Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Şaftalı mənənəsi
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar. Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur.
Şaftalı povidlosu
Şaftalı yastıcası
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Səfalı Nəzərli
Səfalı Nəzərli (14 dekabr 1948, Ləmbəli) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
Şəfalı Əllər (1968)
Şəfalı əllər (film, 1968)
Film insanları yenidən həyata qaytaran əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zülfüqar Məmmədovdan, onun məharətindən, şəfalı əllərindən danışır. Filmdə əsas mövzu həkimin ümidinə verilmiş sağlamlıq, həyat və insan taleyidir. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: A.Sadıqov Səs operatoru: Şamil Kərimov "Yeni sənədli filmlər" [Azərbaycanın sənədli kino ustalarının çəkdikləri "Şəfalı əllər" filmi haqqında] //Kino yenilikləri.- 1969.- 21 yanvar.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Super Sentai Serialı
Super Sentai Seriyası (yap. スーパー戦隊シリーズ, tərcüməsi: Super Eskadra Seriyası, oxunuşu: Supa Sentai Shirizu) — Toei və Bandai-nin istehsal etdiyi və TV Asahi-nin yayımladığı, uzun müddətdir davam edən Yaponiyanın "superqəhrəman komandası" janrına verilən addır. ("Super" mecha istifadə etmələrini ifadə edir və "Sentai" Yapon dilində "işçi qüvvəsi" və ya sözün əsl mənasında "döyüş eskadronu" mənasını verir və eyni zamanda II Dünya Müharibəsində Yapon eskadronları üçün istifadə edilən bir termin idi.) Bu seriya Ultra Seriyası, Kamen Rider Seriyası və Metal Hero Seriyası ilə yanaşı, Yaponiyanın ən məşhur tokusatsu istehsallarından biridir. Power Rangers-ə uyğunlaşdırılan ilk Sentai, bütün 50 bölümün görüntülərindən istifadə edilən Kyoryu Sentai Zyuranger oldu. ildönümü, onları xatırlamaq üçün xüsusi loqotiplərdən istifadə edirlər. İndiyə qədər bunlardan beşi seriyanı xatırlamaq üçün bundan istifadə etdi: 25-ci Hyakuju Sentai Gaoranger, 30-u Gogo Sentai Boukenger, 35-i Kaizoku Sentai Gokaiger, 40-ı Doubutsu Sentai Zyuohger və 45-i Kikai Sentai Zenkaiger. Mövsüm ərzində Doubutsu Sentai Zyuohger-in 29-cu bölümü, Super Sentai Seriyasının 2.000-ci bölümüdür. 6 Noyabr 2020-ci ildə Toei Tokusatsu World Youtube kanalında bir neçə Sentai Seriyası (Himitsu Sentai Goranger-dən) yayımlanır. Bununla birlikdə, Toei Tokusatsu World Youtube kanalında olan bütün Sentai seriyaları lisenziyaya görə bir neçə ölkədə bloklanır. Bu seriya Toei tərəfindən istehsal olunan və TV Asahi-də yayımlanan, xüsusi effektli bir super qəhrəman proqramıdır.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Neftli-qazlı hövzə
Neftli-qazlı hövzə — böyük geostruktur elementi daxilində məhdudlaşan neft və qaz akkumulyasiyasının struktur zonalarının məcmusu. Bu ərazilər geoloji təkamülü karbohidrogenlərin generasiya və miqrasiyasını, sənaye yığımlarının əmələ gəlməsini və həmçinin onların uzun geoloji müddət ərzində konservasiyasını təmin edir. Kənardan hövzəyə gələn karbohidrogen axınları hövzənin ehtiyatlarında nəzərə çarpacaq rol oynamır. Tektonik parametrlərə görə neftli-qazlı hövzələr platforma hövzələrinə, mütəhərrik zolaq hövzələrinə və keçid hövzələrinə bölünür. Mütəhərrik vilayətlərdə qırışıqlıq və ya özül komplekslərinin səthə çıxması ilə hüdudlandığına görə neftli-qazlı hövzə ayırmaq çətinlik törətmir (Vyana, Fərqanə və başqa neftli-qazlı hövzələr). Neftli-qazlı hövzələrinin sahəsi bir neçə onlarla kvadrat kilometrdən bir neçə yüz kvadrat kilometrə qədər dəyişə bilər.
