Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır.İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.Buna əlavə olaraq, Əlqar erməni soyqırımını inkar edənlərdəndir.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
İlqar Abbasov
İlqar Namaz oğlu Abbasov (12 fevral 1958) — Şirvan Şəhəri İcra Hakimiyyətinin başçısı. == Həyatı == İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
İlqar Abbaszadə
İlqar Abbaszadə — Professor. == Həyat və fəaliyyəti == 1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofizika və molekulyar kimya ixtisasına yiyələnib. Vətənə dönərək Bakı Dövlət Universitetinin biologiya fakultəsində biofizika və biokimya fənnlərindən dərs deməyə başlayıb. Eyni zamanda universitetin aspiranturasında təhsilini davam etdirib, biologiya elmləri namizədi alimlik dərəcəsinə sahib olub. ABŞ-yə gələnədək BDU-da müəllim, az sonra baş müəllim vəzifəsində çalışıb.1991-ci ildə onu İlinois ştatındakı Şimali İlinois Universitetinə dəvət ediblər. 4 ay orada çalışdıqdan sonra, daha bir dəvətlə Şimali Karolina ştatına gəlir və Çapel Hil Universitetinin elmi lobaratoriyasında işə başlayır. Burada o, "Nobel" mükafatı laureatı Sancarla bir yerdə işləyir. Deyir ki: İlqar Abbaszadə 1993-cü ildə Miçiqan ştatına gəlir, Ann Arbor şəhərindəki Miçiqan Universitetinin tibb fakultəsində biokimyadan dərs deyir və elmi araşdırmalar aparır.
İlqar Allahyarov
Allahyarov İlqar Nurəddin oğlu — “Vətən uğrunda” medalı ilə təltif edilmiş döyüşçü == Həyatı == 1968-ci ildə Laçın rayonunun Alıqulu kəndində doğulmuşdur. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Moskva şəhərində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildən rayon Polis Şöbəsində işləmiş və rayonun işğalı ilə əlaqədar erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında fərqlənmişdir. Fərəcan, Ağanus kəndləri ərazisində mühasirəni yararaq ermənilərin girov götürdüyü 15-20 nəfər qadını təkbaşına azad etmiş, Laçının ilk şəhidlərindən olan Təvəkkülün meyitini döyüş bölgəsindən çıxarmışdır. Hoçaz yüksəkliyi uğrunda gedən döyüş zamanı düşmənin dörd tankını və xeyli texnikasını məhv etmişdir. Alxaslı kəndi ətrafında mühasirəyə düşən milli ordunun xeyli sayda əsgərini Qırmıq körpüsündən keçirərək xilas etmişdir. 1994-cü il fevralın 10-da Füzuli bölgəsində gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. == Təltifi == Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 saylı sərəncamı ilə Azərbaycan polisi günü münasibətilə, Azərbaycan Respublikasında cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Allahyarov İlqar Nurəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
İlqar Baxışov
İlqar Adışirin oğlu Baxışov (21 noyabr 2000; Horadiz, Azərbaycan – 15 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Baxışov 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifə getmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda aparmışdır və rayonun Suqovuşan kəndinin işğalçılardan azad olunması zamanı 15.10.2020-ci il tarixdə həlak olmuşdur. Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlqar Bayraməliyev
İlqar İsrafil oğlu Bayraməliyev (10 oktyabr 1973 – 5 aprel 1994, Gədəbəy) — Azərbaycanlı şəhid. == Həyatı == Bayraməliyev İlqar İsrafil oğlu 10 oktayabr 1973-cü ildə Gədəbəy rayonunun Yenikənd kəndində adanadan olmuşdur. Bayraməliyev İlqar ibtidai sinfi Əlinağılar kənd məktəbində oxumuş, natamam orta məktəbi Yenikənd məktəbində bitirmişdir. Bayraməliyev İlqar 1 sentyabr 1989-cu ildə Gədəbəy şəhəri 148-nömrəli TPM-ə daxil olmuş, 25 iyun 1992-ci ildə geniş profilli traktorçu peşəsi üzrə tam kursu bitirmişdir. 12 dekabr 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. O, Gədəbəy rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir. İlqar Gədəbəyin Şınıx bölgəsində gedən bütün döyüşlərdə: Mutudərənin alınmasında, Əyriyol əməliyyatında və başqa bir çox əməliyyatlarda əsil qəhrəmanlıq göstərmişdir. Bayraməliyev İlqar 5 aprel 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
İlqar Bağırov
İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === İlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur. O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir. === Donbass müharibəsi və döyüşlərdə iştirakı === Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi. === Ölümü === 2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb. Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.
