Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərəstun
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Ərəstun Axundov
Axundov Ərəstun Həmzə oğlu (d. 1924 — ö. 1990) — Azərbaycan iqtisadçısı. 1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu. Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982–1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir.
Ərəstun Cavadov
Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var. 29 mart 2023-cü il tarixində dünyasını dəyişmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Ərəstun Həsənov
Ərəstun Kərimov
Ərəstun Mahmudov
Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957, İsmayıllı, Azərbaycan SSR - ö. 1992, Ağdam-Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ərəstun Məmmədov
Ərəstun Məmmədov (10 sentyabr 1922, Xırmandalı, Biləsuvar rayonu – 6 aprel 2015, Xırmandalı, Biləsuvar rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu.
Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi. Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır. Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var. Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir. Həyat yoldaşı - Tahirə Əliyeva. 4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.
Ərəstun Xıdırov
Ərəstun (ad)
Ərəstun — kişi adı. Ərəstun — Spontan Absurte nəzəriyyəsinin banisi. Ərəstun Mahmudov — Azərbaycanın Milli Qəhrəmanı. Ərəstun Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ərəstun Əliyev — Azərbaycan xanəndəsi. Ərəstun Kərimov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Ərəstun Məmmədov — Sosialist Əməyi Qəhrəmanı.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Ərsəstun Xıdırov
Ərəstü Həbibbəyli
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir. 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur. 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Erektus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Ərsun (Xalxal)
Ərsun (fars. ارسون‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (35 ailə).
Ərsun Yanal
Ərsun Yanal (17 dekabr 1961, İzmir) — Tükiyəli futbolçu. Ərsun Yanal 17 dekabr 1961-ci ildə Türkiyənin Buca şəhərində anadan olub. Futbolçu kimi Dənizlispor, Saraykoyspor, Manisaspor və Nazilli Belediyyespor-da çıxış edib. Baş məşqçi kimi Dənizlispor, Yeni Sahilspor, Ankaragücü, Gənclərbirliyi, Manisaspor, Trabzonspor ve Fənərbaxçada işləyib. Həmçinin 2004–05 sezonunda Türkiyə millisindədə işləyib. 2003–04 sezonunda Gənclərbirliyi ile Uefa Avropa Liqasında 1/4 mərhələsinə qədər yüksəlib. 2014–15 sezonunda ise Fənərbaxça ilə Super liqa cempionu olub. 2018–19 sezonundan etibarən Fənərbaxça da baş məşqçlik edir.
Conocarpus erectus f. erectus
Conocarpus erectus (lat. Conocarpus erectus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin konokarpus cinsinə aid bitki növü. == Sinonimləri == Conocarpus acutifolius Willd. ex Schult. Conocarpus erectus var. arboreus DC. Conocarpus erectus var. argenteus Millsp. Conocarpus erectus f. erectus Conocarpus erectus var. erectus Conocarpus erectus var.
Conocarpus erectus var. erectus
Homo erectus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Hypecoum erectum
Dikduran dəlitərə (lat. Hypecoum erectum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Hypericum erectum
Dikduran dazı (lat. Hypericum erectum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Pithecanthropus erectus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Ər-Rəstən döyüşü (may 2012)
Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular. Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur. Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir. Onun paytaxt Dəməşqi ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir. Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər.