Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Nitq hissəsi
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. == Nitq hissələrinin təsnif prinsipləri == Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Bakı istehkamçılar hissəsi
Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu. == Məlumat == Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi. Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi. Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi. 1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.
Köməkçi nitq hissəsi
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Maqazin (silah hissəsi)
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Sifət (nitq hissəsi)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Zərf (nitq hissəsi)
Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur.
İstanbulun tarixi hissəsi
İstanbulun tarixi hissəsi Türkiyənin İstanbul şəhərindəki tarixi yarımada hissəsində yerləşən 4 regiondan ibarət və 1985-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş mühafizə edilən hissədir. == Regionları == Siyahıya dörd rayon və bunlara daxil olan tikililər daxildir. Bunlar; Zeyrək Məscidi və ətrafı, Süleymaniyyə Məscidi və ətrafı, Sultanəhməd və ətrafı və İstanbulun qurudan müdafiə divarlarıdır.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri 1 == Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can² Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi == Qoşmaların ismin halları ilə işlənməsi == Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır. Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir.
Lvovun tarixi hissəsi
Lvovun tarixi hissəsi və ya Lvovun tarixi mərkəzi yaxud Köhnə şəhər (ukr. Ансамбль історичного центру Львова, Старе місто) — UNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Ukraynanın Lvov şəhərinin mərkəzi hissəsindəki ərazi. Ərazi 1975-ci ildə Dövlət Tarix-Memarlıq Yasaqlığı statusu alıb. == Tarixi == 1998-ci il noyabrın 30-dan dekabrın 5-dək Kiotoda (Yaponiya) keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 22-ci konfransında Lvov Ümumdünya İrs Saytı kimi qəbul edilib. YUNESKO Komitəsi Lvovun Ümumdünya İrs Siyahısına daxil edilməsi və YUNESKO-nun belə meyarlarına uyğunluğu üçün aşağıdakı səbəbləri təqdim etmişdir: II meyar: Şəhərsalma və memarlıq baxımından Lvov Şərqi Avropanın memarlıq və bədii ənənələrinin İtaliya və Almaniyanın eyni ənənələri ilə sintezinin görkəmli nümunəsidir; V meyar: Lvovun siyasi və kommersiya rolu həmişə şəhərin müxtəlif və eyni zamanda bir-biri ilə əlaqəli icmalarını təşkil edən müxtəlif mədəni və dini ənənələrə malik müəyyən sayda etnik qrupları cəlb etmişdir ki, bunun sübutu həmişə şəhər və memarlıq mənzərəsi olmuşdur. Tarixi mərkəzin ansamblının ərazisi 120 hektar Kiyev Rus dövləti və Lvov şəhərinin orta əsrlər hissəsindən, həmçinin Svyatoyurskaya təpəsindəki Müqəddəs Georgi kafedralının ərazisindən ibarətdir. Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır. Tarixi Mərkəzin ansamblının bufer zonası tarixi ərazinin hüdudları ilə müəyyən edilir və 3000 hektara yaxındır. Üç əsas ərazinin sadalanan maddələrindən başqa, İçərişəhərin ərazisində təxminən 2007 digər tarixi abidə var ki, onlardan 214-ü milli səviyyəli hesab olunur.
Əsas nitq hissəsi
Əsas nitq hissələri – Müstəqil leksik mənaya malik olan, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirilən, suala cavab verilən, şəkilçi qəbul edən, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənən nitq hissələri. Azərbaycan dilində 6 əsas nitq hissəsi var. == Növləri == Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf olmaqla altı əsas nitq hissəsi var. === İsim === Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.
Bakı İstehkamçılar Hissəsi
Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu. == Məlumat == Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi. Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi. Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi. 1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Baça bazı
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی‎, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan cinsi quldarlığın və uşaq fahişəliyin növü. Əfqanıstanda və Pakistanda mövcuddur. Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu. İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər. ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər. beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir. Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar. == Tarix == Beçə bazı Mərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. == Əmək hüququ anlayışı == Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır. Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə: əmək fəaliyyəti; gəlirlər (o cümlədən əməkhaqqı); müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında); məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası; istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi; ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri; müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi. Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət. İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. Dünyanın çox ölkələrindəki məzuniyyət sayı özlərinin əmək hüququna görə tənzimlənir. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xəstəliyə, istehsalatda və ya məişətdə baş verən bədbəxt hadisəyə və digər səbəblərə görə əmək funksiyalarını yerinə yetirmək qabiliyyətindən müvəqqəti və ya daimi məhrum olması; sosial risk növlərindən biri. Müvəqqəti əməkqabiliyyətsizliyi dönən xarakter daşıyır, insanın sağalması ilə onun əmək qabiliyyəti bərpa olunur və o, işə çıxa bilir. Bu hal tibbi ekspertizaya əsasən müəyyən olunur və əmək qabiliyyətinin olmaması vərəqəsi və ya arayışla təsdiqlənir. İnsanın əmək qabiliyyətinin bərpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur və həmin şəxs əlil sayılır, bəzən həkimin məsləhətilə başqa rejimdə, yaxud başqa işdə işləmək imkanı olan qismən əməkqabiliyyətli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarələrində həyat fəaliyyətinin (o cümlədən əmək qabiliyyətinin) məhdudlaşması strukturunun və dərəcəsinin qiymətləndirilməsi əsasında əlillik qrupu və reabilitasiya daxil olmaqla sosial müdafiə tədbirləri müəyyənləşdirilir. Müvəqqəti əməkqabiliyyətsizliyi məlumatlarının təhlili işçi tərəfindən onunla əlaqədar sosial imtiyazlardan sui-istifadəni, yaxud Ə. yüksək olan müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etməyə imkan yaradır. Çox ölkələrdə əməkqabiliyyətsizliyi göstəricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müəyyən edir, yəni əməkqabiliyyətsizliyi göstəricisi yüksək olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox əhəmiyyətlidir və o, sahibkarlarla (onlar buna görə əmək şəraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin səbəb və nəticələrini öyrənmək üçün işədüzəltmə agentliklərində müstəqil tibbi müayinə institutu yaradılır və bu, həmin agentliklərin həkimlərinə iş axtaran şəxsin zərərli vərdişləri (siqaretçəkmə, alkoqoldan sui-istifadə) də daxil olmaqla, tam sağlamlıq vəziyyəti haqqında məlumat təqdim etməyə imkan verir. Həkimlər bu işçinin əvvəlki iş yerindəki əməkqabiliyyətsizliyi üzrə məlumat bazası nəzərə alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müəyyənləşdirirlər.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu — sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. == Faktiki əmək məhsuldarlığı == Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.