (Ağayar Xəlil oğlu Xəlilov; 1880, Zod, Yeni Bəyazid qəzası – 1978) — Göyçə aşığı. == Həyatı == Zodlu Ağayar 1880-ci ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. O Aşıq Ələsgərin son şəyirdlərindən olaraq onun bütün yaradıcılığını mənimsəyib. Özünə məxsus oxu tərzi və şirin danışığı ilə seçilən Aşıq Ağayar dastanlarımızın bilicisi və mahir ifaçı kimi də böyük şöhrət qazanmışdır. 1964-cü ildə oğlu Hüseyn vəfat etdikdən sonra bir daha əlinə saz almamışdır. Sinəsi söz kürəsi olan Aşıq Ağayar özü də şeirlər yazıb. Onun üç şəyirdi olub: Qənbər, Şahkərəm və Pənah. Aşıq Ağayar 1978-ci ildə vəfat edib.
Aşıq Camal
Aşıq Camal (1850, Baş Göynük – 1907, Zəyəm, Qax rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Camal Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı "Şahbaz və Camalşah" dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Aşıq Abbas
Aşıq Abbas Tufarqanlı
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
Aşıq Şahsuvar
Aşıq Şahsuvar (1927, Yarpızlı, Yeni Bəyazid qəzası – 1996, Daşbulaq, Gədəbəy rayonu) – aşıq. == Həyatı == Aşıq Şahsuvar Eyyub oğlu Fərzəliyev 1927-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. 1948–1953-cü illərdə başqa göyçəlilər kimi o da departasiyaya uğrayıb və gəlib Gədəbəy rayonunun Söyüdlü kəndində məskunlaşıb, bir il orada yaşayandan sonra Əli-İsmayıl kəndinə köçüblər, orada da iki il qaldıqdan sonra Hərel-İsa, indiki Daşbulaq kəndinə köçüblər və düz ömrünün sonuna kimi, yəni 1996-cı ilə qədər həmin kənddə yaşayıb. Aşıq Şahsuvar Eyyub oğlu gözəl yaddaşa və gözəl danışıq qabiliyyətinə malik olub, atası Eyyub kimi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi Göyçədə ən gözəl balaban icraçısı olub. Aşıq Şahsuvar bütün Aşıq havalarını özünəməxsus ifa edərdi, onun Göyçə gülü, Yanıq Kərəm cığalı təcnis, dodaqdəyməz, müxəmməs kimi aşıq el havalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar aşıq dastanlarını elə gözəl ifa edərdi ki, məclisdə bir nəfər belə səs çıxarmazdı. O, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl və başqalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar Aşıq Ələsgərin vurğunu idi. Ustadı Aşıq Oruc olmuşdur.
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Aşıq Əhliman
Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007) == Həyatı == Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Aşıq Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Aşıq Əsəd
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır.
Aslan Aslanov (aşıq)
Aslan Aslanov (tam adı: Aslan Məmmədhəsən oğlu Aslanov) — Azərbaycan aşığı, Ağstafa rayon mədəniyyət evində aşıqların bədii rəhbəri (1957), Azərbaycan Aşıqlarının III və IV Qurultaylarının iştirakçısı. == Həyatı == Aslan Aslanov 1928-ci ildə Ağstafanın Köhnəqışlaq kəndində anadan olmuşdur. Aşıq sənətinə 18 yaşından başlayıb. Ustadları Aşıq Qəhrəman (1946–1949) və Aşıq Məmmədyar (1949–1956) olub.
