AXŞAM-SƏHƏR

z. in the evening and in the morning, every day

AXŞAM-SABAH
AXŞAMBAZARI
OBASTAN VİKİ
Axşam
Axşam günün periodu olub, gündüzün sonunda başlayan və gecənin başlanğıcı ilə üst-üstə düşür. Ümumiyyətlə, günəşin üfüqə yaxın olduğu zaman dövrünü göstərir və mülki, dəniz və astronomik alatoranlıq dövrlərini əhatə edir. Axşamın başladığı və bitdiyi dəqiq vaxtlar subyektivdir və ilin yerindən və vaxtından asılıdır. Gün batmazdan bir az əvvəl son azalan günortanı daxil etmək üçün danışıq dilində istifadə edilə bilər.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Axşam yarasası
Axşam yarasası (lat. Nyctalus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Səhər (dəqiqləşdirmə)
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər (qəzet) — Azərbaycanda nəşr olunmuş qəzet. Səhər (şairə) — Səhər (film, 1960) — Azərbaycan filmi.
Səhər (qəzet)
"Səhər" — Gündəlik ictimai-siyasi qəzet. Qəzetin birinci nömrəsi 1989-cu il avqustun 4-də nəşr olunmuşdur. "Səhər" 1991-ci ildə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet olmuşdur. Fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynamışdır.
Səhər (şairə)
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Səhər Biniaz
Səhər Biniaz (fars. سحر بینیاز‎; 17 noyabr 1986, Tehran) — İran aktrisası və model.
Səhər Delicani
Səhər Delicani (18 sentyabr 1983, Tehran) — İran yazıçısı. Səhər Delicani 1983-cü ildə Tehrandakı Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da, anası da siyasi motivlə həbsdə olub. Səhər 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Kaliforniyadakı Berkli Universitetində filologiya ixtisası üzrə təhsil alıb. “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanıdır. Bu roman 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafata layiq görülüb.
Səhər Orucova
Səhər Hidayət qızı Orucova — filologiya elmləri namizədi (2002), filologiya üzrə elmlər doktoru (2013), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent (2005), professor (2015), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (2015), "Folklorşünaslıq" jurnalının təsisçisi (2017), AMEA-nın professoru (2018), Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru (2021) Səhər Orucova İrəvan şəhərində anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub. 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. 1993–1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin "Humanitar fakültələr üzrə Rus dili kafedrası"nda laborant, 1995–1996-cı illərdə "XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi" üzrə baş laborant, 1996–1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999–2003-cü illərdə baş müəllim, 2003–2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışmışdır. 2018-ci ildə AMEA-nın professoru adını alıb. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktorudur. O, BDU-nun Filologiya fakültəsində bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Azərbaycan dastanları", "Kitabi Dədə Qorqud" və dünya eposu" fənlərindən dərs deyir.
Səhər TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Səhər Televiziyası
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Səhər namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Səhər Əhməd
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Çayxanada səhər
Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir. Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir. Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir.
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. == Yayılması == Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Gün Səhər (qəzet)
Gün Səhər - Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin fevral ayında yaradılıb. Təsisçis «GÜN» müstəqil yayım şirkəti. Baş redaktoru Qabil Abbasoğludur. == Tarixi == “Gün səhər” qəzeti 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Səhər (film, 1960)
"Səhər" — rejissor Ağarza Quliyevin filmi. Burada kənddən Bakıya gəlib neft mədənlərində işləyən Bayramın(Giuli Çoxonelidze) bolşeviklərin təsiri altında inqilabçıya çevrilməsindən danışılır. Film Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Ssenari müəllifi: Mehdi Hüseyn Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Dmitri Feldman Rejissor: Tofiq Kazımov, Rüfət Şabanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fikrət Əmirov Mahnıların mətni: Nəbi Xəzri Səs operatoru: Ağahüseyn Kərimov Geyim rəssamı: Elbəy Rzaquliyev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Rejissor assistenti: Əsgər İsmayılov, Elmira Əliyeva Operator assistenti: Tofiq Sultanov (T.Sultanov kimi), A.Ələkbərov Rəssam assistenti: S.Şıxlı, N.Mahmudov Montaj edən: Yevgeniya Abdirkina Filmin direktoru: Teymur Hüseynov Mahnı ifa edən: Lütfiyar İmanov (titrlərdə yoxdur) Operator: Əsgər İsmayılov (titrlərdə yoxdur) Nodar Şaşıqoğlu — Əzizbəyov Giuli Çoxonelidze (Giuli Çoxonolidze kimi) — Bayram Nikolay Barmin — Smirnov Lütfi Məmmədbəyli — Aslan Əşrəf Yusifzadə — Pirəli Ələsgər Ələkbərov — Rəhim bəy M.Hüseynov — Rəşid Elmira Şabanova — Sevda Əli Zeynalov — Abuzər bəy Mustafa Mərdanov — Əhməd kişi Manana Abuyeva — Süsən Andro Kobaladze — Koba Qurgen Tonuns — Şaumyan H.Qaqanidze — Caparidze Əzizə Məmmədova — Səlminaz Nina Kloçneva — Yelena Vladimir Otradinski — polkovnik Sona Hacıyeva — Aslanın anası Anatoli Falkoviç — zabit Əhməd Anatollu — Süsənin atası Ələkbər Hüseynzadə — kəndli Ələkbər Seyfi — gizli mətbəəçi L.Volezev Leyla Rzayeva — Əzizbəyovun arvadı German Orlov - Vasya İbrahim Azəri — fəhlə Kuzma Qolovkov - jandarm B.Sadıqov Hüseynağa Sadıqov — nökər Bahadur Əliyev — fəhlə Həsənağa Salayev — Bayram (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Əli Zeynalov — Əzizbəyov (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Smirnov (Nikolay Barmin )(titrlərdə yoxdur) Müxlis Cənizadə — Rəşid (M. Hüseynov) (titrlərdə yoxdur) Möhsün Sənani — Şaumyan (Qurgen Tonuns) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - Abuzər bəy (Əli Zeynalov );yerli sakin(titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli - Koba (Andro Kobaladze)(titrlərdə yoxdur) Hökümə Qasımova - Yelena (Nina Kloçneva)(titrlərdə yoxdur) Ağahüseyn Cavadov - gizli mətbəəçi (Ələkbər Seyfi):inqilabçı fəhlə(titrlərdə yoxdur) Əlizaman Qasımov - Vasya (German Orlov);jandarm (Kuzma Qolovkov);Həbsxana rəisi(titrlərdə yoxdur) Bahadur Əliyev - inqilabçı (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Tekila səhər şəfəqi

Digər lüğətlərdə