ALAQ

I. i. weed; alaq etmək / vurmaq to weed (d.), to weed out (d.); alaq basmaq to be* overgrown with weeds, to be* weed grown

II. s.: alaq otları weeds, weedery

ALAHI
ALAQANAD
OBASTAN VİKİ
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alaq əməköməci
Alaq əməköməci — (lat. Malva neglecta) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Alaq əməköməci, balba
Alaq əməköməci — (lat. Malva neglecta) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Adi alaqanqal
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Alaqanqal
Alaqanqal (lat. Silybum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. İkillik ot bitkisi olub, latın dilində "Silybum" adlanır. Yazda alaqanqalın cavan yarpaqları və saplaqları yağ və sirkə ilə qarışdırılaraq salat kimi istifadə olunur. Toxumlarında 30%-ə qədər yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda ilə birlikdə qovrulub Novruz bayramında qovurğa və qovud (əzilib toz halına salınmış) kimi istifadə olunur. Cavan halda bitki mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında Adi alaqanqal növü geniş yayılmışdır. == Növləri == Silybum eburneum Coss. & Durieu Silybum marianum (L.) Gaertn.
Alaqaranlıq
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Alaqaranlıq naharı (film, 1998)
Alaqaranlıq naharı (yap. 超いんらん 姉妹どんぶり) – 1998-ci ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Filmdə cavan iki bacılardan və onları yanında işləməyə götürən kişidən danışılır. Böyük bacı tərəfindən kiçik bacı yoldan çıxır. Kiçik bacı daha çox seksual fikirlərdən fikirləşməyə başlayır...
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Alaqaya (dəqiqləşdirmə)
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alaqoas
Alaqoas (port. Alagoas) — Braziliyanın şərqində yerləşən ştat. Ştat şimaldan Pernambuku, cənubdan Serjipi, cənub-qərbdən Baiya ştatları ilə sərhədlənir. Şərqdən Atlantik okeanın suları ilə yuyulur. Ərazisi 27 767,7 km² təşkil edir. Əhalisinin sıxlığına görə Braziliyada dördüncü yerdədir. Ştatın inzibati mərkəzi Maseyo şəhəridir. Ştat 102 rayona bölünür. İri şəhərləri Maseyso, Arapiraka, Palmeyra-duz-İndius, Riu-Larqu, Penedu, Union-dus-Palmaris, San-Migel-dus-Kampus, Santana-du-İpanema, Delmiru-Qoveya, Koruripi, Mareşal-Doedoru və Kampu-Aleqri. Əhalinin 2,100,000 nəfəri (66.18%) qarışıq, 964,000 nəfəri ağlar (30.39%), 96,000 nəfəri qaralar (3.02%), 11,000 nəfəri isə asiyalılar (0.35%).
Alaqoinya (Paraiba)
Alaqoinya (port. Alagoinha) — Braziliyanın Şimal-şərq regiounun Parayba ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 13013 nəfərdir. Ərazisi 85,060 кm²-dir. Əhalinin sıxlığı 152,4 nəfər/кm²-dir. Bələdiyyə 1953-cü ildə yaradılmışdır. Bələdiyyənin bayramı 3 dekabrdır.
Alaqur
Alaqurşaq
Alaqurşaq, Alaqurşaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi şotlanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Oykonim ala (rəng) və qurşaq (kəmər, zolaq) sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Alaqurşaq kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Alaqurşaq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Alaqurşaq kəndi Həkəri çayının sahilindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Məhməd Akif Alaqurd
Mehmet Akif Alaqurd (23 iyul 1979, ordu) – aktyor, model, idmançı. İlk və orta məktəbini İstanbul-da bitirdikdən sonra model olmağa qərar verdi. Anasının köməyilə modelliye Neşe Erberk-in agentliyinə daxil olaraq başladı. 1998-ci ildə "Gələcək Vəd Edən" və "Türkiyə Şahzadəsi" titullarını alıb. 2001-ci ildə "Best Model of Azerbaijan" müsabiqəsinə girdi və 1-ci oldu. Yenə eyni il "Best Model of Turkey" müsabiqəsinə girdi və 1-ci oldu. 2002-ci ildə Dünya 2-i oldu. 2016-cı ildə aktyorluq sənətindən uzaqlaşdı.
Mehmet Akif Alaqurd
Mehmet Akif Alaqurd (23 iyul 1979, ordu) – aktyor, model, idmançı. == Həyatı == İlk və orta məktəbini İstanbul-da bitirdikdən sonra model olmağa qərar verdi. Anasının köməyilə modelliye Neşe Erberk-in agentliyinə daxil olaraq başladı. 1998-ci ildə "Gələcək Vəd Edən" və "Türkiyə Şahzadəsi" titullarını alıb. 2001-ci ildə "Best Model of Azerbaijan" müsabiqəsinə girdi və 1-ci oldu. Yenə eyni il "Best Model of Turkey" müsabiqəsinə girdi və 1-ci oldu. 2002-ci ildə Dünya 2-i oldu. 2016-cı ildə aktyorluq sənətindən uzaqlaşdı.

Digər lüğətlərdə