Dilçilik araşdırmaları (jurnal)

Bu məqalə Dilçilik araşdırmaları haqqındadır. Elm növü haqqında məqalə üçün Dilçilik araşdırmaları səhifəsinə baxın.

"Dilçilik araşdırmaları" — Azərbaycanda nəşr olunan elmi-nəzəri jurnal.

Dilçilik araşdırmaları
Baş redaktor Nadir Baloğlan oğlu Məmmədli
Məsul redaktor Könül Mirzəyeva
Dövrilik ildə iki nömrə
Təsisçi AMEA Dilçilik İnstitutu
İlk buraxılışı 2000-ci ilin yanvarı
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan, türk, ingilis, rus.
ISSN 2664-5432
https://azelinguist.az/index/

Tarix[redaktə | mənbəni redaktə et]

“Dilçilik araşdırmaları” jurnalı akademik səviyyədə hazırlanan, redaksiya heyəti tərəfindən müsbət qiymətləndirilən Azərbaycan, rus və ingilis dillərində orijinal məqalələrin dərcini həyata keçirir. İnstitut əməkdaşlarının, gənc alimlərin elmi tədqiqatlarını işıqlandıran bu jurnal 2022-ci ildən yeni tərkibdə fəaliyyət göstərir. “Dilçilik araşdırmaları” jurnalında “Dil tarixi və dialektologiya”, “Türkologiya məsələləri”, “Müasir Azərbaycan dili və terminologiya”, “Dilin fonetik quruluşu və tərcümə məsələləri”, “Nəzəri dilçilik”, “Müqayisəli dilçilik”, “Resenziyalar”, “Ömür yolu” və ”Yeni nəşrlər” adlı rubrikalar üzrə institut əməkdaşlarının, gənc alimlərin, eləcə də digər müəssisələrdə çalışan dilçi alimlərin məqalələri çap olunur. Jurnal AMEA-nın Nizamnaməsi ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]