SƏYLİ

sif.
1. Səy edən, çalışqan, cəhdli. Səyli tələbə.
– …Ağabalanın çənəsindən tutub: – Maşallah, çox səyli uşaqdır! – deyirdi. Çəmənzəminli.

2. İnadlı, ardıcıl, gərgin.
Həkimin səyli müalicəsi, verdiyi dərmanlar bu xəstəliyin qabağında acizlik edirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏYLİ SƏYLİ ..Maşallah, çox səyli uşaqdır!.. (Çəmənzəminli); ÇALIŞQAN Kamal uşaqlardan çalışqan, sözə baxan idi (M
  • SƏYLİ cəhdli — çalışqan
SƏYİRTMƏK
SƏYRİMƏ

Digər lüğətlərdə