Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlhüseyn Hüseynov
Hüseynov İlhüseyn Pirhüseyn oğlu — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr-1992 may). İlhüseyn Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ. Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır. Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur. 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ. Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. 25 sentyabr 2006-cı ildə vəfat etmişdir.
Əlihüseyn Dağlı
Həmidov Əlihüseyn Həmid oğlu (Əlihüseyn Dağlı) (1898, Xızı, Quba qəzası – 28 yanvar 1981) — Mikayıl Müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı 1898-ci ildə Xızıda kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçürlər. Atası Həmid kişi qəbirstanlıqda qəbir daşları hörməklə məşğul olur. Anası Göhər xanım qatı dindar idi. Əlihüseyn rus-tatar məktəbində 3 sinifi bitirib. Ailə vəziyyəti ağır olduğundan şəhər məktəbində də yalnız 3 sinif bitirir və 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində, son vaxtlar isə dəmiryolunda konduktor (nəzarətçi) işləyir. Həmin illərdə sol-eser partiyasına daxil olur. 1918-ci ildə tif xəstəliyinə tutulur. Sağalandan sonra Müsavat ordusunda sıravi əsgər kimi qulluq edir. ÜİK(b) partiyasının üzvi olmağa can atır.
Əlihüseyn Hidayətov
Əlihüseyn Alışan oğlu Hidayətov (1 yanvar 1947, Kəlvəz, Lerik) — tibb elmlər doktoru, professor-qastroenteroloq, Azərbaycan Respublikasının Əməkdar Həkimi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri.[mənbə göstərin] Əlihüseyn Hidayətov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 1970–1972-ci illərdə Sovet Ordusu sıralarında alay tibb xidmətinin rəisi vəzifəsində qulluq etmişdir. 1972–1974-ci illərdə qastroenterologiya ixtisası üzrə kliniki ordinaturada təhsilini davam etdirmişdir. 1975–1988-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentqenologiya, Radiologiya və Onkologiya İnstitutunda kiçik, sonra baş elmi vəzifələrində çalışmışdır. Azərbaycan 1988–1991- Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda baş elmi işçi vəzifəsini tutmuşdur. 1991-ci ildən Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hal-hazırda həmin kafedraya rəhbərlik edir. 1977-ci ildə Moskva vilayəti Elmi Tədqiqat-kliniki İnstitutunda namizədlik və 1990-cı ildə Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş qastroenteroloqudur. 1999–2000-ci illərlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Elm və Texnika Komitəsində biologiya və tibbi problemlər şurasının sədri vəzifəsini aparmışdır. 2003–2006-cı illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb ixtisası üzrə ekspert şurasının sədri vəzifəsində çalışmışdır.
Əlihüseyn Hüseynov
Əlihüseyn Hüseynov (rejissor) —
Əlihüseyn Məmmədov
Əlihüseyn Qafarlı
Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15 mart 1911, Bakı – 5 oktyabr 1961, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1960). Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb. Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib.
Əlihüseyn Şükürov
Əlihüseyn Məmmədhüseyn oğlu Şükürov — jurnalist, tərcüməçi, Azərbaycan və Rusiya Jurnalistlər Birliklərinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı. Əlihüseyn Şükürov 19 mart 1960-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. Jurnalist Sənətkarlığı İnstitutunu, Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasını (Moskva), Rusiya Federasiyasınin Prezidenti yanında Ali İdarəçilik Akademiyasını və s. bitirmişdir. Komsomol, partiya, mətbuat və təsərrüfat orqanlarında işləmişdir. Hazırda Murmansk vilayəti Ümumrusiya Azərbaycan Konqresinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəridir. Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin təsisçiliyi ilə çap olunan gündəlik "Respublika" qəzetinin xüsusi müxbiridir (2000-ci ildən). Azərbaycan haqqında məqalələri "Kommersant", "Azerbaydjanskiy Konqress" qəzetlərində, televiziya-radio efirlərində səslənir, AzərTAC və s. nəşr edir. Rusiya Federasiyasının Murmansk vilayətində çəkilən "Novruz 2008" televiziya filminin ssenari müəllifidir.
