NİFTALI

Əslində “nütfə” (toxum, maya) və “Əli” (bax) sözlərindən əmələ gəlmiş və “Əli övladı” mənasındadır.
NİDAMƏT
NİFTƏLİ
OBASTAN VİKİ
Aşıq Niftalı
Göyçəli Aşıq Niftalı — Azərbaycanlı aşıq. == Həyatı == Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub. Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir. Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır. Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər edir, yaddaqalan məclislər aparır. Aşıq Niftalı dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.
Niftalı Göyçəli
Niftalı Göyçəli (azərb. Yusifov Niftalı Puta oğlu‎; 21 mart 1951, Basarkeçər rayonu) — Azərbaycan şairi, yazıçı. == Həyatı == Niftalı Göyçəli 21 mart 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər. Dərə kənd səkkizillik məktəbini bitirdikdən sora IX–X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi, Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır. 1974-cü ildə ADU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirmişdir. 1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il də S. Vurğun adına rayon mədəniyyət evinin direktoru işləmişdir. 1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə ARDNŞ "Geofizikakəşfiyyat" idarəsində 1992-ci ilə kimi fond rəisi vəzifəsində işləmişdir.
Niftalı Mehdili
Niftalı Qnyaz oğlu Mehdili (15 may 1996, Bərgüşad, Ucar rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub.2020-ci il Oktyabrın 13-də vəfat edib === Təhsili === 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib. == Hərbi xidməti == 2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb.2015-ci ildə xidmətini başa vurub.2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Niftalı Quliyev
Niftalı Quliyev — Azərbaycan Respublikasının dünyaca tanınmış boks idman hakimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ İdman ustası, Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, Boks üzrə Beynəlxalq dərəcəli hakim. Avropa Boksçular İttifaqının hakimlər kollegiyasının üzvü. == Həyatı == Niftalı Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çanaqçı kəndində ziyalı ailəsində anadan olmuşdur. Niftalı Quliyev idmana olan marağı gənc yaşlarından yaranıb. O, məşqçisi milliyyətcə alman olan Boris Moordandan sənətin sirlərini öyrənməyə başlayıb. Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 1971–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil almış və dəfələrlə Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və mükafatçısı olmuşdur. Niftalı müəllim 1975–ci ildə “SSRİ İdman ustası” adına layiq görülmüşdür. O, 1984–1997–ci illərdə Sumqayıt şəhəri Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin sədri, 1997–2000–ci illərdə Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində direktor vəzifələrində işləmişdir. Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının vitse–prezidenti seçilmişdir. Dövlətimiz tərəfindən əməyi yüksək qiymətləndirilmiş və 1998–ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülmüşdür.
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). == Həyatı == Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır.1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. == Əmək fəaliyyəti == Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır. 1967-1969-cu illərdə İttifaq Universitetləri Müəllim­lərinin İxtisaslarını Artırma fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
Niftalı Qocayev (professor)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). == Həyatı == Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır.1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. == Əmək fəaliyyəti == Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır. 1967-1969-cu illərdə İttifaq Universitetləri Müəllim­lərinin İxtisaslarını Artırma fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
Niftalı Qocayev (əsgər)
Niftalı Zakir oğlu Qocayev (20 noyabr 1994; Çaylı, Qazax rayonu - 1 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niftalı Qocayev 1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 2001-2012-ci illərdə E.Cəfərov adına 2 saylı Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niftalı Qocayev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Niftalı Qocayev noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niftalı Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niftalılar
Niftalılar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Niftalılar kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rəşad Niftalıyev
Rəşad Şakir oğlu Niftalıyev (d. 19 avqust 1993; Zəngilan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəşad Niftalıyev 1993-cü ilin 19 avqust günündə Zəngilan rayonunda anadan olub. == Hərbi xidməti == Əsgər Rəşad Niftalıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Rəşad Niftalıyev doğulduğu Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Niftalıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Novruz Niftalıyev
Novruz Eldəniz oğlu Niftalıyev (25 mart 2004; Nohurqışlaq, Qəbələ rayonu, Azərbaycan — 2 aprel 2023; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2 aprel 2023-cü ildə Tərtər rayonunun Talış kəndində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olmuşdur. == Həyatı == Novruz Niftalıyev 25 mart 2004-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində Eldəniz Niftalıyevin ailəsində anadan olmuşdur. 2010-2021-ci illərdə Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbində orta təhsil almışdır. Orta təhsil aldığı zaman 2013-cü ildə "Qəbələ" İdman Klubunun cüdo bölməsinin üzvü olaraq fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilə qədər üzvü olduğu klubun tərkibində dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşdur. Subay idi. == Hərbi xidməti == Novruz Niftalıyev 2022-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər rayonunun Talış kəndində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətə başlamışdır. Novruz Niftalıyev 2 aprel 2023-cü ildə Tərtər rayonunun Talış kəndində hərbi xidmət edərkən erməni hərbi birləşmələrinin basdırdığı minaya düşmüşdür.
глубокомы́слие лобыза́ть озорнича́ть под спу́д подба́гренник расцепле́ние сорва́ть ви́деть не дальше своего носа доскрёбываться единове́рец завы́сить натура́льный ряд пото́м провоева́ть коптить Bodensee dwang glassful silver screen tonnage plan trochili try pot бывший гознак серёжка