Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soyeria
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Soyeria aurea
Crepis aurea (lat. Crepis aurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Crepis aurea subsp. aurea Crepis aurea subsp. glabrescens (Caruel) Arcang. Crepis aurea subsp.
Soyeria paludosa
Crepis paludosa (lat. Crepis paludosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Crepis paludosa f. pallida Brenner Crepis rumicifolia Boiss. & Balansa Hieracium acuminatum Vuk. Hieracium paniculatum Gilib. Hieracium uncinatum Kit.
Soyeria sibirica
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hapalostephium sibiricum (L.) D.Don Hieraciodes sibirica (L.) Kuntze Hieracium sibiricum (L.) Lam. Lepicaune sibirica (L.) K.Koch Soyeria sibirica (L.) Monnier === Heterotipik sinonimləri === Crepis ruprechtii Boiss. Hieraciodes ruprechtii Kuntze Hieracium macrophyllum Vuk. Sonchus caucasicus Biehler Sonchus flexuosus Ledeb.
Aşıq Qərib
Aşıq Qərib (XVI əsr – XVII əsr) — aşıq, şair == Həyatı == Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir. Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblə evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər.
Balacayev Qərib
Qafar Qərib
Qafar Qərib (1 mart 1976, Güznüt, Naxçıvan rayonu) — şair, publisist, naşir, Naxçıvan Ali Məclisinin deputatı. Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildən 2023-cü ilədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktoru olmuşdurr. Ailəlidir. 3 qızı 1 nəvəsi var. == Kitabları == "Gözlərsən məni"(1998), "Gözümə döydüyüm şəkil"(2000), "İçimizdəki qəhrəman"(2002) "Dünya üçbucaq imiş"(2004) "İki qapı arasında" "Göydən üç alma düşdü" "Vətən daşdan başlayırmış" "Qədim-yeni Naxçıvanım" "Bu gün, bu saat, bu an…" == Təltifləri 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub.
Qərib Balacayev
Qərib Baxşəliyev
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. == Həyatı == Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Qərib Dadaşov
Qərib Kərimoğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda anadan olub. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur. Qərib Kərimoğlu 9 oktyabr 1926-cı ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.
Qərib Mehdiyev
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). == Həyatı == Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir. == Əmək fəaliyyəti == Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır. Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir. == Ədəbi fəaliyyəti == Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır.
Qərib Mürşüdov
Qərib Novruz oğlu Mürşüdov (19 dekabr 1962, Dəllər Cəyir, Şamxor rayonu) — Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, ilyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. O, 1987–1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu " mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Q. Mürşüdov 1993–2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib == Fəaliyyəti == Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir.
Qərib Məmmədov
Qərib Şamil oğlu Məmmədov (6 yanvar 1947, Yeniyol, Amasiya rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004). == Həyatı == Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi(1980–1984), laboratoriya rəhbəri(1984–1994), institutun direktoru (1994–2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.
Qərib piri
Qərib piri — Kəngərli rayonunun Qabıllı kəndində ziyarətgah. Möhrədən tikilmiş dördkünc formalı binadan ibarətdir. Hazırda yarımuçuq vəziyyətdədir. Divarlarında şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Divarların bəzi qisimləri hislənmişdir. Ətrafından orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Qərib İbrahimov