İlqar Bizəban
İlqar Bürcəliyev
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
İlqar Bəylərov
İlqar Xıdır oğlu Bəylərov — azərbaycanlı memar, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi, "IBA GROUP" memarlıq şirkətinin baş direktoru. == Həyatı və fəaliyyəti == İlqar Xıdır oğlu Bəylərov 31 iyul 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu bitirmişdir. 1983–1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləmişdir.1993–1998-ci illərdə "Asia Plus", 1998–2012-ci illərdə "ATTİLA KM"də direktor vəzifəsində çalışmışdır. Hal-hazırda "İBA GROUP LLC" memarlıq şirkətinin direktorudur. İlqar Bəylərovun layihələri əsasında Bakıda "Debüt Bank"ın inzibatı binası, "Altes Park", "Altes Plaza", "Sun City" və bir çox başqa çoxmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi rayonlarında müalicə-diaqnostika mərkəzləri, o cümlədən xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilmişdir. İlqar Bəylərov, 2008-ci ildə "Ustad Memar" sertifikatına, 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adına layiq görülmüşdür. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibidir. 20 dekabr 2017-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.22 fevral 2017 Beynəlxalq Memarlıq Akademiyasının professorudur. === Ailəsi === Laçın rayonunun ictimai-siyasi xadimi Xıdır Bəylərovun oğludur.
İlqar Cahangir
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
İlqar Cahangirov
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
İlqar Cəfərov
İlqar Şaban oğlu Cəfərov — fotomüxbir, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == İlqar Cəfərov 1960-cı ildə Gəncədə anadan olub. Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Kənd Təsərrüfatı Akademiyası) bitirsə də, fotoreportyorluğa olan həvəsi onu o zamankı SSRİ Fotojurnalistika Mərkəzinə gətirib. == Xocalıda gördükləri == İşə qəbul ediləndən təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. Bu tarix isə 1992-ci ilin fevralına təsadüf edir. Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini eşidən fotoreportyor Bakıya qayıdıb materialları təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu deyir: "Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalıydım!".
İlqar Eyyubov
Ilqar Bayram oğlu Eyyubov - Hüquq üzrə Fəlsəfə Doktoru == Həyatı == İlqar Eyyubov 22 sentyabr 1975-ci il,Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri Sabunçu rayonu 271 saylı Orta Məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2002-ci ildə BDU-nin Hüququ fakultəsini fərqlənmə diplomu ilə bitirərək,Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Magistraturasına daxil olmuşdur. 2005-ci il tarixdə Magistraturanı da fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2004-cü illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2006-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquqi İnstitutunun Dissertanturasına qəbul olub, 2010-cu il tarixdə oranı bitirmişdir. 30 noyabr 2013-cü il tarixdə isə “Cinayət prosesində iştirak edən digər şəxslər və onların prosessual-hüquqi vəziyyəti” mövzusunda dissertasiya işini müdafiə edib, 17 fevral 2015-ci il tarixdə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. 2008-2012-ci illərdə Azərbaycan Respublikası Polis Akademiyasının İdarəetmə və İxtisasartırmanın təşkili fakultəsində təhsilimi davam etdirib, oranı da əla qiymətlərlə bitirmişdir. 2017-ci ildən istefada olan Polis mayorudur. Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür.
İlqar Fəhmi
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi; 1975, Bakı) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi. == Həyatı == İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
İlqar Fətizadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
İlqar Hacıyev
İlqar Hacıyev — Hüquq elmləri namizədi, Ümumrusiya Azərbaycan Kongresinin (ÜAK) icracı direktoru, Moskvada Hüquq-mühafizə ilə əməkdaşlıq üzrə komissiyanın sədr müavini, Azərbaycan diasporunun nümayəndəsi, "Tərəqqi" medalı laureatı == Həyatı və fəaliyyəti == İlqar Hümbət oğlu Hacıyev 1967-ci il avqustun 1- də Bərdə rayonunda anadan olmuşdur. Tikinti sahəsi üzrə orta ixtisas təhsili almışdır. 1993-1998-ci illərdə Moskva Dövlət Hüquq Akademiyasında oxumuş, sonra Rusiya XİN Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dinləyicisi olmuşdur. Hüquq elmləri namizədidir. Əmək fəaliyyətinə təmir-tikinti idarəsində rəngsaz kimi başlamışdır. 1987-1997-ci illərdə Təmir-tikinti trestində çalışmışdır. 1991-1997-ci ildə "Safa", "Akvin", "Reksan" kiçik müəssisələrinin direktoru vəzifəsində işləmişdir. 1997-ci il aprelin 20-dən 1998-ci il aprelin 15-dək Hüquq məsləhətxanasında vəkil köməkçisi, 1998-ci aprelin 16-da isə Moskva Hüquq Mərkəzində vəkillər kollegiyasının üzvü olmuşdur. 1999-cu fevralın 24-dən Huquq məsləhətxanasında müdirdir. 2000-ci ildə Azərbaycanlıların Ümumrusiya Konqresinin Moskva regional şöbəsinin rəhbəri.
İlqar Haqverdiyev
Haqverdiyev İlqar Arif oğlu — həndbol üzrə I dərəcəli idmançı. == Həyatı == 1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə 6 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub, 1980-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1980–81-ci illər ərzində Dəmiryol tikinti idarəsində fəhlə işləyib. İdmanla məşğul olub. Həndbol idman növü üzrə I dərəcəli idmançıdır və Respublika dərəcəli hakimdir. 1981-ci ildə Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutuna qəbul olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutunun kütləvi idman işləri və Turizm fakültəsinə köçürülüb və 1987-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Azərbaycana döndükdən sonra 1987–1991-ci illər ərzində "Lokomotiv" idman cəmiyyətində məşqçi, xüsusiləşmiş futbol məktəbinin müdir müavini, kompleks idman məktəbinin direktoru, 1991–1993-cü illərdə Lokomotiv idman cəmiyyətinin sədri vəzifəsində çalışıb.
İlqar Hümbətov
İlqar Vüqar oğlu Hümbətov (13 iyun 1996; Bakı, Azərbaycan — 13 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Hümbətov 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi çərçivəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və həlak olmuşdur. Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
İlqar Hüseynli
İlqar Şəmiyyət oğlu Hüseynli (6 oktyabr 1976; Xudat, Azərbaycan SSR — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Hüseynli 1976-cı il oktyabrın 6-da Xudat şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. İlqar Hüseynli oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Xudat şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar Hüseynov
İlqar Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. İlqar Hüseynov (kulturoloq) — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor.
İlqar Həsənov
İlqar Nadir oğlu Həsənov (2 yanvar 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 3 oktyabr 2020; Tərtər rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Həsənov 1990-cı il yanvarın 2-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan İlqar Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Həsənov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
İlqar Kazımov
İlqar Nazim oğlu Kazımov (28 dekabr 1996; Gədəbəy, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Kazımov 1996-cı il dekabrın 28-də Gədəbəy şəhərində anadan olub. 2003-2012-ci illərdə Gəncə şəhərində 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci illərdə isə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlqar Kazımov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İlqar Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Kazımov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Kazımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Edqar
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar ƏliyevEldar Əliyev — . Eldar Əliyev — balet ustası.Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Demet Evgar
Demet Evgar (19 may 1980, Manisa) — Türk aktrisası. == Həyatı və ilk illəri == Demet Evgar 19 may 1980-ci ildə Türkiyənin Manisa şəhərində anadan olmuşdur. Aktrisa kimi özünü ilk dəfə 17 yaşında Afsem Teatrında səhnə almışdır. Səhnədə ilk tamaşası "Kaç Baba Kaç (It runs in the family)" olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Fakultəsindən məzul olmuşdur. 2009-cu ildə " Kent Oyuncuları" teatrında "Cimri" komediyasında Elisa rolunu canlandırmışdır. Bu rol ilə 8-ci Teatr Mükafatları mükafatlandırma mərasimində "İlin Qadın Sənətçisi" adına layiq görülmüşdür. == Televizya və film karyerası == "Aslı ile Kerem", "Bütün Çocuklarım" ve "Emret Komutanım" adlı televiziya serialları ilə yanaşı "Banyo", "Beyza’nın Kadınları" adlı filmlərdə rol almışdır. 2007-ci ildə "Rock Müzikalleri" müziklında səhnə almışdır. 2009-cu ildə "Güneşi Gördüm", 2010-cu ildə " Yahşi Batı " və daha sonra "Vay Arkadaş" filmlərində rol almışdır.
