arx

is. canal m (pl aux) ; canal d’irrigation ; ruisseau m ; fossé m ; ~ qazmaq creuser un ruisseau ; ~ çəkmək canaliser vt

argentinalı
arxa
OBASTAN VİKİ
Arx
Arx ya da kanal — insan əli ilə düzəlmiş, sulama ya da nəqliyyat məqsədi ilə istifadə edilən su yollarıdır. Axma sürəti çox olmayan çaylar keçmişdən günümüzə dək həmişə nəqliyyat üçün istifadə edilmişdilər. Bu çayların bir-birlərinə yaxınlaşdığı yerlərdə kanallar açılmaq surətiylə nəqliyyat daha da asan hala gətirilmişdir. Suyu mənbədən sahəyə axıtmaq üçün dayaz suvarma kanalı. Arxlardan, əsasən, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda, Yaxın və Orta Şərq ölkələrində geniş istifadə olunur; səhra və yarımsəhra zonaları şəraitində sahələr il boyu Arxların öz axını ilə suvarılır. Arxlar daimi və müvəqqəti olur. Daimi Arxlar şəbəkəsinə əsas (magistral) və paylayıcı Arxlar daxildir. Magistral Arx mənbədən (çay, göl və s.) götürdüyü suyu paylayıcı Arxlara verir. Su paylayıçı Arxlar vasitəsilə əkin sahələrinə, oradan da müvəqqəti Arxlarla suvarma zolaqlarına axıdılır. == Tarixi == Arxların çəkilməsinin tarixi çox qədimdir.
Söyüdlü arx
Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. == Haqqında == İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir. Maddə 2. Təltif edən orqan "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
AMEA Naxçıvan Bölməsi Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” – 2008-ci ildən fəaliyyət göstərir. Nахçıvаn bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən аrxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qоrumаq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çаtdırmаqdır. == Tarixi == Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.B.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” – 2008-ci ildən fəaliyyət göstərir. Nахçıvаn bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən аrxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qоrumаq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çаtdırmаqdır. == Tarixi == Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır . Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.B.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.
ARXK
Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı. == Kitab haqqında == Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
ARXKX
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Abşeron arxipelaqı
Abşeron Arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı , Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir. == Tarixi == Bu adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülmüşdür. Adların əksəriyyəti XVI əsrdə Xəzərdə peyda olan ruslar, xüsusən kazaklar tərəfindən dəyişdirilib. Məsələn, Böyük Zirə – Nargin, Daş Zirə – Volf, Zənbil – Duvannı, Səngi-Muğan – Svinna, Çigil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyannı, Xara Zirə – Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır. Bəzi adların mənşəyinin öz tarixi var. Məsələn, Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir.
Abşeron və Bakı arxipelaqıları
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Adana Arxeologiya Muzeyi
Adana Arxelogiya Muzeyi — Türkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır. == Tarixi == İlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir. == Sərgilənənlər əsərlər == Adana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Aleksandr adası (Nordenşeld arxipelaqı)
Aleksandr adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədilə yaradılmışdır. == Coğrafiyası == Aleksadr adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Paxtusov adaları qrupuna aiddir. Qrupun ən şimal adasıdır. Adadan 7,5 km şimalda, Lenin boğazının digər sahilində Sikora adası, Sofi adası, 2 km cənubda isə Paxtusov adası yerləşir. Bir qədər qərbdə bir, 1,7 km cənub-qərbdə isə iki adsız ada yerləşir. Rusiyanın materik hissəsi ilə ara məsafəsi 65 km-dir.
Aleksandr arxipelaqı
Aleksandr arxipelaqı (ing. Alexander Archipelago) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Materikdən Linn-Kanal boğazı ilə ayrılır Boğazın yaxınlığında ştatın paytaxtı olan Cuno şəhəri yerləşir. == Tarixi == Arxipelaq rus dənizçiləri tərəfindən 1741-ci ildə kəşf edilir. Ekspedisiyada Vitus Berinq və Aleksey Çirikova iştirak edirdilər. 1809–1867-ci illərdə rus köçmənlərinin inzibati mərkəzi olan Novoarxangelsk (hazırda Sitka) arxipelaqda yerləşirdi. Arxipelaq 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ dölvətinə satılır. Arxipelaq isə rus çarı II Aleksandrın şərəfinə adlandırılır. == Coğrafiyası == Arxipelaqda 1100 ada və qaya parçası vardır, ümumi sahəsi 36,8 km² təşkil edir. Adalar sualtı dağların zirvələrini təşkil edir.
Alekseyevka (Arxangel)
Alekseyevka (başq. Алексеевка, rus. Алексеевское) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 17 km, kənd sovetliyindən (Mışatkan): 6 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 24 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (58%), beloruslar (34%) üstünlük təşkil edir.
