Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çarpaz məzənnə
Çarpaz sindromlar
Çarpaz sindromlar (ing. overlap) – xəstədə altı klassik sistem autoimmun revmatik xəstəliklərdən (SLE, SSk, PM, DM, RA və ŞS) birdən çoxunun diaqnostik əlamətləri üstünlük təşkil edir. Bu sindroma aid olan ŞS daha digər xəstəliklərlə assosiasiya olur: birincili biliar sirroz, nekrozlaşan vaskulit, autoimmun tireodit, xroniki aktiv hepatit, qarışıq krioqlobulinemiya, hiperqammaqlobulenemik purpura. Yüksək titrli U-1 RNT assosiasiya olmayan digər çarpaz sindromlar vardır: SLE+PM; SLE+seropozitiv RA; SSk+miozit.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Çarpaz düz xətlər
Bir müstəvi üzərində yerləşməyən iki düz xətt. Əgər a {\displaystyle a} və b {\displaystyle b} düz xətləri çarpazdırsa, onda yalnız bir cüt paralel α {\displaystyle \alpha } və β {\displaystyle \beta } müstəviləri var ki, a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β . {\displaystyle b\subset \beta .} Eyni zamanda sonsuz sayda perpendikulyar müstəvilər cütü var ki, onlardan biri a {\displaystyle a} düz xəttindən, digəri isə b {\displaystyle b} düz xəttindən keçir. Əgər α ‖ β {\displaystyle \alpha \|\beta } , a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β {\displaystyle b\subset \beta } olarsa, ondabu iki paralel müstəvi arasındakı məsafə a {\displaystyle a} və b {\displaystyle b} çarpaz düz xətləri arasındakı məsafəyə bərabərdir. a {\displaystyle a} və b {\displaystyle b} düz xətləriin çarpazlığı " a − b {\displaystyle a-b} " kimi işarə olunur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Dağ (dəqiqləşdirmə)
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlər. Dağ (film, 2012) — Türk macəra, dram filmi.
Dağ 2
Dağ 2 və ya Dağ II — 2016 tarixli Türkiyə istehsalı ekşn, gərginlik və dram janrında olan film. Filmin yaradıcısı Alpər Çağlar-dır. 2012-ci ildə nümayiş olunan Dağ filminin davamıdır. 4 noyabr 2016 tarixində kinoteatrlarda təqdim olunmuşdur. İlk filmi 170 min lirəli (85 min manat) büdcəsi 10 qat çoxalaraq,1 milyon 700 lirə (850 min manat) olaraq təyin olunmuşdur. IMDb-də 10 üstündən 9.9 xal almışdır Filmdə Türkiyə Silahlı Qüvvələri-dən alınan həqiqi silahlar istifadə olunub. Türkiyədə 3 milyon 289 min 710 kişi tərəfindən baxılaraq 2016-cı ilinin ən çox baxılan kinosu olmuşdur. Oğuz və Bəkİrin əsgərlik vaxtı bitməyə yaxınlaşmışdır. Bu ikili,Xüsusi Qüvvətlər Komandirliyinə müraciət etmək istəyirlər, lakin Bəkirin dizindəki zədə, Oğuzun çiynindəki çətinliyə görə alınmırlar. Bu vaxt birinci filmdə şəhid olan Yaşar Dəmirin yaxın yoldaşı Veysel Gökmusa danışmağa şahid olur və bu ikiliyə icazə verir.
Dağ Arıxlı
Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir. "Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir. Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir. Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır. Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb.
Dağ Bağırlı
Dağ Bağırlı, Bağırlıdağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Bağırlıdağ Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. "Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi" deməkdir. Kənd əhalisi 1310 nəfərdir ki, onunda 678 nəfəri kişi, 632 nəfəri isə qadınlar təşkil edir. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Dağ Bilici
Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Oykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir. Kənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Kəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlar dan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət-ənənəsini yaşadan nadir kəndlərdəndir. Dağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.
Dağ Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dağ Cəyir
Dağ Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Dağ Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Ermənistan ərazisindən və Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi adını yerləşdiyi dağlıq ərazidən və Cəyir çayının adından almışdır. 1988-ci ildə Azərbaycan Türkləri Ermənistandan kütləvi şəkildə deportasiya edilən zaman Göyçə mahalının Şişqaya kəndinin sakinləri Şəmkir rayonunun Dağ Cəyir kəndinə yerləşdirilmişdir. Hazırda kənd əhalisini Şişqayalılar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. 2017-ci ildə Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışını edib.
Dağ II
Dağ 2 və ya Dağ II — 2016 tarixli Türkiyə istehsalı ekşn, gərginlik və dram janrında olan film. Filmin yaradıcısı Alpər Çağlar-dır. 2012-ci ildə nümayiş olunan Dağ filminin davamıdır. 4 noyabr 2016 tarixində kinoteatrlarda təqdim olunmuşdur. İlk filmi 170 min lirəli (85 min manat) büdcəsi 10 qat çoxalaraq,1 milyon 700 lirə (850 min manat) olaraq təyin olunmuşdur. IMDb-də 10 üstündən 9.9 xal almışdır Filmdə Türkiyə Silahlı Qüvvələri-dən alınan həqiqi silahlar istifadə olunub. Türkiyədə 3 milyon 289 min 710 kişi tərəfindən baxılaraq 2016-cı ilinin ən çox baxılan kinosu olmuşdur. Oğuz və Bəkİrin əsgərlik vaxtı bitməyə yaxınlaşmışdır. Bu ikili,Xüsusi Qüvvətlər Komandirliyinə müraciət etmək istəyirlər, lakin Bəkirin dizindəki zədə, Oğuzun çiynindəki çətinliyə görə alınmırlar. Bu vaxt birinci filmdə şəhid olan Yaşar Dəmirin yaxın yoldaşı Veysel Gökmusa danışmağa şahid olur və bu ikiliyə icazə verir.
