abstrakt
Abşeron yarımadası
OBASTAN VİKİ
Abşeron istehkamları
Abşeron istehkamları — Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. == Yaranma tarixi == XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Abşeron qadınları
"Abşeron qadınları" — Azərbaycan rəssamı Tahir Salahovun 1967-ci ildə çəkdiyi rəsm əsəri.
Abşeron qalaları
Abşeron istehkamları — Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. == Yaranma tarixi == XI–XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur — onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir. Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur.
Abşeron rayonu
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Abşeron
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Abşeron (otel)
"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Abşeron (qəzet)
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. == Tarixi == Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Abşeron boğazı
Abşeron boğazı - Abşeron yarımadasının şərqini Pirallahı adasının qərb hissəsindən ayırır. Boğazın uzunluğu 12 km-dən bir qədər çoxdur. Eni şimaldan cənuba doğru kiçilir. Bölgə inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Boğazda əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri əsir. == Tarixi == Tarixən boğaz gəmi və qayıqlar vastəsi ilə Pirallahı adası arasında əlaqə yaradılırdı. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən dambanın tikintisi 1941-ci ildə başlanılmış, 1944-cu ildə başa çatdırılmışdır. Bununla da faktiki olaraq, Pirallahı adası yarımadaya çevrilmişdir. Abşeron körfəzi isə iki hissəyə bölünmüşdür.
Abşeron bələdiyyələri
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abşeron yarımadası
Abşeron yarımadası — Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron yarımadasının sahəsi 2110 km2, əhalisi təqribən 4,6 milyon nəfər təşkil edir. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. == Abşeronun tarixi == Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir — Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.
Abşeron yasaqlığı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədi ilə 1969-cu ilə təşkil edilmişdir. Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Abşeron yatağı
Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır. İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln.
Digah (Abşeron)
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. == Tarixi == Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Mehdiabad (Abşeron)
Mehdiabad — Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində Abşeron Üzümçülük sovxozlarının salınmasına qərar verilir və ora rəhbərlik etmək Səfər Səfərova tapşırılır. S.Səfərovun təşəbbüsü ilə sovxoz üçün yeni qəsəbələrin salınması qərara alınır və tezliklə ilk binalar tikilir. Qəsəbə partizan, Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə Mehdiabad adlandırılır. == Tarixi == Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib. Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949–1950-ci illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.
Məmmədli (Abşeron)
Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb. == Tarixi == Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi. 1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.
Qobustan (Abşeron)
Qobustan — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Qobustan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Pirəkəşkül kənd Sovetinin tərkibinə verilmişdir.
Saray (Abşeron)
Saray — Azərbaycan Respublikasının Abşeron rayonunun Saray qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Abşeron rayonun qədim və böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbənin ərazisi 3398 hektardır .Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Böyük İpək yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır. Digər fərziyyəyə görə Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev kimi tərcümə olunur. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur. Bu kənd ilə bağlı daha bir fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır.
Şabandağ (Abşeron)
Şabandağ — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsindən cənubunda yerləşən dağ. Hündürlüyü 368 m.
Abşeron VK
Abşeron VK – Azərbaycanın Bakı şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Superliqasında çıxış edir. == Tarixi == Abşeron Qadın Voleybol Klubunun əsası 2017-ci ildə qoyulmuşdur və həmin ildə də o, Azərbaycan Superliqasına qatılmışdır. Klub 2017/18 mövsümündə 2-ci yeri, 2018/19 mövsümündə 3-cü yeri tutmuşdur. Abşeron VK 2021/22 mövsümündə ilk 9 turun bütün oyunlarında qalib gələrək çempionatın başa çatmasına 3 tur qalmış ilk dəfə Superliqanın çempionu olmuşdur.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsi
45 saylı Abşeron seçki dairəsi
50 saylı Abşeron-Qobustan seçki dairəsi
Abşeron iqtisadi rayonu
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır. == Təbiəti == Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Abşeron lövhələri (film, 1990)
Abşeron lövhələri filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir. == Məzmun == Abşeron torpağı həm öz nemətlərilə-inciri, üzümü, zeytunu, badamı ilə, həm də zəngin neft yataqları ilə dünyada məşhurdur. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Teymur Bəkirzadə Rejissor: Teymur Bəkirzadə Operator: Azər Salayev Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Abşeron lövhələri (film, 2004)
Abşeron lövhələri qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Tarixi-etnoqrafik film Abşeron yarımadası haqqındadır. Qədim tarixə malik olan bu torpaq öz abidələri, qayaüstü təsvirləri, iqlimi, adət və ənənələrinə görə Azərbaycanın digər ərazilərindən fərqlənir. Bu filmə "Abşerona ekskursiya" adını da vermək olar. == Məzmun == Tarixi-etnoqrafik film Abşeron yarımadası haqqındadır. Qədim tarixə malik olan bu torpaq öz abidələri, qayaüstü təsvirləri, iqlimi, adət və ənənələrinə görə Azərbaycanın digər ərazilərindən fərqlənir. Bu filmə "Abşerona ekskursiya" adını da vermək olar.
Abşeron mahnıları (film, 1969)
Abşeron mahnıları qısametrajlı sənədli televiziya film-konserti rejissor Tofiq Mirzəyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-konsertdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin "Qaya" Vokal Kvarteti iştirak edir. Onlar altı mahnı oxuyurlar. Mahnıların məzmunu və təsvir edilən yerlər Abşeron yarımadasının orijinal koloritini əks etdirir. "Qaya"nın oxuduğu mahnılar janr etibarilə müxtəlifdir. == Məzmun == Film-konsertdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin "Qaya" Vokal Kvarteti iştirak edir. Onlar altı mahnı oxuyurlar. Mahnıların məzmunu və təsvir edilən yerlər Abşeron yarımadasının orijinal koloritini əks etdirir. "Qaya"nın oxuduğu mahnılar janr etibarilə müxtəlifdir.