Alisa güzgü arxasında
Alisa xəyal güzgüsündə (ing. Through the Looking-Glass, and What Alice Found There; "Xəyal güzgüsündə, və Alisa orada nə tapdı") — uşaq kitabı ingilis riyaziyyatçısı və yazıçısı Luis Kerrollun 1871-ci ildə yazdığı "Alisa möcüzələr ölkəsində" kitabının davamı. Bu halda olsun ki, Alisanın eyni adda bir yox iki prototipi var: yazıçının tanışı Alisa Liddell (rus.) və onun uzaq qohumu Alisa Reyks (Alice Raikes). == Sujet == Balaca qız Alisa güzgünün içərisindən keçir və güzgünün arxasında şahmat taxtasından ibarət olan dünyaya düşür. Kitabda öncədən şahmat diaqramı (rus.), şahmat notasiyasının (rus.) elementlərindən istifadə edilən süjet və ağ və qara fiqurlar kimi təqdim olunan personajların siyahısı verilir. Güzgü arxasındakı otaqdan Alisa danışan çiçəklərin (rus.) güzgü arxası bağına düşür. Burada O, Qara Şahzadə ilə qarşılaşır və Ağ Piyadaya çevrilir. Daha sonra o qatarla 3-cü xananı keçir və bütün adların yox olduğu meşəyə çatır. Orada Trulala və Tralala əkizlərindən öyrənir ki, bütün baş verənlər Qara Padşahın yuxusudur. O Bəstəboy-gombul (rus.) dönmüş halda dükkanda yumurta alarkən Ağ Şahzadə ilə tanış olur.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Arif Məmmədov (arxeoloq)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Arxeoqrafiçeskiy yejeqodnik
"Arxeoqrafiçeskiy yejeqodnik" (rus. Археографи́ческий ежего́дник; mənası – "Arxeoqrafiya illiyi") — Rusiya Elmlər Akademiyasının Arxeoqrafiya Komissiyasının illik nəşri. Burada arxeoqrafiya, mənbəşünaslıq və köməkçi tarixi fənlər, sənədlərin icmalları və fərdi mənbələrə dair məqalələr dərc olunur. == Tarixi == 1956-cı ildə akademik Mixail Tixomirovun təşəbbüsü ilə SSRİ Elmlər Akademiyası nəzdində Arxeoqrafiya Komissiyasının bərpasından sonra 1957-ci ildə "Arxeoqrafiçeskiy yejeqodnik"in çapına hazırlıq işlərinə başlanılmışdır. Nəşri məsul redaktorları M. N. Tixomirov (1957–1965), SSRİ Elmlər Akademiyası müxbir üzvü V. İ. Şunkov (1965–1967), tarix elmləri doktoru S. O. Şmidt (1968-2013), Rusiya Elmlər Akademiyası müxbir üzvü S. M. Kaştanov (2013-cü ildən). Redaksiya heyətinin hazırkı tərkibinə tarix elmləri namizədi Y. V. Andryuşinayte, Rusiya Elmlər Akademiyası müxbir üzvü V. P. Kozlov, tarix elmləri namizədi A. V. Melnikov (müavin cavab. redaktor), tarix elmləri doktoru R. Q. Pixoya, tarix elmləri namizədi V. A. Çernık, tarix elmləri namizədi S. V. Çirkov və tarix elmləri doktoru Y. N. Şveykovskaya daxildir. == Mükafatlar == 1977-ci ildə Beynəlxalq Kitab Sərgisində birinci mükafata layiq görülmüşdür. 2012-ci ildə akademik D. S. Lixaçyov adına mükafata layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Медушевская О. М., Пережогин М. А. «Археографический ежегодник» — итоги и перспективы Археографические комиссии // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Arxeosiatlar
Arxeosiatlar (lat. Archaeocyata) — tək və ya kolonial təhkim olunan primitiv çoxhüceyrəli dəniz heyvanları. Qədəhvari, diskvari və ya lövhəli monolit karbonat skeleti vardı. Süngəclər kimi filtratorlar idilər. Orqanogen qrumlar (rif) əmələgətirən orqanizmlər olmuşlar. Alt kembri çöküntülərinin stratiqrafik bölünməsi və korrelasiyasında olduqca mühüm əhəmiyyəti vardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Arxeqoniyalı bitkilər tipi
Arxeqoniyalı bitkilər (Archegoniatae) — elə bitkilərə deyilir ki, onlarda arxeqoniya adlanan butulkavari dişi cinsi orqanı olsun. Arxeqoniyalı bitkilər əsasən aşağıdakı altı sinfə ayrılır.
Arxetip
Arxetip (yun. άρχέτυπον, άρχή – ilkin, başlanğıc və yun. τύπς) — zərbə; zərbə izi, nişanə, əlamət. fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası. == Antik fəlsəfədə == Proobraz, nümunə. Arxetip anlayışı əsasən Platona görə əqli qavranılan aləmə aid edilir.
Arxey
Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi. == Etmologiyası və istifadəsi == Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü. Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir. == Geologiya == Arxeyin başlağıcında Yerin istilik axını bugünkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi. Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, Montana və Vayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir.
Arxeya
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Arxeyalar
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Arxiereyskoe gölü
Arxiereyskoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Arxiereyskoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Tarlaşi kəndində yerləşir. Su tutarı uzunsov formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 2137 metr, maksimal eni isə 494 metrdir. Su səthinin sahəsi 61,4 ha-dır. Orta dərinliyi 6 m, maksimal dərinliyi isə 35 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 4 mln m³-dir. Qıdalanması qarışıqdır.

Digər lüğətlərdə