Azərbaycan Aşıqlar Birliyi
Azərbaycan Aşıqlar Birliyi — əsas məqsədi aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş müstəqil ictimai təşkilat. == Aşıqlar Birliyinin tarixi == Azərbaycan Aşıqlar Birliyi ilk dəfə Hüseyn Arif-in rəhbərliyi ilə 1982-ci ildə Ağstafa rayonunda yaradılmışdır. Aşıqlar birliyi 19 iyun 1991-ci ildən Mədəniyyət Nazirliyinin tərkibindən (tabeliyindən) çıxaraq, Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınaraq Hüquqi şəxs kimi tanınmaqla özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. 2012-ci ilin sentyabr ayından Azərbaycan Aşıqlar Birliyində (AAB) pulsuz saz kursu fəaliyyətə başlayıb. Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar. == Azərbaycan Aşıqlarının qurultayları == Azərbaycan Aşıqlarının I qurultayı — 5 may 1928-ci il Azərbaycan Aşıqlarının II qurultayı — 12 mart 1938-ci il Azərbaycan Aşıqlarının III qurultayı — 27 aprel 1961-ci il Azərbaycan Aşıqlarının IV qurultayı — 19 mart 1984-cü il Azərbaycan Aşıqlarının V qurultayı — 29 avqust 2008-ci il == Azərbaycan Aşıqlar Birliyinin sədrləri == Hüseyn Arif — 1984 – 1992 İbrahimov Məcnun Səməd oğlu — 12 oktyabr 1992 – 2004 Qaracan Kərimli (Borçalı) — 2004 – 2008 Zəlimxan Yaqub — 29 avqust 2008 – 9 yanvar 2016 Məhərrəm Qasımlı — 3 mart 2016 – hazırkı günədək == Aşıqlar Birliyinin quruluşu == Azərbaycan Aşıqlar Birliyi sədri – Məhərrəm Qasımlı (professor) Azərbaycan Aşıqlar Birliyi I katibi – Aşıq Altay Məmmədov Azərbaycan Aşıqlar Birliyi katibi – Musa Nəbioğlu === Birliyin İdarə heyətinin üzvləri === 1. Zəlimxan Yaqub 2. Qəzənfər Paşayev 3. Məhərrəm Qasımlı 4. Həsən Mirzə 5.
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Naxçıvan Aşıqlar Birliyi
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi - Naxçıvan Muxtar Respublikasında milli xalq sənəti olan aşıq yaradıcılığının inkişafı üçün yaradılmış yaradıcılıq birliyi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra muxtar respublikada yaradılıb. == Fəaliyyəti == 2009-cu ilin dekabrında yaranan muxtar respublikanın Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirib. 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində birliyin təşkilatçılığı ilə ilk konsert keçirilib. Birliyin 2016-cı ildə keçirilən növbəti konfransında isə Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib. 2009-2016-cı illərdə birliyə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov (Aşıq İxtiyar) olub. 2016-cı ildə birliyin yeni sədri Tural Bağırov seçilib.
Samirə Əliyeva (aşıq)
Samirə Əliyeva (tam adı: Samirə Zimirxan qızı Əliyeva; 29 sentyabr 1981, Bakı) — ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, azərbaycanlı aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, 2014-2017-ci illərdə Prezident Mükafatçısı, Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı və təhsili == Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili almışdır. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur. 2006-cı ildən ADMİU-nun dissertantı olmuş Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur. == Fəaliyyəti == Samirə Əliyeva 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.
Sarı Aşıq türbəsi
Sarı Aşığın abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi ərazisində bayatı ustadı Sarı Aşığın qəbri. Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub. Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib.
İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir. == Tarixi == Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
İkinci Aşıqlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İran Aşıqlar Birliyi
İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) — İran İslam Respublikasında yaşayıb fəaliyyət göstərən aşıqları öz ətafında birləşdirən təşkilat. Birliyin əsas məqsədi, aşıqları öz ətrafında birləşdirərək qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, aşıq sənətini və poeziyasını gələcək nəsillərə çatdırmaqdan ibarətdir. == Birliyin tarixi == İran Aşıqlar Birliyi 2015-ci ildə müvafiq dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmışdır. Birliyin qurucusu və sədri aşıq Səlcuq Şahbazidir. === Birliyin təqdimatı === 10 oktyabr 2015-ci ildə Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimi keçirilmişdir. Tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilmişdir. Tədbirdə İran İslam Respublikasının parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları ilə yanaşı, İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şahbazi də çıxış edərək təşkilatın yaradılmasının məramından danışmışdır. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun və Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təbrik məktubları da oxunmuş, nazirliyin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə-Axundova çıxış etmişlər. Tədbirin bədii hissəsində İran və Azərbaycan aşıqlarının ifaları dinlənilmişdir.