Əlihüseyn Bağışov
Əlihüseyn Hüseynov (aviamühəndis)
Əlihüseyn Hüseyn oğlu Hüseynov (13 may 1921, Nəvai, Salyan qəzası – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1973).
Əlihüseyn Hüseynov (kəşfiyyatçı)
Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Qarabağ müharibəsi iştirakçısı. Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib. O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub. 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib. Ailəli idi, 3 övladi var.
Əlihüseyn Hüseynov (rejissor)
Əlihüseyn Hüseynov (5 dekabr 1922, Quba – 4 iyun 1987) — Azərbaycan rejissoru, operator, ssenarist. Əlihüseyn Hüseynov 1922-ci il dekabrın 5-də anadan olub. İkinci Dünya müharibəsi zamanı orta təhsilini bitirdikdən sonra, cəbhəyə yollanıb. 1943-cü ildə yaralanıb. Müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. 1948-ci ildə ÜDKİ-nun kinooperatorluq fakültəsinə daxil olub. 1954-cü ildə Bakıya qayıdıb. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında çalışıb. İlk dəfə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi "Görüş" filmində kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olub. "Qanun naminə" kinodramı kinooperator Əlihüseyn Hüseynovun bədii kinoda sonuncu işidir.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Gülhüseyn Abdullayev
Gülhüseyn Hüseyn oğlu Abdullayev və ya Gülhüseyn Hüseynoğlu (16 oktyabr 1923, Mollaoba – 8 iyul 2013, Bakı) — azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında orta nəslə mənsub görkəmli ədiblərdən biridir. O, öz saf, səmimi, təbii hiss, həyacanlarını bədii sözün qüdrətilə həmişə oxucularına demiş, onları düşündürmüş ruhunu və zövqünü oxşamışdır. Gülhüseyn Hüseynoğlu yaradıcılığa başladığı zamandan oxucuların rəğbətini qazanmış, öz imzasını oxucularına sevdirə bilmişdir. Görkəmli söz ustası Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatına mənsur şeir janrını gətirib. G. Hüseynoğlu yaradıcılığının dəyərli cəhətləri barədə saatlarla, günlərlə, danışmaq olar. Onun əsərlərinin hamısı məhz insana xidmət, onun əqli və bədii zövqü cəhətdən inkişafına yardım məqsədilə qələmə alınmışdır. Bir sözlə G. Hüseynoğlunun yaradıcılıq fəaliyyətinə nəzər salsaq onun nə qədər keşməkeşli, zəngin xatirələrlə dolu yaradıcılıq və həyat yolu keçdiyinin şahidi olarıq. Həyat və yaradıcılığı Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub.
Gülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseyn oğlu Abdullayev və ya Gülhüseyn Hüseynoğlu (16 oktyabr 1923, Mollaoba – 8 iyul 2013, Bakı) — azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında orta nəslə mənsub görkəmli ədiblərdən biridir. O, öz saf, səmimi, təbii hiss, həyacanlarını bədii sözün qüdrətilə həmişə oxucularına demiş, onları düşündürmüş ruhunu və zövqünü oxşamışdır. Gülhüseyn Hüseynoğlu yaradıcılığa başladığı zamandan oxucuların rəğbətini qazanmış, öz imzasını oxucularına sevdirə bilmişdir. Görkəmli söz ustası Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatına mənsur şeir janrını gətirib. G. Hüseynoğlu yaradıcılığının dəyərli cəhətləri barədə saatlarla, günlərlə, danışmaq olar. Onun əsərlərinin hamısı məhz insana xidmət, onun əqli və bədii zövqü cəhətdən inkişafına yardım məqsədilə qələmə alınmışdır. Bir sözlə G. Hüseynoğlunun yaradıcılıq fəaliyyətinə nəzər salsaq onun nə qədər keşməkeşli, zəngin xatirələrlə dolu yaradıcılıq və həyat yolu keçdiyinin şahidi olarıq. Həyat və yaradıcılığı Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub.