Dağ Közbulaq
Közbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı var.
Dağ Kəsəmən
Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. İbrahim Rəhimov — Azərbaycanın ilk ali təhsilli həkimi və ilk psixiatrı. Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı. Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru. Süleyman Tatlıyev — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Qazaxlı Alik — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur. AĞSTAFA İsmayıl Umudlu. Dağ Kəsəmən.
Dağ Maşanlı
Dağ Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Dağ Tumas kənd Sovetindən Dağ Maşanlı kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 539 nəfərdir.
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.
Dağ Qızılhacılı
Dağ Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 20 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir. Aran Qızılhacılı kimi "Dağ Qızlhacılı" da Qarapapaqlara bağlı tayfanın adındandır. XIX əsrin tarixi qaynaqlarında kəndin adına "Təhməzqulu-Qızılhacılı" şəklində rast gəlinir. Kənddə 1870-cı ildə 25 ailədə 168 nəfər, 1926-cı ildə 67 ailədə 423 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 341 nəfər (156 nəfəri kişilər, 185 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 336 nəfər əhali yaşayır. Kənddə ilk dünyəvi məktəb 1930-cu ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
Dağ Qışlaq
Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər.
Denali (dağ)
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Calın
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Karpaz yarımadası
Karpaz (yun. Καρπασία, türk. Karpaz) — Kipr adasının şimalında yerləşən yarımada. Yarımada de-fakto Şimali Kipr Türk Respublikasınin ərazisində yerləşir. Yarımada dar və uzun quru parçası olaraq Liquriya dənizinin içərilərinə doğru şimal-şərq istiqamətdə uzanır. Yarımadanın sonunda Həvvari Andrey burnu yerləşir. Yarımadada Kireniya sıra dağları yerləşirki, oda yarmadaya pereoentukulyar istiqamətdə yerləşir. Ən hündür nöqtəsi — 364 metrdir. Yarımadanın cənub və şimal sahillərində gözəl çimərliklər vardır. 2000-ci illərdən Barfa şəhəri yaxınlığında kotejlərlə zəngin olan qəsəbə salınmışdır.
Rafael Harpaz
Rafael Harpaz (ivr. ‏רפאל הרפז‏‎; 8 yanvar 1962, Qüds) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2015) 8 yanvar 1962-ci ildə Yerusəlimdə anadan olmuşdur.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür: Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək: (d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Çəkmə (dəqiqləşdirmə)
Çəkmə — Ayaqqabı. Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur..
Düzkənd (Talın)
Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd.1728-ci ildən məlumdur Rayon mərkəzindən 7–8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik, düzəngah" mənasında işlənən düz sözü ilə türk dilində "şəhər, yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. 1886-cı ildə ermənilər və kürdlər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur.
Dədəli (Talın)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Karvansara (Talın)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Qabaqtəpə (Talın)
Qabaqtəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə. Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib «qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Sabunçu (Talın)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Susuz (Talın)
Susuz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Toponim türk dilində "çay, kiçik çay, gölməçə" mənasında işlənən su sözü ilə -suz şəkilçsinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsamakasar qoyulmuşdur. 1590-cı ilə aid mənbədə Susuz kimidir XX əsrin əvəllərinə aid mə’lumatda Aleksandropol qəzasında qışlağın adı kimidir. 1915-ci ildə kəndin əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Yaşıl (Talın)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Bartaz (dağ)
Bartaz — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2270 m. Toponimiyada bart/bard "dağ", as/az/ats "su"; "iti uc, iti zirvə" deməkdir. Oronim "iti zirvəli dağ" mənasındadır.
Yarpız (dağ)
Yarpız — Qax rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, İlisu kəndinden сənubda yerləşir. Hündürlüyü 2611 m-dir. Dağ burada yarpız bitkisinin bolluğu ilə əlaqədar belə adlanmışdır.
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Caxın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Dan Balan
Dan Mihai Bălan (6 fevral 1979, Kişinyov) — Moldovalı sənətçi, bəstəkar və prodüserdir. O, Moldovanın O-Zone qrupunun və qrupun 32 ölkədə hit-paradlarda birinci olub və bütün dünyada 12 milyon nüsxə satılan beynəlxalq hit sinqlı " Dragostea Din Tei "-nin yaradıcısıdır. Sənətçi Disney Channel Rumıniya tərəfindən Brandy & Mr. Whiskers seriyalının saundtrekini oxumaq üçün seçilib.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Adi ağ balıq
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Adi qarpız
Adi qarpız (lat. Citrullus lanatus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü. Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir. Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, "file name" yazılışına üstünlük verir.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.