Qərib Eldəniz oğlu İbrahimov (11 sentyabr 1988-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Qərib İbrahimov hələ uşaq yaşlarından doğma şəhəri Tovuz şəhərində futbolla məşğul olmağa başlamışdır. == Klub karyerası == Qərib İbrahimov Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasına Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakılı klubunda başlamışdır. Qərib 2008-ci ildən bu klubda çıxış etmişdir. 2013-cü ilin may ayında Qərib İbrahimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubu ilə bir illik müqavilə imzalamışdır. Qərib pilotların tərkibində №8 forma ilə çıxış etmişdir. == Milli karyerası == === U-19 === == Uğurları == 2010/11-ci illər mövsümündə Simurq klubunun tərkibində 29 oyunda iştirak etmişdir. O, həmin mövsümdə klubda ən çox oyuna çıxan futbolçu olmuşdur.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. == Həyatı == Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. == Fəaliyyəti == 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Ələkbər Qərib
Ələkbər Qərib (Naxçıvan – Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. == Həyatı == Abbasov Ələkbər Tağı oğlu ("Seminaristlərin siyahısı" arxiv sənədində onun 1909-cu ildə seminariyaya daxil olduğu 1913-cü ildə qurtardığı göstərilir). Abbasov Ələkbər (Ələkbər Qərib) 1893–1894-cü il xırda sənətkarlıqla məşğul olan, formasyon təriqətinin fəal üzvlərindən olan Kərbəlayi Tağının ailəsində dünyaya gəlmişdir. Məmmədhüseyn və Rza Təhmasiblə, Nəsrulla Şeyxovla yaxın qohumluqları olmuşdur. M.T.Sidqinin "Tərbiyə" məktəbində təhsil almışdır. 1913-cü ildə seminariyanı bitirtdikdən sonra o bir müddət Tiflisdə, Bakıda yaradıcılıqla məşğul olmuş hekayə və povestlər yazmış, rus dilindən tərcümələr etmişdir. Onun 1912-ci ildə, hələ tələbə ikən yazdığı "Qəlbimin sultanı" povesti və 1914-cü ildə yazdığı "Haqq divanı" hekayələr kitabı Bakıda "Orucov qardaşları" mətbəəsində çap edilmişdir. 1913-cü ildə N.M.Karamzinin "Bədbəxt Liza" povestini ruscadan azərbaycancaya tərcümə etmişdir. 1915–1916-cı illərdə Doktor Xosrov bəy Sultanovun rəhbərliyi altında "Cəmiyyəti xeyriyyə" xətti ilə Ərdəhan, Batum və başqa şəhərlərdə olaraq türk qaçqınlarına, "Hərb-zədə"lərinə yardım hərəkatında iştirak etmişdir. Bu hərəkatda Hüseyn Cavid, Əhməd Cavad, Əli Səbri və başqa ziyalılarla birlikdə səfərbəredici, əməli işlər görülmüşdür.
Molla Zeynalabdin Sağəri
Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri (1791, Şuşa – 1854, Şuşa) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə оxumuşdu. Şuşa şəhər məscidlərində axund olmuşdu. Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə "nərmünazik" şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir. M. Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir.
Xanım Deyzinin şoferi
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. == Süjet xətti == Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Məşədi Qərib məscidi
Məşədi Qərib məscidi — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid. == Haqqında == Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid 1876-cı ildə yerli əhali tərəfindən tikilib. Məscidin sahəsi 250 m² təşkil edir və burada eyni vaxtda 160 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatından keçib.
Qərib kəndi (Urmiya)
Qərib kəndi (fars. غريب كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (50 ailə).
Qərib Əli Ucatürk
Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub. Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.
Rauf Qərib Alagöz
Rauf Qərib Alagöz (əsl adı: Rauf Mübariz oğlu Alagözov; 26 oktyabr 1982, Ərcivan-Sarvan, Kvemo-Kartli) – Azərbaycan nasiri, şair və bəstəkarı. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. == Həyatı == Rauf Mübariz oğlu Alagözov 26 oktyabr 1982-ci ildə indiki Gürcüstanın Kvemo-Kartli diyarının Dağ-Sarvan kəndində anadan olmuşdur. V sinifə qədər həmin kəndin orta məktəbində, daha sonra isə Bakı şəhər, Sabunçu rayonu, 192 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 2002–2006-cı illər İstanbulda yaşamış, Bakıya qayıtdıqdan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Ədəbi fəalliyyətə bir sıra qəzet və jurnallarda çap olunmaqla başlayan Alagöz daha sonra Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş, Yazıçılar Birliyinin xətti ilə Prezident Təqaüdünə layiq görülmüşdür. Onlara şeirinə mahnılar bəstələnən şairin "Dəli Afət", "Maqnum Arzusu", "Axirətdən gələn zəng" və s. hekayələri oxucular tərəfindən rəğbət görmüşdür. Alagöz eyni zamanda onlarla mahnının da söz və musiqi müəllifidir ("Zəfər Marşı", "Can Şəhidim", "Qarabağ FK Marşı", "Türke Zafer Yakışır" və s.). Şairin 2 kitabı işıq üzü görmüşdür.