Neftli-qazlı süxurlar
Neftli-qazlı süxurlar – məsaməli qum, qumlu-gil, qumdaşları, əhəngdaşlarından ibarət neft və qaz yataqları saxlayan süxurlar. Əsasən çökmə və qismən vulkanogen-çökmə süxur hövzələri ilə əlaqədardır. Burada mövcud olan endogen, ekzogen və biokimyəvi proseslər nəticəsində C və H elementlərinin sintez dəyişmələri baş verir. Süxurlarda çatlılığın az olması və yaxud heç olmaması səbəbində qaz materialının da toplanması üçün şərait yaranır. Kimyəvi elementlərdən Ca, Ba, Mo, Br, S, Cs və s. ilə zəngin və əksinə Mg, Si, P və Sr elementləri ilə kasıb olur. Nefli süxurlardan fərqli olaraq neftli-qazlı süxurlarda C elementinin də toplanması müşahidə olunur. Neftli süxurlarda ən çox Br elementi axtarış əhəmiyyəti daşıdığı halda, neftli-qazlı süxurlarda S elementi aparıcı əlamət hesab olunur. Biofil elementlərdən K, C və J birləşmələrinin miqrasiyası yüksəkdir. Ba / Al nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Abşeron neftli-qazlı sahəsi
Abşeron neftli-qazlı sahəsi və ya Abşeron neftli-qazlı rayonu — Böyük Qafqazın cənub-şərqində ən zəngin neft-qaz sahəsi. Abşeron yarımadası və Abşeron arxipelaqını əhatə edir. Abşeron neftli-qazlı sahəsinin geoloji kəsilişində terrigen-karbonat çöküntülərindən ibarət Mezo-Kaynozoy kompleksi (8,5–9 km) iştirak edir. Bunlardan Orta Pliosenin (qum, qumdaşı və gillərin növbələnməsi) kəsilişində qalınlığı 10–80 km olan 30-dan çox neft-qaz horizontu var. Sahədə Qərbi Abşeron antiklinorumu, Qərbi Abşeron antiklinoriumu, Qərbi Abşeron sinklinoriumu, Mərkəzi Abşeron antiklinoriumu, Şərqi Abşeron sinklinoriumu və Abşeron arxipelaqı antiklinoriumu tektonik vahidləri ayrılır. Burada 50-dən çox sərbəst qırışığı olan 7 antiklinal zona var. Bu qarışıqlardan 26-sı işlənir. Tektonik pozğunluqlarla və palçıq vulkanları ilə bütün antiklinal zonalar mürəkkəbləşmişdir. Sahənin gələcəyi əsasən, oliqosen-Miosen və güman ki, Üst Təbaşir çöküntüləri ilə əlaqədardır.
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır.
Cənubi Xəzər neftli-qazlı hövzəsi
Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur. Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.
Şamaxı–Qobustan neftli-qazlı sahəsi
Şamaxı–Qobustan neftli-qazlı sahəsi — Azərbaycanda, Böyük Qafqazın cənub-şərq batımında neftli-qazlı hövzə. Sahədə çoxlu palçıq vulkanı var. Şamaxı–Qobustan neftli-qazlı sahəsinin geoloji quruluşunda Orta Yuradan (Mezozoy) Üst Pliosenədək (Kaynozoy) olan çöküntü kompleksi öyrənilmişdir. Sahə eyniadlı sinklinoriumu əhatə edir. Beş böyük tektonik zonaya ayrılır: Şimal, Mərkəz, Cənub-Qərb, Cənub-Şərq və ya Ceyrankeçməz depressiyası və Ələt–Ləngəbiz. Bu zonaların, xüsusilə Şimal tektonik zonasının quruluşu olduqca mürəkkəbdir. Şimal zonası böyük ölçülü uzununa, eninə qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmişdir. Ələt–Ləngəbiz tektonik zonasında uzununa istiqamətdə 100 kilometr (62 mil) məsafədən izlənən böyük qırılma müşahidə edilmişdir. Bu qırılma nəticəsində Üst Pliosen çöküntülərinin Orta Pliosen və Miosen çöküntüləri ilə kontaktı yaranmışdır. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilmişdir: Umbakı neft yatağı, Duvannı qaz-kondensat yatağı.
Şimal dənizinin neftli-qazlı hövzəsi
Şimal dənizinin neftli-qazlı hövzəsi — Şimal dənizində, Norveç, Birləşmiş Krallıq, Danimarka, Niderland və Almaniyanın nəzarət etdiyi ərazilərdə yerləşən neftli-qazlı hövzə. Sahəsi 700 min km, bunun 500 min km-i şelfdədir. Ehtiyatları 3500 milyon ton neft və 8000 milyard ton qazdır. 211 neft-qaz və neft, 160 qaz və qaz-kondensat yatağı var. Onlardan ən böyüyü Statfyord (400 milyon ton), Brent (215 milyon ton), Ozeberq (145 milyon ton), Qroningen (1960 milyard mY), Trolldur (1287 milyard mY). Burada 6 min quyu fontan və mexanikləşdirilmiş üsullarla istismar olunur. İllik hasilatı təxminən 177 milyon ton neft və 186 milyard m qaz.
Aşıq Niftalı
Göyçəli Aşıq Niftalı — Azərbaycanlı aşıq. Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub. Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir. Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır. Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər edir, yaddaqalan məclislər aparır. Aşıq Niftalı dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.
Beştalı (Neftçala)
Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir.
Beştalı (Salyan)
Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur. Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Cavid Səfərli
Cavid Xaliq oğlu Səfərli (31 may 1993, Əliqullar, İmişli rayonu – 21 oktyabr 2020, Düdükçü, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə, 2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə və zabit kimi xidmət edirdi. 2016-2018-cı illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqadanın Bölüyünün Komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Bölüyün Komandiri, 2020-ci ildən isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Taborun Komandiri vəzifələrində xidmət edib. 2017-ci ildən "baş leytenant" rütbəsində xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Cavid Səfərli Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olaraq vuruşurdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Darvinin şeytanı
Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər... Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi. Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. 2008 — rus.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.