SEYT
SEYYİAT
OBASTAN VİKİ
Kəlbəli xan Seyyid
Kəlbəli xan Seyyid (1832-1887) — Rampurun nəvvabı (1865-1887), Seyyidlər sülaləsindən. == Həyatı == Kəlbəli xan Yusifəli xan oğlu 1832-ci ildə Rampurda anadan olmuşdu. Atasından sonra Rampurda taxta çıxıb. Kəlbəli xan şərq dillərinin əksəriyyətini bilirdi. Ərəb, fars ədəbiyyatına bələdliyi vardı.
Mirhəmzə Seyyid Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. == Həyatı == Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən cəddi əmcədi Həzrət Əlinin mənəvi işarəsi ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. Həmzə Nigari İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Mirəbdülvahab Seyyid Zərgər
Mirəbdülvahab Seyyid Zərgər (tam adı: Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov; 1880, Bakı – 1920, Bakı) — maarif xadimi, pedaqoq, şair. == Həyatı == Bakıda təşkil olunmuş şairlər məclisindən "Məcməüş-şüara"nın üzvü olan və "Seyyid Zərgər" təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov 1880-ci ildə Bakıdan anadan olmuşdur. Şairin ulu babası vaxtilə Cənubi Azərbaycanın Səbzəvar şəhərlərindən köçərək Bakıya gəlmiş və burada yaşamışdır Şair 1920-ci ildə vəfat etmişdir.[1] == Fəaliyyəti == Seyid Zərgər dövri mətbuatda çap etdirdiyi şeirlərinin bir qismində xalqı maarifə, təhsilə çağırır, millətin geridə qalmasını Sabiranə tənqid edirdi. "İrşad" qəzetindən başlamış bir çox mətbuatda mütərəqqi ideyaları çıxış etdiyi üçün camaat arasında ləkələnir və "Kimyagər". "Qızılçı", "Daruşgənə", "Mehtər Nəim" ("Məzəli", "Babayi-Əmir"), "Əbülbəşər" (Arı") kimi gizli imzaları çıxış etməyə məcbur olur.
Seyyid Battal Qazi Külliyəsi
Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207-1208-ci illərdə Səlcuqi sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur. Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər. 720-740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən və İslamiyyətin Anadoluya yayılmasında böyük töhfəsi olan, nəsildən nəslə qəhrəmanlıqı haqqında əfsanələr yayılan Seyyid Battal Qazi adına 1207-1208-ci illərdə Anadolu Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən türbə və məscid tikilmişdir. Daha sonra Ümmüxan Xatun burada əlavə iki mərtəbəli eyvan şəklində bir türbə inşa etdirmişdir. Osmanlı dövlətinin quruluş və inkişafı dövrlərində bu külliyə halını almışdır. Bugun Fondlar Baş İdarəsinin tabeliyində olan və 1954-cü ilə qədər dağıntılı bir formada olan bu məscid həmin tarixdə yenidən bərpa işləri aparılaraq düzəldilmişdir.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Seyyid Taleh Boradigahi
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Seyyid Xəlifə türbəsi
Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəranın ərazisində məskunlaşmışdı. Həmin adamların məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır. Bunlardan biri Lənkəran ərazisindəki qədim Cil kəndindədir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə və ya "Seyid Xəlifə" adlandırılan ziyarətgah da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə, bu, üç şəxsin: məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın və onun əmisi oğlunun məqbərəsidir. Lakin burada daha qədim dövrlərdə yaşamış seyidlərin də məzarları vardır. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.
Seyyid Əli Xameneyi
Əli Xamenei (fars. سید علی حسینی خامنه‌ای‎; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi.
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi (1052[…], Badaxos[d], Estremadura – iyul 1127, Valensiya) — Əl-Farabi və İbn Badja kimi Neoplatonizmin və Neopifaqorçuluq təlimlərinin təsiri altında olan İspan-ərəb filosofu idi. Qısa olaraq İbn əl-Sid və ya ispanca Abenalsid kimi tanınmışdır. İspaniyanın hər tərəfində olmuş, yarımadanın müxtəlif fəlsəfi məktəbləri ziyarət etmişdir. == Fəlsəfəsi == Fəlsəfəni dinə uyğunlaşdırmaq problemi təkcə Şərqdə deyil, həm də Qərbdə (Əndəlüs) müsəlman məşşailərinin fəlsəfi təlimlərinin əsas mövzusu olmuşdur. Şərqdə Kindinin, Farabinin, İbn Sinanın, Miskəveyhin, Qərbdə isə Bətəlyövsinin, İbn Bəccanın, İbn Tüfeyl və İbn Rüşdün fəlsəfi yaradıcılığında sözügedən problem tədqiqat obyekti olaraq seçilmişdir. Problemə münasibət bildirmiş Əndəlüs məşşai fi losofl arından biri də Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsidir (1052- 1127). Din-fəlsəfə problemi haqqında “Kitab əl-hədaiq fi l-mətalib əl-a`liyə əl-fəlsəfi yyə əl-a`visə” adlı kitab yazmış Bətəlyövsi hesab edirdi ki, əvvəlki nəsillərdən qalma mədəni irs və fəlsəfə başlanğıcını, əslində, peyğəmbərlərin vəhyi biliklərindən götürür. Miskəveyh kimi Bətəlyövsi də dinlə fəlsəfə arasında ziddiyyətin olmamağı ideyasını irəli sürür, yunan fi losofl arının, xüsusən Sokrat, Platon və Aristotelin fəlsəfi yaradıcılığının monoteist məzmun daşıdığını iddia edirdi . Bəzi müəlliflər (Yusif Musa, Rəşid Özbalıqçı və s.) hesab edirlər ki, filosofun bu mövqeyi islam dünyasında fəlsəfəyə marağı artırmaq məqsədi güdmüşdür. Bətəlyövsi Farabi və İbn Sinanı yunan fəlsəfəsini başa düşməməkdə ittiham etmiş, “Allah “küll”ü (bütövü) bilsə də, “cüz”i bilmir” iddiasının sui-təfahümün məhsulu olduğunu irəli sürmüşdür.
антидемократи́ческий нонпаре́льный обесцве́чение перна́тый туви́нка четвертьфинали́ст што́паный отлуче́ние отто́ченный поблиста́ть попере́чить превосходи́тельство сму́шковый чем да́льше, тем... благой коржавый close harmony land-tie madness Madurai Middle Kingdom Osaka Somme Venice расплывчатый