Şəmkirli Aşıq Hüseyn
Aşıq Hüseyn Şəmkirli (1811, Şəmkir – 1891) — aşıq, şair. == Həyatı == Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Daha sonradan köçərək Qaracəmirli kəndində məskunlaşmışdır. == Yaradıcılığı == Aşıq Hüseyn mollalara zidd getməyi və "Dinmə ver" adlı şeiri və "Reyhan" nağılı ilə məşhurdur. Mollalar haqqında olan şeirlərini və "Reyhan" nağılını Çardaxlıdan olan erməni Aşıq Avakın dilindən Vəli Xuluflu qeyd alarak folklor nümunəsi kimi yaymışdır. "Dinmə ver" şeirini çar hakimiyyəti dövründə kəndlilərdən, yoxsullardan haqsız yerə yığılan vergiləri tənqid edən əsər olmuşdur. Lakin bu şeirin sözləri günümüzə qədər çatmamışdır. Aşıq Hüseynin azərbaycanlı şagirdlərindən başqa bir neçə də erməni şagirdləri olmuşdur: Çardaxlı Aşıq Mikiş, Aşı Avak vs. Aşıq Mikiş bütün ömrüncə Aşıq Hüseyndən aynlmayıb onun ilə gəzərmiş. Erməni və azərbaycanlı aşıqlar arasında Aşıq Hüseyni Mikişdən başqa yaxşı bilən yox idi.
Əli Quliyev (aşıq)
Aşıq Əli Quliyev (təxəllüsü: Ürfan; 1950, Əlimərdanlı, Tovuz rayonu) — azərbaycanlı aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2008). == Həyatı == Əli Abuzər oğlu Quliyev 1950-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Tovuzda Hüseyn Bozalqanlı adına Ozan-aşıq Muzeyinin ilk direktoru olmuşdur 3 mart 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. == Kitabları == "Sözdən pənah gətirmişəm" (2000) "Sazlı-sözlü dünyam" (2004) "Tanrı payı telli sazım" (2007) "Qəm daşıyan dərviş oldum" (2012) == Təltifləri == 2008-ci ildən Azərbaycanın əməkdar mədəniyyət işçisidir. 5 mart 2023-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
Aşıq Bəhmən Ardanışlı
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.
Aşıqlar qəhvəsi
Aşıqlar qəhvəsi — Azərbaycan şəhərlərində aşıqların türkcə hekayə söylədiyi qəhvəxana. İran Azərbaycanının şəhər, qəsəbə və kəndlərində aşıqlar qəhvəxanalarda tamaşaçıları əyləndirirdilər. İlhan Başgözün dediyinə görə, 1960-cı illərin sonlarında aşıq ifasına həsr olunmuş qəhvəxanalar böyük şəhər mərkəzlərində yerləşirdi və onların müştəriləri kəndlilərdən və ya iş üçün şəhərə gələn qəbilələrdən ibarət idi. Bu qəhvəxanalar arasında ən məşhuru Təbrizdə yerləşən "Hüseyn Tirandaz qəhvəsi" idi. 1970-ci illərin əvvəllərindən bəri solçu ziyalılar bu xüsusi qəhvəxanaya tez-tez gəlmiş və 1970-ci illərin ortalarında onu tələbə hərəkatının mərkəzinə çevirmişdilər. İran inqilabından sonra on il ərzində bütün aşıq musiqisi qadağan edilmişdir.
Aşıqlar (dəqiqləşdirmə)
Aşıq — saz ifaçısı, saz sənətini icra edən şəxs.
Aşıqlar (film)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü. Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Aşıqçı
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi
Azərbaycan Aşıq Sənəti Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycan aşıq sənətinə həsr olunmuş muzey. Muzey Aşıq Hüseyn Bozalqanlının adını daşıyır. == Tarixi == Muzey 1984-cü ildə ozan-aşıq muzeyi kimi yaradılmışdır. 22 mart 1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 saylı qərarına əsasən muzeyə dövlət statusu və Hüseyn Bozalqanlının adı verilmişdir. 2013-cü ildə Nazirlər Kabinetinin 374 saylı sərəncamı ilə muzeyin yeni binasının tikintisinə başlanmışdır. Yeni muzey binasının tikintisi 2019-cu ilin ikinci yarısında başa çatmışdır. Muzeyin açılışı 4 mart 2020-ci ildə baş tutmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. 2021-ci ildə muzeyin 1208 ziyarətçisi olmuş, muzeyə 52 ekskursiya təşkil olunmuşdur. == Xüsusiyyətlər == Muzey dünyada aşıq sənətinə həsr olunmuş yeganə muzeydir.
Aşıq Xanış Pirbəxtikəm
Aşıq Xanış Pirbəxtikəm (Xanış Xeyrulla oğlu Zahidov; 1932, Nabur, Şamaxı rayonu, (hal hazırda Qobustan rayonu) — avqust, 2010) — Azərbaycanın el aşığı, Şirvan aşıq məktəbinin nümayəndəsi, el şairi. == Əsərləri == "Məhəbbətin qüdrəti" mahnısı.

Digər lüğətlərdə