Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlbəttə (mahnı)
Əlif
Əlif (ərəb. ا و آ‎) — Bu hərf fars əlifbası, ərəb əlifbası, ivrit əlifbası, Şuqnan əlifbası və Sami dillərinin istifadə etdiyi digər əlifbalar da daxil olmaqla bütün dillərdə ilk hərfdir. Fars dilindəki bu hərf bir çox ismin başlanğıcıdır. == Həmçinin bax == Ərəb əlifbası Fars dili İvrit əlifbası Şuqnan dili Sami dilləri == İstinadlar == == Xarici keçidlər == Məmmədova, Ə. (2020). Fars yazısındakı "əlef-e məğsure" (tətbiqi dilçilik müstəvisində).
Əlif Hacıyev
Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == === Erkən illəri === Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olmuşdur.
Əlif Piriyev
Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı == Həyatı == 10 yanvar, 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir.
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Əlif İsmayılov
Əlif Eylül
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Əlif Məmmədov
Əlif (dəqiqləşdirmə)
Əlif — hərf. Əlif (teleserial, 2014) — teleserial. == Həmçinin bax == Əlif (ad) — ad.
Əlif (teleserial, 2014)
== Film haqqında == Kiçik Əlifin ağır həyatını mövzu alan serial Əlifin doğma atasının evinə bəsləmə kimi getməsilə başlayıb. Fermada Kənanın həyat yoldaşı Arzu Buna yaxşı Baxmırdı. Fermada Ayşə və Tarıq Əlifi Arzunun pisliyindən qoruyurlar. Ancaq sonra Tarıqın şübhəli ölümü, daha sonrada Ayşənin ölümü Əlifi yalnız buraxmışdır.
Elif
Elif — ad. Elif Şafak — türk əsilli romançı. Elif Elmas — Şimali Makedoniyalı peşəkar futbolçu. Elif Pektaş ― Türk kino aktyorudur.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və zəyrək kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Elif Eylül
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Klif Yanq
Klif Yanq (ing. Albert Ernest Clifford "Cliff" Young, 8 fevral, 1922 — 2 noyabr, 2003) — avstraliyalı fermer 1983-cü ildə avstraliyalı fermer Klif Yanq (Cliff Young) 61 yaşında önmündə ilk dəfə olaraq 875 km-lik ultra-marafona qatılır və qalib gəlir. O peşəkar idmançıları geridə qoyaraq, bu məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə qaçıb, halbuki, çox asta tempdə qaçırdı, hətta ilk vaxtlarda digərlərindən çox geriləyirdi. Müvəffəqiyyətinin sirri o idi ki, Yanqın rəqibləri hər sutkanın 6 saatını yatarkən, o fasilə etməyərək qaçışına davam edirdi. Həmçinin fermer etiraf etdi ki, əvvəllər bir neçə gün dayanmadan işləməli olurdu, qoyun sürülərini geniş otlaqlarda qovub bir yerə yığırdı, bu da marafonda ona çox yardımçı oldu.
Şamaxılı Əlis
Əlfi Qasımov
Qasımov Əlfi Səhlik oğlu (5 yanvar 1927, Poladlı, Ağdam rayonu – 12 mart 1985, Bakı) — yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1956). == Həyatı == Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir. Əlfi Qasımov 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əlfi Qasımov 1951-1958-ci illərdə "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir. Daha sonra 1958-1966-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini icra etmişdir. O, 1966-1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmışdır. Əlfi Qasımov 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi" verilişinin aparıcısı olub.
Əliş Kərəmli
Əliş Ləmbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. === Siyasi fəaliyyəti === 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Əliş Lənbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. === Siyasi fəaliyyəti === 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Əliş Məmmədov
Əliş Şirvani
Əlbatti məscidi
Əlbatti məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tarixi == Məscid 1878-ci ildə inşa edilmişdir. Yeddi oğul istərəm filminin bəzi fraqmentləri Əlbatti məscidinin həyətində çəkilib. Fatmayı kəndinin mərkəzindən keçən Cəlil Cavadov küçəsinin sağ tərəfində yerləşir. Məscid qədim Fatmayı qəbirstanlığının yaxınlığındadır.
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir. Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı. 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub. == Həyatı == Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.
Elif dedim
Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan Türkiyə xalq mahnısı. == Hekayəsi == Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Əli Zadə
Akif Ağamehdi oğlu Əlizadə (25 fevral 1934, Bakı) — Azərbaycan geoloqu, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013–2019), Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri (2014–2019). == Həyatı == Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Mənsub olduğu nəslin nümayəndəsi olan Ağa Seyidəli Mirmövsümzadə uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuşdur. Nümunə kimi din xadimi Axund ağa Əlizadə və 36 yaşında öldürülən qardaşı Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadəni və Azərbaycan Tibb İnstitutunun prorektoru olmuş, öz kabinetində güllələnərək qətlə yetirilən digər qardaşı Maqsud Əlizadəni göstərmək olar. Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. == Elmi fəaliyyəti == Akif Əlizadə ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Akif Əlizadə SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur. Akif Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Asif Əli Zərdari
Asif Əli Zərdari (urdu آصف علی زرداری; sindhi آصف علی زرداری; 26 iyul 1955, Nəvabşah[d], Sind əyaləti) — 10 mart 2024-cü il tarixindən Pakistan İslam Respublikasının 14-cü prezidenti, bundan əvvəl 2008–2013-cü illərdə ölkənin 11-ci prezidenti olmuşdur. Asif Əli Zərdari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşıdır. == Həyatı == Asif Əli Zərdari 1955-ci il iyul ayının 22-də Pakistanın Sindx əyalətinin Nəvabşah şəhərində sahibkar Hakim Əli Zərdarinin ailəsində anadan olub. Kəraçidə böyüyüb boya-başa çatan Asif orta məktəbi Kəraçidə bitirdikdən sonra Petaro kollecində təhsil alıb. Maraqlıdır ki, Zərdarinin Londonun hansı ali təhsil ocağında təhsil aldığı dəqiq bilinmir. Britaniya rəsmiləri bu suala cavab tapmaqda çətinlik çəkirlər. Zərdarinin həmsədri olduğu Pakistan Xalq Partiyasının sənədlərində qeyd olunduğuna görə, o, Londonun İqtisadiyyat və Biznes kollecində təhsil alıb. Ancaq bu məlumat London təhsil dairələri tərəfindən təsdiqənməyib. Belə ki, sözügedən şəhərin təhsildən cavabdeh rəsmi şəxsləri belə bir institutun mövcudluğunu aydınlaşdıra bilmədiklərini qeyd edirlər. Londonda təhsilini başa vuran Asif Pakistana geri qayıtdıqdan sonra əmlakın idarə olunması və tikinti biznesində atasına kömək etməyə başlayır.
Əli Məmmədov (alim)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. == Elmi fəaliyyəti == Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. == Elmi fəaliyyəti == Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
EIF
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məmmədov (alim)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Asif Şirəliyev (alim)
Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu) — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı. == Həyatı == Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci ildə 83 yaşında dünyasını dəyişmişdir. == Elmi fəaliyyəti == İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M. B. Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir. A. İ. Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir. == Mükafatları == O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur.
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. == Tikintisi == 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd.