İSTİLƏŞMƏK

f. İstiliyi artmaq, temperaturu artmağa başlamaq; daha da qızmaq, isti olmaq. Yayın son ayı idi.
Peterburqun havası istiləşmişdi. Çəmənzəminli.
Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitiləri də bir yandan!… C.Məmmədquluzadə.
Havalar get-gedə istiləşdiyi üçün çayların suyu çox artmışdı. S.Hüseyn.

İSTİLƏŞMƏ
İSTİLƏTMƏ

Digər lüğətlərdə