Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berlin üzərinə qəti hücum
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Relslər üzərinə uzanmış adam
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. == Beynəlxalq uğurları == Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Relslər üzərinə uzanmış adam (roman)
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. == Beynəlxalq uğurları == Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554–1555)
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü — əsası hələ Sultan Səlimlə Şah İsmayıl dövründə qoyulan müharibənin ardı mahiyyətində olan yürüşdür. 1532-ci ildən yenidən aktiv şəkildə başlayan müharibədə son mərhələni təşkil etməklə, 1554-cü ilin iyun ayında başlamış və 1555-ci ilin may ayına qədər davam etmişdir. == Arxa plan == Yürüş Səfəvi ordusunun 1550–1552-ci illəri əhatə edən Anadolu yürüşünə cavab mahiyyətində olmuşdur. 1550–1552-ci illə yürüşü zamanı qələbə qazanan Səfəvi ordusu Van və Ərzurumu ələ keçirib dağıtmışdı. 1554-cü ilin iyul ayının sonlarında Osmanlı imperiyası Səfəvi imperiyasını döyüşə çağırdı və bunun ardınca İbn Kamalın fətvası yayımlandı. Yürüş müharibədəki Scherbergerə görə III, Oqtay Əfəndiyevə görə isə IV yürüş idi və şəxsən Sultan Süleyman özü komandanlıq edirdi. Onun köməkçisi Rumelinin canişini Sokollu Mehmed paşa idi. Süleymanın ordusuna Balkanlardan olan qüvvələr də daxil idi. Balkandan olan qüvvələr 1553–1554-cü ilin qışını Tokatda keçirdikdən sonra 1554-cü ilin iyununda Hələbdəki Suşehrində sultanın ordusuna qatıldı. Balkandan gəlmiş qüvvələr yürüşdə axıra qədər iştirak etdilər.
Buludların üzərində ölüm
Buludların üzərində ölüm romanı Aqata Kristinin 1935-ci ildə qələmə almış olduğu detektiv əsərdir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası. == Personajlar == Erkül Puaro, həvəskar detektiv Ceyms Cepp, Skotland Yardın şef inspektoru, Erkül Puaronun dostu. Monsiyer Furne, Paris polisi Henri Mitçell, böyük bələdçi Albert Devis, bələdçi Mari Morisot, sələmçi zəngin qadın Anne Koridor, onun qızı Dr. Brayant, burun-boğaz-qulaq həkimi Ceyn Qrey, bərbər köməkçisi Norman Qeyl, diş həkimi Qrafinya Siseli Xorbari, Graf Xorbarinin arvadı Graf Stefan Xorbari, Qrafinya Siseli Xorbarinin əri Venesiya Kerr, bir ingilis lordunun qızı, Graf Xorbarinin qonşusu və məşuqəsi.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Çip üzərində sistem
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . == Daxili komponentləri == Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
Vulkan üzərində ev
== Məzmun == Filmin əsasını olmuş əhvalatlar təşkil edir, 1907–1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma ustasının xatirələrində canlandırılır. == Film haqqında == Film aktyor Ələsgər Ələkbərovun kinoda ilk işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu operator: Aleksandr Qalperin Quruluşçu rəssam: Aleksandr S. Qonçarski İkinci operator: E. Nikulesku Fotoqraf-rəssam: E. Nikulesku Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti: Qriqori Braginski, Mustafa Mərdanov Rejissor köməkçisi: A. Məmmədov, V. Troşkin === Rollarda === Ələsgər Ələkbərov — Həsən Salman Dadaşov — Abbas (Həsənin oğlu) Dmitri Kipiani — Georgi Aleksandr Şiray — rus fəhləsi Pavel Yesikovski — rus fəhləsi S. A. Makuxina — Sona Mikayıl Mikayılov == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. "Kino" qəzeti. 9 iyul 1984-cü il.
Ülgüc üzərində qaçan
Ülgücün üzəri ilə qaçan (ing. Blade Runner) — elmi fantastika janrında çəkilmiş 1982-ci il istehsalı film. Ridley Scottun 4-cü filmidir. Film Filip Dikin "Do Androids Dream of Electric Sheep?" adlı hekayəsi əsasında çəkilmişdir.
