Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəfiqə
Rəfiqə — Azərbaycanlı adı. Rəfiqə Şabanova — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). Rəfiqə Axundova — Azərbaycan balet artisti, baletmeyster. Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023). Rəfiqə Qazıyeva — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991) Rəfiqə Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü Rəfiqə Nuray — Azərbaycan şairi. Rəfiqə Əzimova — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. Rəfiqə Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970). Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur.
Rəfiqə Hüseynzadə
Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, (SOCAR) Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim. SOCAR-ın tarixində bu vəzfiəyə təyin olunan ilk qadın vitse prezidentdir. Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. "Quyularda neft hasilatının artırılması" patentinin müəllifidir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı. R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır. 1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər. R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991)
Rəfiqə Qurbanova
Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946–56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış "Üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967–78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978–93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə "Analitik kimya", sonra isə bu laboratoriya əsasında yaradılmış "Polimer örtüklər" laboratoriyasına rəhbərlik etmişdir. R. Ə. Qurbanova 1992-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Yüksəkmolekullu Birləşmələr kimyası" ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.
Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
Rəfiqə Əliyeva
Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəxriyyə Xələfovanın anasıdır. Heydər Əliyevin bacısıdır. Rafiq Xələfovun həyat yoldaşıdır. Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-, f-elementləri və germaniumun tərkibinə N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya" kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tədqiqat laboratoriyasını rəhbərlik edir.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa – 26 iyul 2013, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur. Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Sənət taleyinin uğurlu olmasını Şəfiqə xanım bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.
Şəfiqə Ağayeva
Şəfiqə Eyvazova
Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000). Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur. 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.
Şəfiqə Məmmədova
Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri (2012). Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb. Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir.
Şəfiqə Qaspiralı
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886, Bağçasaray, Tavriya quberniyası[d] – 31 avqust 1975, İstanbul) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Qasprinskaya
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886, Bağçasaray, Tavriya quberniyası[d] – 31 avqust 1975, İstanbul) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Qaspıralı
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886, Bağçasaray, Tavriya quberniyası[d] – 31 avqust 1975, İstanbul) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Qasımova
Şəfiqə Qasım qızı Qasımova (5 dekabr 1924, Bakı – 3 aprel 2008, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1960). Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya qəlmişdir. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olmuşdur. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxumuşdur. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır.
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Şəfiqə Topçiyeva
Şəfiqə Ənvərovna Topçiyeva (1 aprel 1951) — AMEA Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya). Topçiyeva Şəfiqə Ənvərovna 1 aprel 1951-ci ildə Tiflis şəhərində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1988-ci ildə "Erinitin, izosorbid dinitrat və izisorbid-5-mononitratın farmakokinetikası" mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Seçenov adına 1-ci Tibb İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdi. 2003-cü ildə "Zaqafqaziya gürzəsi (Vipera lebetina obtusa) zəhərinin biokimyəvi və farmakokinetik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında müdafiə etmışdir. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya), AMEA İnnovasiya və Kommersializasiya Texnologiyaları Mərkəzinin direktor müavini. Kommersializasiya texnologiyaları üzrə baş mütəxəssis. Ş. Ə. Topçiyeva 1993-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda elmi işçi vəzifəsində işləyib. O, 1994–1995-ci tədris illərində Azərbaycan Tibb Universitetinin klinik farmakologiya kafedrasında molekulyar farmakologiyadan dərs demişdir. 2005-ci ildən Zoologiya İnstitutunda baş elmi işçi fəzifəsində işləyib.
Şəfiqə Yusifbəyli
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886, Bağçasaray, Tavriya quberniyası[d] – 31 avqust 1975, İstanbul) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Kadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Zeynalova
Zeynalova Şəfiqə Mikayıl qızı (26 iyun 1922, Bakı – 1 may 1979, Bakı) — Azərbaycan SSR əməkdar memarı (1976); Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlı qadın. Şəfiqə Zeynalova 26 iyun 1922-ci ildə Bakıda anadan olub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunu bitirmişdir. Şəfiqə Zeynalova 11 may 1979-cu ildə Bakıda vəfat edib. 1942–1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Şəfiqənin memar olmasını M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmasını məhz o məsləhət görmüşdü. Şəfiqə Zeynalova ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında memar kimi başladı. 1946–1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu ("Gənclik" metrosu rayonunda, Zooparkın yanında yerləşirdi, indi sökülüb) memarın sevdiyi işlərdən biri idi. Şəfiqə Zeynalova 1945–1949-cu illərdə "Azərdövlətlayihə" institutunda fəaliyyətini davam etdirdi. O, 1946-cı ildə SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edildi. Şəfiqə Zeynalova 1949–1952-ci illərdə Moskva Memarlıq İnstitutu Memarlıq təkmilləşdiilməsi fakültəsinin dinləyicisi oldu.
Şəfiqə İsmayılzadə
Şəfiqə İsa qızı İsmayılzadə (1918–2004) — Tibb elmləri doktoru 1939-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958–1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Şəfiqə Əliyeva
Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı. Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır. İlham Əliyev, Sevil Əliyevanın bibisidir.
Şəfiqə Musaxanova
Şəfiqə Mahmud qızı Əliyeva (qızlıq soyadı: Musaxanova; 23 iyun 1935, Bakı) — Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı. Texnika elmləri namizədi (28.12.1973). == Həyatı == Musaxanova Şəfiqə Mahmud qızı 23 iyun 1935-ci ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi bitirib. 1952–1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisasında oxumuş, "Dağ mühəndisi, geoloq" ixtisası almışdır. 1957–1962-ci illərdə "Buzovnaneft"də neftçıxarma operatoru, neftçıxarma üzrə mühəndis, baş geoloq vəzifələrində işləmişdir. 1959–1963-cü illərdə Əzizbəyov rayonu Buzovna seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı olub. 1973-cü ildə "Temperaturun neft və suyun nisbi faza keçiriciliyinə və neftveriminə təsiri" adlı dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 10.01.1962–17.10.2017-ci illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu və Geologiya və Geofizika İnstitutunda elmi işçi və baş elmi işçi (25.02.1988–17.10.2017) vəzifələrində çalışmışdır. 70 məqalə, 5 ixtira, 2 monoqrafiyanin muəllifidir.