Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009).
Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır.
== Seçilmiş əsərləri ==
=== Kitablar ===
Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017
Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013.
Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.