Atom (çip üzərində sistem)
2012-ci ildə İntel şirkəti Atom prosessorlarını yeni çip üzərində sistem (SoC) formatında təqdim etdi. Yeni platforma kommunikator və planşet kompüterlər üçün nəzərdə tutulub. Həm də, 13 sentyabr 2011-ci ildə Google şirkəti Android ƏS üçün Intel x86 arxitekturalı prosessorları üçün tərəfdaşlıq təklifi etmişdir. 2015-ci ildə İntel şirkəti Atom ailəsi prosessorlarını üçün səviyyə bölgüsü tətbiq etməyə başlayır. Hal-hazırda onlar Core ailəsi prosessorlarını kimi 3 yerə bölünür. İndi Atom ailəsi prosessorları x3, x5, x7 markalanırlar: Atom x3 - baza səviyyəli, Atom x5 —orta səviyyəli, Atom x7 - ən məhsuldar prosessorlar sayılırlar. == Modellərin siyahısı == == Oxşar platformalar == Snapdragon от Qualcomm Tegra - Nvidia Exynos - Samsung Ax - Apple Atom - Intel OMAP - Texas Instruments MediaTek == İstinadlar == == Xarici keçidlər == Quad-Core Intel Atom CPUs Coming in 2013 // Tom's Hardware, 10.01.2012 Bay Trail.
Bulud üzərində rabitə xidmətləri
Bulud üzərində rabitə xidmətləri, telekommunikasiya tətbiqetmələri, kommutasiya və saxlama yerlərindən istifadə edərək təşkilat xaricində üçüncü tərəf şirkət tərəfindən internet üzərindən təqdim olunan, internet əsaslı səs və məlumat rabitə xidmətləridir. Bulud xidmətləri, əsasən İnternet infrastrukturu vasitəsilə idarə olunan və məlumat əldə edilən məlumat mərkəzlərinə aid xidmətlərə istinad edərək geniş bir termindir. Son vaxtlara qədər bu xidmətlər məlumat mərkəzlidir, lakin VoIP (İnternet protokolu üzərindən səs) inkişafı ilə səs bulud fenomeninin bir hissəsi oldu. Bulud telefoniyası (həmçinin ev sahibliyi telefonu olaraq da tanınır) xüsusi olaraq səs xidmətləri və daha doğrusu özəl filial mübadiləsi (PBX) kimi şərti iş telefon avadanlıqlarının üçüncü tərəf VoIP xidməti ilə əvəz edilməsinə aiddir. Buludlu rabitə təminatçıları, müştərilərinə "bulud" a daxil olmaq imkanı verən səsvermə və məlumat rabitə tətbiqetmələri və xidmətləri, provayderlərin sahib olduqları və qoruduqları serverlərdə yerləşdirir. Yalnız istifadə etdikləri xidmətlərə və ya tətbiqlərə görə ödədikləri üçün müştərilər daha şərti PBX sisteminin yerləşdirilməsi ilə əlaqəli baş ağrısı olmadan daha qənaətli, etibarlı və etibarlı bir rabitə mühitinə sahibdirlər. Şirkətlər xüsusiyyətlərini itirmədən bulud rabitə xidmətləri ilə xərcləri azalda bilər. Google və başqalarının bulud əsaslı provayderlər kimi müvəffəqiyyəti bir bulud əsaslı platformanın bir proqram əsaslı platforma qədər təsirli ola biləcəyini göstərdi, lakin daha aşağı qiymətə. Buluddan gələn səsli xidmətlər, ev sahibliyi edilən telefonunuzun dəyərini artırır, belə ki istifadəçilər, eyni zamanda VoIP üçün obyektlərə əsaslanan xidmət təminatçısına güvənmək əvəzinə bulud əsaslı bir təklifə müraciət edə bilərlər. Bu, seçimlərini yerli və ya regional daşıyıcılardan kənarda genişləndirir.
Buxta Üzərində Günəş (1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. == Məzmun == Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. == Tarixi == Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir. Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır. Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi. Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi. == Mövzusu == Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir. == Gecənin rəngləri == Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı.