Abşeron neftli-qazlı sahəsi
Abşeron neftli-qazlı sahəsi və ya Abşeron neftli-qazlı rayonu — Böyük Qafqazın cənub-şərqində ən zəngin neft-qaz sahəsi. Abşeron yarımadası və Abşeron arxipelaqını əhatə edir. Abşeron neftli-qazlı sahəsinin geoloji kəsilişində terrigen-karbonat çöküntülərindən ibarət Mezo-Kaynozoy kompleksi (8,5–9 km) iştirak edir. Bunlardan Orta Pliosenin (qum, qumdaşı və gillərin növbələnməsi) kəsilişində qalınlığı 10–80 km olan 30-dan çox neft-qaz horizontu var. Sahədə Qərbi Abşeron antiklinorumu, Qərbi Abşeron antiklinoriumu, Qərbi Abşeron sinklinoriumu, Mərkəzi Abşeron antiklinoriumu, Şərqi Abşeron sinklinoriumu və Abşeron arxipelaqı antiklinoriumu tektonik vahidləri ayrılır. Burada 50-dən çox sərbəst qırışığı olan 7 antiklinal zona var. Bu qarışıqlardan 26-sı işlənir. Tektonik pozğunluqlarla və palçıq vulkanları ilə bütün antiklinal zonalar mürəkkəbləşmişdir. Sahənin gələcəyi əsasən, oliqosen-Miosen və güman ki, Üst Təbaşir çöküntüləri ilə əlaqədardır.
Abşeron qalaları (film, 1989)
Abşeron qalaları qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu qədim tarixi abidələr görəsən hansı məqsədlə tikilmişdir? Bəlkə orta əsrlərdə düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə ucaldılmışdır? Bəlkə də atəşpərəstlər onları dini məqsədlə-ibadət etmək üçün tikmişlər? Filmdə göstərilən problemlər tamaşaçılara hökm yox, ehtimal şəklində təqdim olunur. == Məzmun == Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu qədim tarixi abidələr görəsən hansı məqsədlə tikilmişdir? Bəlkə orta əsrlərdə düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə ucaldılmışdır?
Abşeron rayonu iqlimi
Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xırdalan şəhəridir. == Tarixi == Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. == Tarixi abidələr == Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır: Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904); Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi; Masazırda — XV əsrə aid "Xan bağı" türbəsi; Məmmədlidə — "Yanar dağ", XVIII əsrə aid ovdan və Ağ məscid; Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır; Qobuda — 1882-ci ilə aid olan "Hacı Abdulla hamamı; Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq; Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi; Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü; Sarayda — Köhnə Saraydakı qədim hamam binası; == Etimologiya == Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır.
Abşeron ritmləri (film, 1970)
Abşeron ritmləri tammetrajlı musiqili-bədii televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustalarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Məzmun == Film incəsənət ustalarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər. == Film haqqında == 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır. === Filmin heyəti === == Filmin üzərində işləyənlər == Rejissor: Eldar Quliyev Ssenari müəllifi: İmran Qasımov Operator: Rasim Ocaqov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Abşeron rəngləri (film, 1983)
Abşeron rəngləri filmi rejissor Xamiz Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmi tamaşaçıları rəssam Rasim Babayevin əsərləri və pianoçu-bəstəkar Vaqif Mustafazadənin "Payız lövhələri" vasitəsilə Abşeronun görməli yerləri ilə tanış edir. == Məzmun == Öz füsunkar təbiəti ilə insanları valeh edən sirli-sehrli Abşeronumuz... Payızda Abşeronun rəngləri də başqa olur. Bu məkanı elektrik qatarı ilə gəzməyin öz ləzzəti vardır. Mənzərə filmi tamaşaçıları rəssam Rasim Babayevin əsərləri və pianoçu-bəstəkar Vaqif Mustafazadənin "Payız lövhələri" vasitəsilə Abşeronun görməli yerləri ilə tanış edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nuhbala Quliyev Rejissor: Xamiz Muradov Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Abşeron sarı ənciri
Abşeron sarı ənciri - Abşeron yarımadasında yetişdirilən yerli əncir sortu. İki dəfə məhsul verir. Qabığının rəngi açıq-sarı, ləti çəhrayı, toxumu isə azdır. Meyvəsi orta ölçüyə malik olub 30-40 q çəkiyə malikdir. Sentyabrın əvvəlləri meyvəsi yetişir. İyulda verdiyi ilk məhsul varəncir adlanır. Bir ağacdan 60-70 kq məhsul yığmaq olur. Tərkibi C vitamini ilə zəngindir. Bu sort əncirdən yaxşı mürəbbə, doşab hazırlanır. Üstəlik meyvə qurusu kimi istifadə edilir.
Abşeron seçki dairəsi
Abşeron və Bakı arxipelaqıları
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Abşeron xalçaçılıq məktəbi
Abşeron xalçaçılıq məktəbi Azərbaycan xalçaçılıq məktəblərindən biri. Məktəb özündə Abşeron kəndləri olan Goradil, Novxanı, Suraxanə, Xilibuta, Nardaran, Bülbülə, Fatmayi, Mərdəkan, Qala, Xilə, həmçinin Xızı bölgəsini birləşdirir. Həmçinin Fındığan, Xil, Keş və Hadı kimi xalçaçılıq mərkəzləri də vardır. Bu xalçaçılıq məktəbinin məhsulları parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini — Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir.

Digər lüğətlərdə