2023-cü ildə Azərbaycan
2023 — Azərbaycanda "Heydər Əliyev ili"
== Siyasət ==
Xarici İşlər naziri — Ceyhun Bayramov
Daxili İşlər naziri — Vilayət Eyvazov
Müdafiə naziri — Zakir Həsənov
Müdafiə Sənayesi naziri — Mədət Quliyev
Elm və Təhsil naziri — Emin Əmrullayev
Mədəniyyət naziri — Adil Kərimli
Səhiyyə naziri — Teymur Musayev
Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev
Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov
Gənclər və İdman naziri — Fərid Qayıbov
Kənd Təsərrüfatı naziri — İnam Kərimov
Maliyyə naziri — Samir Şərifov
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev
İqtisadiyyat naziri — Mikayıl Cabbarov
Energetika naziri — Pərviz Şahbazov
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev
Ədliyyə naziri — Fikrət Məmmədov
== Hadisələr ==
=== Yanvar ===
5 Yanvar — İlham Əliyev və Mehriban Əliyeva Bakı şəhərinin Yasamal rayonunda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak etdilər
6 Yanvar — İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda "Bakı KOB evi"nin açılışında iştirak etdi
11 Yanvar
İtaliya müdafiə naziri Quido Krosetto Azərbaycana səfər etdi. İlham Əliyev və Quido Krosetto arasında görüş oldu (Bakı)
Muxtar Məmmədov İsrail səfiri təyin edildi
Azərbaycanın Kubaya yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim etdi
12 Yanvar — "Arkoz İnşaat Şirkəti" MMC "Gəmiqaya İnşaat" MMC-nin tərkibindən ayrıldı
14 Yanvar
Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etdi
Azərbaycanın Vatikana yeni təyin olunmuş səfiri İlqar Muxtarov etimadnaməsini Katolik Kilsəsi rəhbəri Papa Fransiskə təqdim etdi
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı təsis edildi
15 Yanvar — İlham Əliyev BƏƏ-yə səfər etdi: İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu (Əbu-Dabi, BƏƏ)
17 Yanvar — İlham Əliyev İsveçrəyə səfər etdi:
İlham Əliyev və "Damen Shipyards Group" şirkətinin icraçı direktoru, səhmdarı Arnaut Damen arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "Fortesque Future Industries" şirkətinin sədri Endrü Forest arasında görüş oldu (Davos, İsveçrə)
18 Yanvar
İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və Latviya Prezidenti Eqils Levits arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "Carlsberg Group" şirkətinin prezidenti, baş icraçı direktoru Kes t`Hart arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Bernard Luni arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif arasında görüş oldu (Davos, İsveçrə)
18 Yanvar — 2 Fevral — "Qış təlimi-2023" (Qars, Türkiyə)
19 Yanvar
İlham Əliyev və Dünya İqtisadi Forumu sədri Klaus Şvab arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və Niderland Baş naziri Mark Rutte arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və Xorvatiya Baş naziri Andrey Plenkoviç arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və "Adani Group" şirkətinin sədri Qautam Adani arasında görüş oldu (Davos, İsveçrə)
İlham Əliyev və Aİ büdcə, administrasiya üzrə komissarı Yohannes Han arasında görüş oldu (Davos, İsveçrə)
Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri 2024-cü il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edildi
24 Yanvar
Ceyhun Bayramov Özbəkistana səfər etdi: Ceyhun Bayramov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş oldu (Daşkənd, Özbəkistan)
İƏT xarici işlər nazirlərinin 26-cı iclası keçirildi (Daşkənd, Özbəkistan)
25 Yanvar — "Shahbulaq Mining" şirkəti təsis edildi
26 Yanvar
İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Fransa, Yunanıstan və Meksika səfirlərinin etimadnamələrini qəbul etdi:
Fransa səfiri - Ann Buayon
Yunanıstan səfiri - Xristos Kapodistrias
Meksika səfiri - Mariya Viktoriya Romero Kabalyero
Azərbaycanın Cənubi Koreyaya yeni təyin olunmuş səfiri Ramin Həsənov etimadnaməsini Cənubi Koreya Prezidenti Yun Sok Yola təqdim etdi
27 Yanvar
Azərbaycanın İrandakı səfirliyinə hücum: Yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi. Hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycana səfər etdi
Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadıldı
"Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flett Azərbaycana səfər etdi. İlham Əliyev və Brüs Flett arasında görüş oldu (Bakı)
28 Yanvar — İlham Əliyev və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi arasında görüş oldu (Bakı)
29 Yanvar
İlham Əliyev və Mehriban Əliyeva Macarıstana səfər etdilər
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı
30 Yanvar
İlham Əliyev və Macarıstan Prezidenti Katalin Novak arasında görüş oldu (Budapeşt, Macarıstan)
İlham Əliyev və Macarıstan Baş naziri Viktor Orban arasında görüş oldu (Budapeşt, Macarıstan)
Türkiyə milli təhsil naziri Mahmud Özər Azərbaycana səfər etdi
"Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin I Forumu keçirildi (Bakı)
=== Fevral ===
1 Fevral
İlham Əliyev və Türkiyə milli təhsil naziri Mahmud Özər arasında videoformatda görüş oldu
Milli Məclis Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı ratifikasiya etdi
2 Fevral
Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana səfər etdi. İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis arasında görüş oldu (Bakı)
Azərbaycanın Əlcəzairə yeni təyin olunmuş səfiri Tural Həsənov etimadnaməsini Əlcəzair Prezidenti Əbdülməcid Təbbuna təqdim etdi
3 Fevral
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası keçirildi (Bakı)
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi (Bakı)
Aİ enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər etdi. İlham Əliyev və Kadri Simson arasında görüş oldu (Bakı)
İtaliya ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin Azərbaycana səfər etdi. İlham Əliyev və Cilberto Piketto Fratin arasında görüş oldu (Bakı)
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradıldı
6 Fevral — Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradıldı
7 Fevral — İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Konqo, Namibiya, Vyetnam və Laos səfirlərinin etimadnamələrini qəbul etdi:
Konqo səfiri - David Maduka
Namibiya səfiri - Klemens Xanduukeme Kaşuupulva
Vyetnam səfiri - Danq Min Xoy
Laos səfiri - Vilavan İyapohe
8 Fevral
İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonunda Tofiq Quliyev heykəlinin açılışında iştirak etdi
"Dövlət Turizm Agentliyi"nin regional turizm idarələri yaradıldı
10 Fevral — Bakı şəhərində Pakistan sitrus meyvələri festivalı keçirildi
13 Fevral
İlham Əliyev Bakı şəhərində "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt-lik ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasimində iştirak etdi
İtaliya şirkətlər və "Made in Italy" naziri Adolfo Urso Azərbaycana səfər etdi. İlham Əliyev və Adolfo Urso arasında görüş oldu (Bakı)
14 Fevral
İlham Əliyev ölkəmizə yeni təyin olunmuş San-Marino, Qana və Anqola səfirlərinin etimadnamələrini qəbul etdi:
San-Marino səfiri - Con Matsa
Qana səfiri - Oheneba Lesli Akua Akyaa Opoku-Vare
Anqola səfiri - Auqusto da Silva Kunha
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbayvana səfər etdi. İlham Əliyev və İqor Xovayev arasında görüş oldu (Bakı)
15 Fevral — "AzerBlast" MMC tərəfindən Gəncə şəhərində ölkədə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanıldı
16 Fevral — Azərbaycan-Polşa Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirildi (Bakı)
17 Fevral
İlham Əliyev Almaniyaya səfər etdi:
İlham Əliyev və Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və Aİ Şurası Prezidenti Şarl Mişel arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və Avropa Ravvinləri Konfransı prezidenti Pinhas Qoldşmit arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və İsrail müdafiə naziri Yoav Qallant arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etdi (Münhen, Almaniya)
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirildi (Budapeşt, Macarıstan)
Azərbaycan-Macarıstan Biznes Forumu keçirildi (Budapeşt, Macarıstan)
18 Fevral
İlham Əliyev və İraq Kürdüstanı Prezidenti Neçirvan Bərzani arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və Avropa İnvestisiya Bankı (EIB) prezidenti Verner Hoyer arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu (Münhen, Almaniya)
İlham Əliyev və ATƏT Baş katibi Helqa Maria Şmid arasında görüş oldu (Münhen, Almaniya)
Turizm İnformasiya Mərkəzləri ləğv edildi
21 — 22 Fevral — Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Şuşa, Tovuz, Xocavənd və Sədərək rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
23 — 24 Fevral — "MİNAHACK" hakatonu (Bakı)
23 Fevral — Yeni regional mədəniyyət idarələri yaradıldı
24 Fevral — Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirildi: (Daşkənd, Özbəkistan)
Şuşa və Özbəkistanın Xivə şəhərləri qardaşlaşdı
25 Fevral
İlham Əliyev Türkiyəyə səfər etdi: İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (İstanbul, Türkiyə)
İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfər etdi
26 Fevral
İlham Əliyev və İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir arasında görüş oldu (Bakı)
Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi.