Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
"Əvəsor" folklor kollektivi
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Muxtar Əvəzov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Nukleofilik əvəzetmə reaksiyaları
Nukleofilik əvəzetmə reaksiyaları (ing. nucleophilic substitution reaction) — bölüşdürülməmiş elektron cütü daşıyan reagent-nukleofilin hücumu həyata keçirdiyi əvəzetmə reaksiyalarıdır. Nukleofilik əvəzetmə reaksiyalarında tərk edən qrupa nukleofuq deyilir. Bütün nukleofillər Lyuis əsaslarıdır. Nukleofilik əvəzetmə reaksiyalarının ümumi görünüşü: R - X + Y - → R - Y + X - ( burada Y - anion nukleofilidir) R - X + Y - Z → R - Y + X - Z (burada Y - Z neytral nukleofildir) Alifatik (geniş yayılıb) və aromatik (geniş yayılmayıb) nukleofilik əvəzetmə reaksiyaları mövcuddur. Alifatik nukleofilik əvəzetmə reaksiyaları üzvi sintezdə çox vacib rol oynayır və həm laboratoriya təcrübəsində, həm də sənayedə geniş istifadə olunur. Mövcud faktları və müşahidələri ümumiləşdirərək nukleofilik əvəzetmə reaksiyalarının mexanizmini izah edən bir nəzəriyyə 1935-ci ildə İngilis alimləri Edvard Hughes və Christopher Ingold tərəfindən hazırlanmışdır. SN1 reaksiyasının və ya monomolekulyar nukleofilik əvəzetmə reaksiyasının (ing. substitution nucleophilic unimolecular) mexanizmi aşağıdakı mərhələləri əhatə edir: 1. Karbokationın (yavaş mərhələ) yaranması ilə substratın ionlaşması: R - X → R+ + X- 2.
Qarşılıqlı əvəzolunma
Qarşılıqlı əvəzolunma - maşın, aqreqat, mexanizm, apparat və s. texniki konstruksiyaların hissələrinin və düyümlərinin əlavə emala ehtiyac olmadan, onun işləmə qabiliyyətinə qoyulmuş əvvəlki tələbləri ödəməklə qarşılıqlı dəyişdirilməsinə imkan verən xassələr toplusudur. Geniş mənada qarşılıqlı əvəzolunma müasir texnikanın inkişafını səciyyələndirən kompleks anlayışdır. Bu baxımdan qarşılıqlı əvəzolunma maşının, cihazın və s. layihələndirməsi, istehsal texnologiyasını və istismarını özündə cəmləşdirir. O, xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malik olub, iri seriyalı və kütləvi istehsalın əsasını təşkil edir. Yalnız qarşılıqlı əvəzolunmanı təmin etməklə bir ölkə daxilində yox, hətta müxtəlif ölkələrdə yerləşən müəssisələr arasında kooperasiya yaratmaq mümkündür. Əgər istehsal olunmuş hissə yığma zamanı heç bir uyğunlaşdırmaya, seçməyə və başqa əlavə işlərə ehtiyac olmadan, maşın və ya mexanizmə qoyulmuş bütün texniki tələbləri ödəyə bilirsə, onda belə qarşılıqlı əvəzolunma tam adlanır. Məsələn lampaların yivləri, ştepsel çəngəlləri, vintlər, qaykalar, yastıqlar və s. yalnız tam qarşılıqlı əvəzolunma şəraitində tətbiq oluna bilirlər.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. Mineral Sülb məhlul Kimyəvi element Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sabit əvəzetmə elastikliyi
Sabit əvəzetmə elastikliyi (SƏE), iqtisad elmində, müəyyən istehsal funksiyalarının və faydalılıq funksiyalarının xüsusiyyətləridir. Daha dəqiq deyilərsə, bu iki və ya daha çox istehlak növünü, və ya iki və ya daha çox istehsal amillərinin özündə birləşdirən aqqreqat funksiyadır. Bu aqreqat funksiya sabit əvəzetmə elastikliyi sərgiləyir. Kobb-Duqlas istehsal funksiyası ilə yanaşı geniş tətbiq edilən neoklassik istehsal funksiyalarından biri də Sabit Əvəzetmə Elastikliyi (ing.: CES (Constant Elasticity of Substitution)) olan istehsal funksiyasıdır. Bu funksiya Arrow K. J., Chenery H., Minhas B. və Solow R. tərəfindən daxil edilmişdir. Texniki tərəqqini nəzərə almaqla bu funksiya ümumi şəkildə aşağıdakı kimi yazılır. Q = F e λ t ⋅ ( a ⋅ K r + ( 1 − a ) ⋅ L r ) 1 r {\displaystyle Q=Fe^{\lambda t}\cdot \left(a\cdot K^{r}+(1-a)\cdot L^{r}\right)^{\frac {1}{r}}} where Q {\displaystyle Q} = Ümumi Daxili Məhsul F {\displaystyle F} = Məcmu İstehsal amillərinin məhsuldarlığı a {\displaystyle a} = paylanma parametri λ {\displaystyle \lambda } = elmi-texniki tərəqqinin sürəti K {\displaystyle K} , L {\displaystyle L} = Əsas İstehsal amilləri (Kapital və Əmək) r {\displaystyle r} = ( s − 1 ) s {\displaystyle {\frac {(s-1)}{s}}} s {\displaystyle s} = 1 ( 1 − r ) {\displaystyle {\frac {1}{(1-r)}}} = Əvəzetmə elastikliyi. CES funksiyasında Kobb-Duqlas funksiyasında olduğu kimi , K və ya L-ə görə son əvəzetmə norması sabit azalan qəbul olunur. Lakin bu funksiyalar arasında əhəmiyyətli fərqlər var. Onlardan əsasları aşağıdakılardır : 1) Bildiyimiz kimi əvəzetmə elastikliyi bir faktorun digəri ilə əvəzedilməsi mümkünlüyünün ölçüsüdür.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.
Transdermal aorta qapağının əvəzedilməsi
Qısa adı TAVİ olan bu minimal inevaziv metodun əsas məqsədi, yüksək ölüm təhlükəsi olan xəstələrdə Aorta qapağının implantasiya edilməsidir. Aorta qapağının daralması (aortastenozu) zamanı yeganə operativ metod kimi aorta qapağının açıq cərrahi əməliyyatla dəyişdirilməsinə alternativ bir metod olan TAVİ son zamanlarda daha aktuladır. Bu üsul yeni olduğundan xüsusilə yaşlı insanlarda (>75 Yaş) , hansılarda ki, açıq ürək əməliyyatları böyük risk daşıyır daha intensiv tətbiq edilir. Əməliyyat gerçəkləşdirilməmişdən əvvəl aşağıdakı müayinələr aparılmalıdır: -EKQ -USM -KT -Kardial kateterizasiya (ürək damarlarının və boşluğunun kateterizasiyası) -Doppleroqrafiya -Ağciyərlərin funksional müayinəsi Bu müayinələrin aparılmasında məqsəd xəstədəki aorta qapağının vəziyyətini tam olaraq öyrənmək və xəstəyə hansı ölçüdə implantın lazım olduğunu müəyyən etməkdir. İmplant olaraq Təbii qapaqlardan (Donuzdan və ya İnəkdən alınmış) istifadə edilir və əməliyyat Rentgen aparatı ilə nəzarət altında həyata keçilir. Kateteri bədənə iki yolla daxil etmek olar: 1. İri damarlardan məsələn Bud arteriyasından (travezikulyar) 2. Birbaşa ürəyin zirvəsindən (transapikal). Əmıliyyatın hansi üsulla başlanacağı xəstənin yanaşı gedən xəstəliklərindən ve ürək-damar sisteminin quruluşundan asılıdır. 90% hallarda sağ bud arteriyasından istifadə edilir, sol bud arteriyası ilə isə kontrast madde daxil edilir.
