Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəmilə Şeyxi
Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pesyaninin anasıdır. == Həyatı == 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pesyaninin anası, Sitarə Pesyaninin nənəsidir. == Karyerası == O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Sinan Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi[d] – 1431, Germiyanoğulları bəyliyi[d]) — Türk Divan şairi. == Həyatı == XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Yusif Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi[d] – 1431, Germiyanoğulları bəyliyi[d]) — Türk Divan şairi. == Həyatı == XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Xosrov və Şirin (Şeyxi)
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının türk dilinə ilk tərcümələrindən biri XV əsr Osmanlı şairi Sinan Şeyxinin tərcüməsidir. == Tarixi == Türk ədəbiyyatında “Xosrov və Şirin” mövzusu ilk dəfə XV əsrin məşhur şairi, gərmiyanlı Yusif Sinan Şeyxi (1422) tərəfindən işlənilmişdir. Şeyxi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını fars dilindən türk dilinə tərcümə etmişdir. Şeyxinin bu tərcüməsi “Xosrov və Şirin” mövzusunun türk ədəbiyyatında yayılması üçün gözəl şərait yaratmışdır. Şeyxidən sonra yetişən türk şairləri onun təsiri ilə Nizami ənənəsini özlərinə məxsus şəkildə davam etdirmişlər. Lakin türk ədəbiyyatında bu mövzuya həsr edilmiş əsərlərin çoxu müstəqil əsər olmamaqla, Nizaminin və Hatifinin əsərinin tərcüməsidir.Şeyxi gözəl qəzəllərin müəllifi olmasına baxmayaraq, əsasən diqqətini məsnəvi tərzi cəlb etmişdir. Şeyxinin fikrincə, yalnız məsnəvi hər hansı bir fikri istənilən şəkildə ifadə etmək üçün müəllifə geniş imkan verir. O, haqlı olaraq qəzəl janrına həvəs bəsləməklə bərabər, geniş fikir söyləmək vasitəsinin məsnəvi olduğunu bildirir. Şeyxinin məsnəvi tərzində nəzmə çəkdiyi iki məşhur əsəri vardır: “Xosrov və Şirin” və “Xərnamə”.Firdovsi Rumi (Firdovsi Təvil) qeyd edir ki, Şeyxi “Xosrov və Şirin”i əvvəlcə Gərmiyan bəyzadəsi Mustafa Çələbi üçün yazsa da, əsər bitməmiş M. Çələbi öldüyünə görə sonradan II Sultan Murada ithaf etmişdir. Lakin, Şeyxi özü bu haqqda bir kəlmə də söyləməmiş, yalnız Sultan II Muraddan söz açmışdır.
Şeyximli
Şeyximli (fars. شيخملو‎) - Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayırdı (51 ailə).
Şeyxisa (Sərdəşt)
Şeyxisa (fars. ‎شيخ عيسي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şeyxiyyə təriqəti
Şeyxiyyə— Şiəliyin təriqətlərindən biri. == Tarixi == Şeyxiyyə firqəsi şiə məzhəbindən ayrılan və Şeyx Əhməd Əhsai tərəfindən tə᾿sis olunmuş kiçik cərəyanlardan biridir. Şeyx Əhməd hicrətin 1166-cı ilində İran körfəzinin qərbində, yə᾿ni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1186-cı ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan "Ağa Baqir Behbəhani", "Seyyid Mehdi Bəhrul-ulum", "Şeyx Cə᾿fər Kaşiful-Ğita" və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən "Fətəli Şah" tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu "Məhəmmədəli Mirzə"nin də᾿vəti ilə Kermana gələrək üç il orada qalır. 1241-ci ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. Şeyx Məhəmməd İranda olduğu illər ərzində bir çox şəhərlərə səfər edir. Yiyələndiyi elmlərin sayəsində böyük bir kütlənin diqqətini özünə cəlb edə bilir. Bu müddət ərzində ilk dəfə Qəzvin alimləri ilə görüşüb orada tədrisə başlayır.
Şeyx
Şeyx (ərəb. شيخ‎)- Ərəbcə hörmət ifadəsini yetirən tituldur.Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Şayxi Arsanukayev
Şayxi Əbdülmüslümoviç Arsanukayev (çeç. Арсанука́ев, Шайхи́ Ӏа́бдулмусли́ман воӀ; 15 aprel 1930, Dışne-Vedeno[d], Şimali Qafqaz diyarı[d] – 13 mart 2012, Qroznı, Çeçenistan, Rusiya) — məşhur çeçen yazıçısı, şairi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. Çeçenistanın Xalq Yazıçısı. == Həyatı == Şayxi Arsanukayev 1930-cu il aprelin 15-də Çeçenistanın Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olub. 1944-cü ilin fevralında qohumları ilə birlikdə çeçenlərin və inquşların deportasiyası zamanı Qazaxıstana sürgün edilib. Orta məktəbi Qazaxıstanda Semipalatinsk vilayətinin Novopokrovsk rayonu, Batnay kəndində bitirib. Şayxi Arsanukayev 1955-ci ildə Semipalatinsk Maliyyə Texnikumundan məzun olub. Şayxi Arsanukayev yaradıcılığına məktəb illərindən şeir yazmaqla başlayıb. Onun ilk əsərləri 1957-ci ildə "Leninski put" qəzetində, "Drujba" və "Orqa" almanaxlarında çap olunub.Çeçen-İnquşetiya Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Vedeno regional qəzeti olan "Kolxoznaya jizn"in baş redaktorunun müavini oldu.
