alleqorik
alleqro
OBASTAN VİKİ
Alleqoriya
Alleqoriya və ya təmsil — hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Orta əsrlər ədəbiyyatında alleqoriyadan geniş istifadə olunurdu. Yazıçılar və şairlər ədalət, xeyir, şər və s. haqqında fikirlərini antik mifolofiyadan aldıqları surətlər vasitəsilə ifadə edirdilər. Alleqoriya romantizmdə də mühüm yer tuturdu. Alleqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş istifadə edilir. Məsələn, belə əsərlərdə çox vaxt tülkü surəti – hiyləgər adamları, qurd – acgözləri, aslan - igid və mərd, ayi-qanmaz, nadan adamları təmsil edir. Məhəmməd Füzulinin "Bəngü Badə", Mirzə Ələkbər Sabirin "Tülki və qarğa" əsərləri alleqorik əsərlərdir. Dünya ədəbiyyatı tarixində ilk alleqoriyanın müəllifi Homer sayılır. Alleqoriya sözünün etimalogiyası isə latın dilindən "məclis, yığıncaq" mənasına gəlir.
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası, (Niderlandca: Allegorie op de overwinning van de Hollandse op de Spaanse vloot bij Gibraltar) — Niderland rəssamı Adam Villarts tərəfindən 1615-ci ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 38.4 sm × 55.9 sm ölçülərində çəkilmişdir. Rəsm əsəri 1615 və 1630-cu illər aralarında rənglənmişdir. Əsər Utrext şəhərində və Amsterdamda yerləşən Dövlət Muzeyinin Rəsm Kolleksiyasında nümayiş olunmuşdur. == Rəsmin analizi == Rəsm əsərində 1607-ci ilin 25 aprel tarixində baş vermiş Cəbəllütariq döyüşü zamanı hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası və Səksənillik müharibə öz əksini tapmışdır. Rəsm əsərində taxta uğrunda mübarizə aparan vəkilləri və onların motivləri əsasında Hollandiya və İspaniya vuruşmasını görə bilərsiniz. İngiltərə və Venesiya əhalisi isə onlara itaət edir. Rəsmin fonunda Qayaların kənarlarında hərbi dəniz döyüşünü müşahidə edə bilərsiniz.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.

Digər lüğətlərdə