Vulkan Üzərində Ev (1929)
Reyxstaq üzərində Zəfər bayrağı
Reyxstaq üzərində Zəfər bayrağı — tarixi əhəmiyyətli İkinci dünya müharibəsində çəkilən foto. Şəkil Yevgeni Haldey tərəfindən 2 may 1945-ci ildə Berlin döyüşü zamanı çəkilib. Şəkil Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin simvoluna çevrilib. Sovet bayrağı Meliton Kantariya və Mixail Yeqorov tərəfindən Berlindəki Reyxstaq binasında ucaldılıb. Minlərlə tirajla nəşr olunan bu fotoşəkil İkinci Dünya Müharibəsinin ən diqqət çəkən fotoşəkilləri arasında idi. Şəkildəki əsgərlərin və şəkli çəkən əsgərin kimliyi illər sonra məlum olub. == Arxa plan == Berlin döyüşü İkinci Dünya Müharibəsinin Avropa Cəbhəsində sonuncu böyük hərbi əməliyyat idi. 1945-ci il aprelin 16-da Almaniya cəbhəsinə doğru irəliləyən Sovet Qırmızı Ordusu sutkada 30–40 km sürətlə Almaniyanın içərilərinə doğru irəliləyirdi. Berlin uğrunda döyüş 1945-ci il aprelin 20-dən mayın 2-dək davam etdi və müharibənin ən qanlı döyüşlərindən biri oldu. Reyxstaq binası 1894-cü ildə tikilib və dövrün ən möhtəşəm memarlıq əsərlərindən biri hesab olunur.
Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi. 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır. “Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub.
Polad Dirəklər Üzərində Şəhər (1975)
== Məzmun == Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır. Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu — Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Süveyş kanalı üzərində elektrik xətti
Süveyş kanalı üzərində elektrik xətti — 1998-ci ildə Misirin Süveyş şəhərində tikilmiş və Süveyş kanalının üstündən keçən elektrik xətti. İki 500 kilovoltluq xətdən ibarətdir. Naviqasiya üçün təhlükəsizlik tələblərinə görə, naqillər 150 metr yüksəklikdə yerləşdirilməli olduğundan, xətt kanalın sahilində yerləşən 221 metr yüksəklikdəki iki dirəyə asılıb. Dirəklərin hər birində dörd asqı var: 3-ü keçiricilər üçün, biri isə izolyatorların məhv olması halında keçiriciləri saxlamaq üçün. == Bölgənin inkişafı == Elektrik xətti Əhməd Həmdi tuneli (1981-ci ildə tamamlanıb), Əl-Fərdan dəmiryol körpüsü və avtomobil körpüsü (2001-ci ildə tamamlanıb) ilə birlikdə Süveyş kanalının ətrafındakı ərazilərin inkişafına mühüm töhfə verən layihələrdən biridir. Qovşaq STFA Enerkom-Siemens Konsorsiumu tərəfindən inşa edilmişdir.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Tərtər çayı üzərində qədim körpü
Tərtər çayı üzərində qədim körpü — Azərbaycanın Bərdə şəhəri ərazisində yerləşən VI–VII əsrlərə aid körpü. == Tarixi == Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur. Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub. Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb. İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib.
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Zərrinə
Zərrinə- İranın Kürdüstan ostanının Divandərə şəhristanının Kərəftu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,272 nəfər və 266 ailədən ibarət idi.
Azəricə
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında sadəcə Türk dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azərin
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Üzərçə
Üzərçə (lat. Phalaropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Zərnə
Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış. == Toponimikası == Zərnə oyk., sadə. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı.
Zərincə (Talin)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Zərincə (Talın)
Zərincə — İrəvan xanlığının Talın mahalında kənd adıXIX əsrə aid məlumatda Zar İncə kimidir1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Qədim Azəricə
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir. 10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. == İlk tədqiqatlar == Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür.
Qədim azəricə
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir. 10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. == İlk tədqiqatlar == Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür.
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. == Həyatı == Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur. Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). == Həyatı == Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. == Mənbə == Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. === Partiya fəaliyyəti === 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. == Həyatı == Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
Zəminə Orucova
Uerinq burnu
Uerinq burnu — Vrangel adasında yerləşən burun. İri qaya parçası olaraq kilometrlərlə Çukot dənizinin içərilərinə doğru uzanır.. Maksimal hündürlüyü 221 metr təşkil edir. 1881-ci ildə «Rocers» gəmisinin ekipajı tərəfindən leytenant Uerinqin şərəfinə adlandırılmışdır. Qayalıq üzərində quş bazarı geniş sahə tutur. Burada 200 min quş vardır. Burada Phalacrocorax pelagicus, Böyük qütb qağayısı, Sakit okean kütdimdiyi və Çəhrayı qağayı kimi quşlar yaşayır.. Burada Morjların yerləşim yeri vardlr.