Edqar Bloşe
Edqar Bloşe (fr. Edgard Blochet; 12 dekabr 1870, Burj – 5 sentyabr 1937, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Şərq dilləri məktəbində ərəb, fars, türk və hind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir.
Edqar Davids
Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts] ( dinlə) ;13 mart 1973[…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur. Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib. Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub. Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi. Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb.2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır. == Həyatı == Davids Surinamda anadan olub və afro-surinamlı və ana nənəsi tərəfindən qismən yəhudi mənşəlidir.Davids körpə ikən ailə Hollandiyaya köçur.
Edqar Deqa
Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[…], Paris – 27 sentyabr 1917[…], Paris) — fransız rəssamı, impressionizmin banilərindən biri. == Həyatı == Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu. Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı.
Edqar Po
Edqar Allan Po (ing. Edgar Allan Poe 19 yanvar 1809[…], Boston, Massaçusets, ABŞ – 7 oktyabr 1849[…], Baltimor, Merilend, ABŞ) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi. == Haqqında == Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. == Həyatı == Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur.
Edqar Varez
Edqard Varez (fr. Edgar(d) Varèse; 22 dekabr 1883 — 6 noyabr 1965) — Fransa-ABŞ bəstəkarı. == Həyatı == Fransız əsilli ABŞ-lı bəstəkar səs istehsalı texnikasına gətirdiyi yeniliklərlə tanınır. Dissonant və mövzusuz, ritm baxımından da asimmetrik olan musiqisini "fəzadakı səs cisimləri" kimi hazırlayıb. 1950-ci illərin əvvəllərində elektron səs təchizatından (aparatura) yararlanma fürsəti qazandıqdan sonra isə elektron musiqiyə üstünlük verib. Brüssel dünya sərgisi üçün yazdığı elektron şeirdə (1958) səsin 425 dinamik vasitəsilə yayılmasını nəzərdə tutub.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Eldar Mansurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Mikayılzadə
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
Eldar Məcidov
Eldar Məcidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. == Döyüşlərdə iştirakı == Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur.
Eldar Məmmədbəyli
Eldar Məmmədbəyli (tam adı: Eldar Məmmədbəyli Hüseynqulu oğlu; 22 yanvar 1941, Gədəbəy) — kimya elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, kimya üzrə onlarla elmi və tədris kitablarının müəllifi. == Həyatı == Eldar Məmmədbəyli Hüseynqulu oğlu 22 yanvar 1941-ci ildə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) Əczaçılıq fakültəsində təhsil almışdır. AMEA-nın akad. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışır. O, Neft-Kimya Prosesləri İnstitutu nun "Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası" struktur bölmənin rəhbəridir. Eldar Məmmədbəyli Azərbaycan Demokrat Partiyası Ali Məclisinin üzvüdür. == Əsas elmi nailiyyətləri == Asimmetrik Dils-Alder reaksiyası, optiki aktiv funksionaləvəzolunmuş alitsiklik birləşmələrin sintezi, fizioloji aktiv maddələr, azot və kükürd birləşmələrin Mannix reaksiyası ilə sintezi, Azərbaycan yeni yataq neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metal kompleksləri, o cümlədən ferrosen və simantrenin amin törəmələrinin sintezi. Uzun müddət ərzində xiral katalizatorların iştiraki ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparmışdır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizator sintez edilmiş və alınan katalizatorlar dien sintezində tətbiq edilmişdir.
Eldar Məmmədov
Eldar Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Eldar Məmmədov (operator) — Operator, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov (şəhid) — Qara Yanvar şəhidi.
Eldar Mənsurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Eldar Namazov
Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti. == Həyatı == Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir. 1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var. == İctimai-siyasi fəaliyyəti == Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.
Eldar Novruzov
Eldar Novruzov — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Bitki ehtiyatları şöbəsinin müdiri. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Eldar Novruzov 1942-ci ilin 30 may tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Orta təhsilini Qarabağlar kənd orta məktəbində almışdır. 1961-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikomunun aqranomluq fakultəsini, 1969-cu ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki GDU) biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1987-ci ildə SSRİ Ali Atestasiya Komissiyası Eldar Novruzova “biokimya” ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir. == Elmi fəaliyyəti == E.Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda bitki ehtiyatları şöbəsinə rəhbəri, eyni zamanda AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Eldar Nuriyev
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E. Nuriyev burada 6 il çalışıb.
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.