Xəzər Universiteti Şərq dilləri və Din Araşdırmaları Departamenti
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin nəzdində olan Şərq Dilləri və Din Araşdırmaları Departamenti, Xəzər Universitetində uzun müddət fəaliyyət göstərən Şərqşünaslıq və İslam Araşdırmaları departamentinin əsası üzərində 2008-ci ildə qurulmuşdur.
Departamentin hədəfi Yaxın və Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya xalqlarını dil, din, tarix, sənət, ədəbiyyat və mədəniyyətin digər aspektlərindən tədqiq və tədris etməkdir.
Müvafiq dillər sahəsində Departament Ərəb, Fars, Türk, İbri, Yapon, Çin, Koreya və Urdu dilləri kimi qeyri-Avropa dillərini əhatə edir. Qeyd olunan dillərdən Ərəb və Fars dilləri, hal-hazırda Sosial və Bəşəri Elmlər fakültəsinin tələbələrinə ikinci ixtisas fənni kimi, digər dillər isə seçmə fənn kimi tədris olunur. Departament həmçinin yuxarıda qeyd olunan dillərin vətənində doğulmuş və daha sonra dünya mədəniyyətinin mühüm bir parçasına çevrilmiş Orta Şərq mənşəli Yəhudilik, Xristianlıq və İslamla yanaşı Buddizm, Konfüçianizm, Hinduizm, Jainizm, Şintoizm, Taoizm kimi Şimali və Şərqi Asiya dinlərini də tədqiq edir. Dini Araşdırmalar sahəsinin hədəflərindən biri də bu ənənəvi dinlərin tarixini tədqiq etməklə yanaşı onlardan da bəhrələnərək meydana çıxmış yeni dini hərəkatları, dini plüralizm, dinlərarası münasibətlər və dialoq, din və qloballaşma münasibətinin tədqiqi və tədrisidir. Departamentin təklif etdiyi fənnlərdən bəziləri bunlardır: Ərəb dili və Ədəbiyyatı, Fars dili və Ədəbiyyatı, Türk dili və Ədəbiyyatı, İbri dili, Yapon dili, Çin dili, Koreya dili, Urdu dili, Dinlər Tarixi, Din və Qloballaşma, Dinlərarası Münasibətlər, Din Fəlsəfəsi, Müqəddəs Kitabların Tədqiqi, Qur’an Araşdırmaları, İslam Tarixi, İslam mədəniyyəti, İslam fəlsəfəsi, İslam Hüququ, İslam Əxlaqı, Təsəvvüf (Sufizm) Departament, Universitetin müvafiq digər departament və mərkəzləri ilə əməkdaşlıq etməklə Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya Araşdırmalarına dair bakalavr səviyyəsində (graduate-level) sahə araşdırmaları həyata keçirir, eləcə də tələbələr və sahənin mütəxəssisləri üçün açıq mühazirə (public seminare) və seminarlar keçirir.
Departament eyni zamanda Dini Araşdırmalar və Şərq dilləri sahəsində müxtəlif yayınlar nəşr etməkdədir. Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir. Departament xaricdə (Türkiyə, İran, İraq, Yaponiya, ABŞ, AB ölkələri) Ph.