Əvəcük
Əvəcük — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Əvəcuq kəndi ətraf kəndlərdən ən az əhaliyə sahib olan kənd olmağına baxmayaraq ən qədim kənd hesab olunur. Kəndin 3 təpə üzərində qurulduğu güman edilir. Bu təpələrə Ləzgi dilində "pel" deyilir, və əhali arasında hər təpəyə ad verilib. Məsələn kəndin mərkəzində yerləşən təpədə əhalinin su probleminin həlli üçün yerli əhali göl yaratmış və bu göl "viri pel" yəni göl yerləşən təpə adlanır Əvəcuq oyk, düz. Qusar r-nunun Köhnə Xudat i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, toponim ova (türk dillərində "düzən") və -cıq kiçiltmə bildirən şək.-dən ibarət olub "kiçik düzən yer" mənasındadır. Kəndin adının əvə/yivə tayfa adına -cük şək.-sini artırmaqla yarandığını da ehtimal etmək olar.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Əvəlik aşı
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
Əvəsor
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Əvəsor Xalq Kollektivi
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Texniki əvəzetmənin marjinal dərəcəsi
Texniki əvəzetmənin marjinal dərəcəsi (MRTS, ing. Marginal Rate of Technical Substitution) — iqtisadiyyatda istifadə olunan istehsal amillərinin bir-birini əvəz etmə qabiliyyətinin ölçüsü, hasilatın dəyişməz qalması üçün amillərdən birinin neçə vahid azaldıla biləcəyini, digərini isə bir amil artıra biləcəyini göstərir. Y {\displaystyle Y} — çıxış olsun, x = ( x 1 , . . . , x n ) {\displaystyle x=(x_{1},...,x_{n})} — isə hasilatı təyin edən istehsal amilləri toplusu olsun. Sonra iki istehsal amili üçün x i , x j {\displaystyle x_{i},x_{j}} , x i {\displaystyle x_{i}} amilinin x i {\displaystyle x_{i}} faktoru ilə əvəzlənməsinin marjinal dərəcəsi belə müəyyən edilir: M R T S x i x j = − d x j d x i | Y = c o n s t {\displaystyle MRTS_{x_{i}x_{j}}=-{\frac {dx_{j}}{dx_{i}}}|_{Y=const}} Həndəsi olaraq, MRTS verilmiş nöqtədə izokvant xəttinə toxunan mailliyidir (əyilmə bucağının tangensi). Bəzi istehsal funksiyası Y = F ( x 1 , . . .
Əvəzetmənin marjinal nisbəti
Mikroiqtisadiyyatda əvəzetmənin marjinal nisbəti — istehlakçının digər əmtəəni bir ədəd artırmaq üçün imtina etməyə hazır olduğu əmtəənin kəmiyyətini müəyyən edən kəmiyyət. Bu halda, bir məhsul digəri ilə əvəz olunur və əvəzetmənin intensivliyi sadəcə əvəzetmənin marjinal sürətini göstərir. Əvəzetmənin marjinal dərəcəsi MRS ilə işarələnir (İngiliscə marjinal əvəzetmə nisbətindən) və düsturla hesablanır: M R S x y = − ( Δ y / Δ x ) , {\displaystyle MRS_{xy}=-(\Delta y/\Delta x)\,,} burada x {\displaystyle x} — bir əmtəə məbləğidir, y {\displaystyle y} — müvafiq olaraq başqa bir əmtəənin məbləğidir. Δ x {\displaystyle \Delta x} və Δ y {\displaystyle \Delta y} müvafiq əmtəələri dəyişdirir. Həmçinin, x {\displaystyle x} və y {\displaystyle y} əmtəələrinin marjinal faydalılıqlar münasibətləri vasitəsilə (faydalılıq nəzəriyyəsinə kəmiyyət (kardinal) yanaşma ilə) marjinal əvəzetmə dərəcəsi müəyyən edilə bilər: M R S x y = M U x / M U y {\displaystyle MRS_{xy}=MU_{x}/MU_{y}} Əgər fərqsizlik əyrisi anlayışına (istehlakçının laqeyd olduğu seçimdə iki əmtəənin bütün kombinasiyalarını göstərən xətt, yəni bütün bu birləşmələr ona eyni faydalılıq səviyyəsini gətirir) etibar etsək, onda marjinal əvəzetmə dərəcəsi. laqeydlik əyrisinin mailliyi kimi qəbul etmək olar. Yəni hesab edilir ki, əldə edilmiş faydalılıq səviyyəsini saxlamaq üçün istehlakçı başqa bir əmtəənin müəyyən miqdarını istehlak etməklə eyni miqdarda ümumi faydalılıq əldə etmək üçün hər hansı bir maldan imtina edə bilər. Həndəsi olaraq, MRS əks işarə ilə götürülmüş verilmiş nöqtədə laqeydlik əyrisinin tangensinin yamacının tangensinə bərabərdir. Məsələn, istehlakçı aşağıdakı dəstlər arasında seçimə biganə yanaşır: üç alma və bir portağal - birinci dəst və iki alma və iki portağal — ikinci dəst. Bu iki nöqtədən birmənalı şəkildə laqeydlik əyrisi çəkilə bilməsə də, portağalların alma ilə əvəzlənməsinin marjinal nisbətini aşağıdakı kimi hesablamaq olar: M R S x y = − Δ y Δ x = − 2 − 1 2 − 3 = 1 , {\displaystyle MRS_{xy}=-{\frac {\Delta y}{\Delta x}}=-{\frac {2-1}{2-3}}=1\,,} burada x {\displaystyle x} almaların sayı, y {\displaystyle y} müvafiq olaraq portağalların sayıdır, Δ x {\displaystyle \Delta x} alma istehlakının ikinci hissəsindəki dəyişiklikdir.
