XİTAM

is. [ ər. ] Bitmə, qurtarma, sona çatma; axır, son, tamam.
□ Xitam vermək1) bitirmək, tamamlamaq, başa vurmaq.
Xanəndə yastı balabanla oxuyub gecəyə xitam verərdi. H.Sarabski.
Ərşad [Əflatun və Ərəstunun] mübahisəsinə xitam verib birlikdə layihəni hazırladı. S.Rəhimov;

2) hüq. işi bağlamaq, qurtarmaq, xətm etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XİTAM bitmə — tükənmə — son — axır
XİTABNAMƏ
XİYABAN

Digər lüğətlərdə