AX

межд. ах, агь (1. тажубвал, мурад, цӀигелвал, гьасрет ва мс. гьиссер къалурдай гаф; гагь-гагь тикрар формада “ах! ах!” хьиз кӀвалахарда; 2. гъуьнтӀ, туьнбуьгь, меземмет къалурдай гаф).
AHUYERİŞLİ
AX-TÜF
OBASTAN VİKİ
.ax
.ax — Aland adalarının internet kodu.
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Çayın uzunluğu 25 km, hövzəsinin sahəsi 691 km² təkil edir. Suyundan suvarmada istifadə olunur. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. == Toponim == Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Döş qəfəsi limfa axacağı
Döş qəfəsi limfa axacağı və ya torakal kanal (həmçinin sol limfa kanalı, qida kanalı kimi də tanınır) — insan anatomiyasında limfa sisteminin iki limfa kanalından daha böyüyü (digəri sağ limfa kanalıdır). Torakal kanal limfa sistemində əsas rol oynayır. Bədənin limfasının çox hissəsi bu kanal tərəfindən toplanır və sonra daxili boyun və sol körpücükaltı venalar arasında brakiosefalik vena yaxınlığında qana axır. Torakal kanal təmiz limfa deyil, həm limfa, həm də emulsiya edilmiş yağları ehtiva edən bir maye olan hilus daşıyır. O, həmçinin sağ döş qəfəsi, qol, baş və boyundan başqa (sağ limfa kanalı tərəfindən boşaldılan) limfanın çox hissəsini bədəndə toplayır. Kanalın deşilməsi zamanı maye plevra boşluğuna daxil olur. Bu mayeyə şilotoraks deyilir. == Strukturu == Yetkinlərdə döş kanalının uzunluğu adətən 38-45 sm və orta diametri təxminən 5 mm-dir. Damar adətən 12-ci torakal fəqərə (T12) səviyyəsindən başlayır və boyun kökünə qədər uzanır, sonra enir və venoz bucaqla bitir. === Mənşəyi === Torakal kanal T12 fəqərəsi səviyyəsində[3] sisterna şilinin yuxarı kənarından başlayır.
Dədə Qorqud axtarışında (film, 2000)
Dəllər (Axta)
Dəllər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə Zəngiçayın qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimikası == Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi əsasında formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir.
Elektrometriya vasitəsilə axtarış (film, 1936)
Elm tanrı axtarışında (kitab)
Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı. 📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir. == Məzmun == "Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?" Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır.
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Axundova (I)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). == Həyatı == Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. == Ailəsi == Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991).
Elmira Axundova (müğənni)

Elmira Axundova (siyasətçi)

Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə

Elçin Hami Axundov

Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Eşqin Axundov
Eşqin Axundov (əsgər)
Fidan Axundova
Axundova Fidan Elmar qızı (18 sentyabr 1977, Bakı) — azərbaycanlı aktrisa, televiziya aparıcısı, şairə. == Həyatı == Fidan Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il Bakıdakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurandan sonra 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin "Burla xatun" dramının tamaşasında Banu Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə olub. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixində Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vurub.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Gabdulxay Axatov
Gabdulxay Huram oğlu Axatov (tatar. Габделхәй Хурам улы Əхатов, Ğabdelxəy Huram uğlı Axatov; 1927–1986, Tatarıstan, SSRİ) — alim-filoloq, linqvist-türkoloq, dialektoloq, filologiya elmləri doktoru (1965), professor (1970), mədəniyyət xadimi. Tük dillərinin, əsasən tatar dilinin dialekt və leksik xüsusiyyətlərinin öyrənilməsinə böyük töhfə verib. == Elmi işləri == Ахатов Г. Х. Вопросы методики преподавания татарского языка в условиях восточного диалекта (монография). Тобольск, 1958. Ахатов Г. Х. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г. Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Golden Axe (video oyun)
Golden Axe — "Sega" oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Videooyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. == Hekayə == Oyun "Death Adder" (azərb. Ölüm gürzəsi‎) adlı zalım diktatordan intiqam almağa and içən 3 döyüşçü personajından biri seçilərək oynanılır. "Death Adder" sülh ölkəsi Yuriya ölkəsini (uydurulmuş Konan personajının yaşadığı orta əsrlər ölkəsi) işğal etmişdir. Həmçinin, Yuriya ölkəsinin kralı və kralın qızı əsir götürülərək, qəsrdə saxlanılır. "Death Adder" Yuriya ölkəsinin rəmzi sayılan "Qızıl balta" simvolunu (ing. Golden Axe) götürərək, kralı simvolu məhv etmək ilə hədələyir. Əgər insanlar ölkədə onun hakimiyyətini tanısalar, onda simvol məhv olmayacaqdır.
Hacı Səlim Axundzadə
Hacı Səlim Axundzadə (tam adı: Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə; 1872, Lənkəran, Lənkəran qəzası – 15 dekabr 1930, Ənzəli, Gilan ostanı) – ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dədiyi məktəbdə alır. O, atasın Mirzə İsmayıl Qasirin 1805–1900-cu illərdə açdığı "Üsuli-cədid"də fars və ərəb dillərini öyrənəndən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir və ilahiyyat elmlərinə yiyələnir. Onun bu təhsili düz 8 il davam edir. Aprel işğalından (1920) İranın Ənzəli şəhərinə köçmüş, orada hökumət məktəbində şəriətdən dərs demişdi. Hacı Mirzə Səlim Axundzadə 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar. == Ailəsi == Hacı Səlim Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir.
Hacı İbrahim ağa Axundov
Hacıabad-i Axtaçı (Bükan)
Hacıabad-i Axtaçı (fars. قاجر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 934 nəfər yaşayır (191 ailə).

Digər lüğətlərdə