Gülhüseyn Kazımov
Gülhüseyn Kazımov (4 fevral 1950, Cəbrayıl – 24 fevral 2024, Bakı) — Azərbaycan ictimai xadimi, yazıçısı və şairi, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Gülhüseyn Kazımov 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M. Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb. Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirmişdir. Dövlət qulluğunun baş müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur (elmlər namizədi). Ailəlidir, üç övladı vardır. 2024-cü ilin 24 fevral tarixində Gülhüseyn Kazımlı 74 yaşında vəfat edib. == Fəaliyyəti == 1971–1972-ci illərdə Azərbaycan Dövlət Elmi Ateizm Muzeyində çalışmış, 1972–1973-cü illərdə isə ordu sıralarında xidmət etmişdir. 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru işləmişdir.
Gülhüseyn Əhmədov
Gülhüseyn Əhmədov (20 iyun 1955, Qaracalar, Saatlı rayonu – 3 yanvar 2020, Qaracalar, Saatlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. 1993 −2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 3 yanvar 2020-ci ildə vəfat etmişdir.
Səid Əlihüseyni
Səid Əlihüseyni (d. 1988, Ərdəbil, İran) - İran ağırlıqqaldıranı. O, Hüseyn Rzazadənin rekordunu təzələyəndən sonra "Super Rzazadə" ləqəbi alıb. Səidin atası, Əli Hüseyni də tanınmış ağırlıqqaldıran olub, Asiyada uğurlar qazanıb. Səid 2006-cı ildə keçirilən gənclər arasında ağırlıqqaldırma yarışında 1-ci yerə çıxıb.
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüseyn (Əbyəlil)
Hüseyn kəndi (başq. Хөсәйен) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hüseyn kəndinin milli tərkibi: başqırdlar 95%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 38 km., kənd sovetliyindən (Xəlil): 9 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hüseyn Abbasov
Hüseyn Abbasov (11 oktyabr 2007) — azərbaycanlı batut gimnastı. == Karyerası == Hüseyn Abbasov 2007-ci ildə anadan olub. Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür. === Uğurları === ==== 2015–2017 ==== Hüseyn Abbasov 2015, 2016, 2017-ci illərdə keçirilmiş Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında batut növü üzrə kiçik yaş qruplu kişi idmançılar arasında birinci yeri tutmuşdur. ==== 2018 ==== 2018-ci ildə Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və “Rusiyanın ümidi – 1” ümumrusiya yarışlarında 11–12 yaşlılar arasında finalda 5-ci yeri tutmuşdur. Həmin il Batumidə keçirilən beynəlxalq turnirdə fərdi hərəkətlər üzrə birinci yeri qazanmışdır. ==== 2019 ==== 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışında sinxron hərəkətlər üzrə ikinci yeri tutaraq Azərbaycanın batut gimnastikası tarixində dünya çempionatlarının ilk gümüş medalını qazanmışdır. Türkiyənin Antalya şəhərində baş tutmuş beynəlxalq turnirin 11–12 yaşlılar arasında fərdi proqramda bürünc, Belarusun Vitebsk şəhərində təşkil olunmuş Belarus Açıq Çempionatının fərdi proqramda qızıl medalçısı olmuşdur. Həmçinin Rusiyanın Krasnodar şəhərində keçirilmiş yarışda 8-ci yerdə qərarlaşmışdır. ==== 2020 ==== 2020-ci ilin 19–23 noyabr tarixlərində Niderlandda təşkil edilmiş batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışında 13–14 yaşlılar arasında fərdi proqramda gümüş medal qazanıb.
Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991). == Həyatı == Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbasəliyev
Hüseyn Abdullayev
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdulov
Əlhəsən Dantata
Əlhəsən Dantata (ing. Alhassan Dantata; 1877 – 17 avqust 1955) — Nigeriya taciri. O, kola qoz-fındıqları və yer qoz-fındıqları ticarəti ilə məşğul olmuşdur və Avropa məhsullarının distribyutoru idi. Britaniya ticarət şirkətlərini xammalla təmin etmiş və Qızıl sahildə biznes maraqları da vardı. Ölümü zamanında Dantata Qərbi Afrikanın ən varlı adamı idi. O, Nigeriya və Afrikanın ən varlı adamı olan Aliko Danqotenin ulu babasıdır.