Şeyxli (Meşkinşəhr)
Şeyxli (fars. شيخ لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (38 ailə).
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Şeyx Hacı
Şeyx Hacı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Şeyx Heydər
Şeyx Heydər (1460, Ərdəbil - 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı. == Həyatı == Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir. == Siyasi və hərbi mübarizəsi == Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu. === Şirvan maraqları === Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı.
Şeyx Həmdullah
Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur. == Həyatı == Xəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir. == Təhsili == Həmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir. İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…], Pakistan) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Şeyx Həsən
Şeyx Həsən (Təbriz)
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı.Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır . == Həyatı == Qafqazda müridizmin ilk yayıcısı 1760-ci ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. Rus komandanlığı Şeyx Mənsurun başladığı hərəkatdan vahiməyə düşərək, böyük qoşun dəstələri yaradır; iki diviziya, onlarla süvari polku, iki kazak alayı eyni vaxtda Mənsurun üzərinə yeridilir və Anapa döyüşlərində Şeyx Mənsur əsir alınır. Bu yenilməz mücahid Rusiya İmperiyasının çariçası Yekaterinanın əmri ilə 1794-cü ildə edam olunur. Bundan sonra İmam Mənsurun tərəfdarları dağılır və müridizm hərəkatı bir qədər səngiyir. Yalnız 1823-cü ildən sonra müridizm Dağıstanda və Çeçenistanda yeni zəmində dirçəlir və inkişaf edir.
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. == Həyatı == 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H.Q. 306, Qum - ö. M. 991, H.Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır - IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. == Həyatı == Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H.Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. == Təhsili == Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atsından almışdır.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səfiəddin
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səid
Şeyx Səid (1864, Palu, Diyarbəkir əyaləti, Osmanlı imperiyası – 29 iyun 1925, Diyarbəkir, Türkiyə) — Zaza bir ailəyə mənsub olan Nəkşibəndi şeyxi, Kürd lideridir. TBMM-nin səltənət və xəlifəliyin ləğvi haqqında çıxardığı qanunlara etiraz olaraq başladılan üsyanların biri də Şeyx Səidin "İnqilaba dəstək verənlərin canları və malları halaldır" fətvası ilə baş vermişdir.
Şeyx Sənan
Şeyx Sənan (dastan) — sufi şairi Fəridəddin Əttar tərəfindən qələmə alınan, sufi şeyxi Sənanın gürcü xristian qızına duyduğu eşqini təsvir edən dastan. Şeyx Sənan (dram) — Hüseyn Cavidin yazdığı dram əsəri. Şeyx Sənan (opera) — Üzeyir Hacıbəyovun yazdığı opera. Şeyx Sənan (simfonik poema) — Rauf Hacıyevin simfonik poeması. Şeyx Sənan (balet) — Nəriman Məmmədovun yazdığı balet əsəri. Şeyx Sənan (teleserial, 2023) — Azərbaycan teleserialı.
Şeyx Sərdar
Şeyx Sərdar Hacıhəsənli (tam və əsil adı: Sərdar Akif oğlu Babayev; 12 mart 1974, Masallı rayonu) — Azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, İslam elmləri üzrə ekspert və tədqiqatçı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide. Az saytının təsisçisi və baş redaktoru == Haqqında == Sərdar Akif oğlu Babayev 1974-cü ilin mart ayının 12-də Azərbaycan SSR-in Masallı rayonunda dünyaya gəlib.Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Sərdar 7 yaşında məktəbə getmiş və SSRİ dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhsilini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15–16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi.Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir. Molla Bəyləri həqiqi ustad və mənəvi ata, göstərişini isə özü üçün fərman qəbul edən Sərdar dini təhslini ali dərəcədə davam etdirmək məqsədilə İslam elmləri mərkəzi müqəddəs Qum şəhərinə yola düşür.Şeyx Sərdar 1992-ci ildə artıq Qum hövzəsində çox dəyərli alimlərin hüzurunda dini elmlərə yiyələnməkdə idi. Şeyx tanınmış tədqiqatçılar, müəllimlər və müctəhidlərdən təlim alır və ruhun tərbiyəsi ilə məşğul olurdu. Hövzənin məzunu Quran elmləri və təfsirdə Ayətullah Cavad Amulinin, nəzəri əxlaqda Ayətullah Məzahiri və mərhum Ayətullah Meşkininin, praktiki əxlaqda isə ustad mərhum Ayətullah Əhmədi Miyanəcinin dərslərində iştirak etməklə yanaşı, zaman-zaman məşhur alim və arif Ayətullah əl-üzma mərhum Şeyx Məhəmməd Təqi Behcətdən mənəvi qida almışdır.Höccətül-İslam Şeyx Sərdar 10 il uğurlu təzkiyyə və təhsildən sonra 2000-ci ildə Bişkek şəhərində yerləşən İran-Qırğızıstan İslam Universitetinə müəllim kimi dəvət alaraq beynəlxalq səviyyədə elmi fəaliyyətə başlayır.XX əsrin birinci yarısında Qazaxıstan və Qırğızıstana sürgün olunmuş həmvətənlərimizin taleyinə biganə qalmayan Şeyx, Qazaxıstanın Xarici Dillər Universitetində tədris etməklə yanaşı Almatı, digər şəhər və kəndlərdə xalqın dini ehtiyaclarını ödəməyə çalışır və İslam dinini təbliğ edir. 8 il fəaliyyəti dövründə Orta Asiyada diqqət və məhəbbət qazanmış Şeyx Sərdarı dindarlar Rusiyanın bir çox şəhərlərinə dəvət edir və hörmətlə qarşılayırlar. Keçmiş SSRİ məkanında müstəqil düşüncələri və sağlam dini baxışları ilə toplumlarda tanınan alim və xətib 2008-ci ildən etibarən, Azərbaycanda xalqa xidmət etmək qərarı verir və nəhayət, uzun illər mühacirətdən sonra Şeyx Sərdar vətənə dönür.Masallıda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi və qazisinin dəvəti ilə Masallı şəhər Cümə məscidində cümə xətibi kimi fəaliyyətə başlayır.
Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…], Tus – 2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir. == Təhsili == Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan(o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.Rza xandan peyrovluqda, sair Pəhləvi sevərlər və Pəhləvi yazıçıları da bu iddianın izahında yazıblar və Pəhləvi tarixçilik mətnlərindən bir toplumun buna ixtisas veriblər.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Kuroda Seyki
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşduşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur.Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır. O, Meyci Təsviri İncəsənət Cəmiyyətinə qoşulanda gənc üzvlər onun liderliyini sezmiş, mühafizəkarlar isə onu rəqib hesab etmişdirlər.
Latviya Seymi
Latviya Seymi —
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Seyci Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır.Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır.Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.Naqata fermerliklə məşğul olarkən həvəskar şəkildə astronomiya ilə məşğul olmuş, hətta iş yoldaşlarını da astronomiyaya həvəsləndirmişdir. İrriqasiya prosesi 24 saatlıq tapşırıq olduğu üçün gecələr ulduzları müşahidə etmək ideal hobbi idi. Naqata Yaponiya və ABŞ alimlərinin kitablarını, eləcə də, jurnallarını oxuyurdu.
Seyci Ono
Seyci Ono (小野 誠治, Ono Seyci, 18 iyun 1956) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Seyci Ono Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Seyfi Dursunoğlu
Seyfi Dursunoğlu (1 oktyabr 1932, Trabzon – 17 iyul 2020, İstanbul) — tanınmış səhnə adı, Qoca bakirə, türk sürük kraliçası, müğənni və aparıcıdır. 1970-ci illərdən 2000-ci illərə qədər davam edən əyləncə proqramları ilə Türkiyədəki məşhur bir əyləncə simaları ortaya çıxdı. == Ölüm == "Şıltaq qız" ləqəbli türkiyəli Şou və səhnə artisti Seyfi Dursunoğlu 17 iyul 2020-ci ildə İstanbul şəhərində yerləşən 87 yaşında pnevmoniyadan müalicə aldığı xəstəxanada vəfat etmişdir. == Proqramlar == Huysuz ve Tatlı Kadın Huysuz Şimdi Hostes Popstar Türkiye – Kanal D Huysuz'la Dans Eder Misin? – Show TV Benzemez Kimse Sana – Star TV Benzemez Kimse Sana – Show TV Benimle Dans Eder Misin? – Kanal D Benimle Dans Eder Misin?
Seyfi Düzgörən
Seyfi Düzgörən (1880, Konstantinopol – 27 dekabr 1948, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir.20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 172.
Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir. 1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir. 1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir. == Mükafatları == 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir. 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Demokratik Federativ Respublikasında (23 fevral-26 may 1918-ci il) mövcud olmuş ali qanunverici orqan. == Tarixi == 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi. 9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.
Ələkbər Seyfi
Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis – 8 dekabr 1977, Kirovabad) — Azərbaycan teatr aktyoru və inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961). == Həyatı == Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olmuşdur. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxmışdır.1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak etmiş, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış etmişdir. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılmış, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olmuşdur. Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləmiş, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışmış, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilmiş və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılmışdır.1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilmiş Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlamış, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olmuşdur. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra etmişdir. 1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirmiş, 1938-ci ilin fevralınadək bu teatrın direktoru olmuşdur.Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilmiş, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıtmışdır. O, burada 1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifi olmuşdur.
Seyidnəzər Seydi
Seyidnəzər Seydi (1775, Lebap vilayəti – 1836) — Türkmənistan şairi. == Həyatı == 1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib.Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük narazılığa səbəb olur.