Ehtimal ölçüsünün əvəzlənməsi
Ehtimal ölçüsünün əvəzlənməsi (ing. Change measure) — maliyyə alətlərinin dəyərini və ya onların digər xüsusiyyətlərini qiymətləndirmək üçün digər (ola bilsin ki, praktiki məqsədlər üçün daha əlverişli) düsturları əldə etmək üçün təsadüfi proseslərin nəzərdən keçirildiyi ehtimal ölçüsünü dəyişdirmək üçün stoxastik maliyyə riyaziyyatında istifadə olunan prosedur. Ehtimal ölçüsünün dəyişdirilməsi Radon-Nikodim teoremlərinə, Girsanov teoreminə, həmçinin şərti riyazi gözləntilər üçün ümumiləşdirilmiş Bayes düsturuna əsaslanır. Arbitraj qiymətləri nəzəriyyəsi ilk növbədə fiziki ehtimal ölçüsünü risk-neytral ölçü ilə əvəz etməyi nəzərdə tutur. Bir çox hallarda, sonuncunu irəli ölçü ilə əvəz etmək rahatdır. Mübadilə tədbirləri kimi digər tədbirlər də tətbiq oluna bilər. Çox vaxt, bu və ya digər tədbirin istifadəsi, müvafiq dərəcədə, bəzi maraq prosesinin martingale olması ilə əlaqədardır.
İdxalın əvəzlənməsi
İdxalın əvəzlənməsi — idxalın ölkə daxilində istehsal olunan mallarla əvəzlənməsi. İdxalın milli mallarla əvəz edilməsi üçün proteksionist tənzimləmə üsullarından istifadə edilə bilər: tarif və qeyri-tarif. İdxal əvəzediciliyi həm də şəhər azad bazar iqtisadiyyatının şəhərə idxal olunan malları şəhərdə istehsal olunan mallarla əvəz etmək meylini xarakterizə edir. İdeya Ceyn Ceykobs tərəfindən irəli sürülüb. 50-70-ci illərdə idxalı əvəz edən iqtisadi siyasətin həyata keçirilməsi mərhələsi. Yeni sənayeləşmiş ölkələrin əksəriyyəti XX əsri keçmişdir. 1960-cı illərin ortalarına qədər inkişaf etməkdə olan ölkələrdə əvvəllər ASİ-ni müdafiə edən bir çox iqtisadçı siyasətdən və onun nəticələrindən məyus oldu. Müharibədən sonrakı illərdə ISI siyasətlərini qəbul edən bir çox ölkələr 1980-ci illərin sonunda bu siyasətlərdən imtina edərək, hökumətin iqtisadiyyata müdaxiləsini azaldıb və Ümumdünya Ticarət Təşkilatının fəal iştirakçılarına çevriliblər. ASI siyasətindən fərqli olaraq, “dörd Asiya pələngi” (Honq-Konq, Sinqapur, Cənubi Koreya və Tayvan) “ixraca əsaslanan sənayeləşməni” təşviq etmək üçün hökumətin müdaxiləsi kimi xarakterizə olunur. İqtisadi artım Tirlvol qanununa əsasən ödəniş balansı məhdudiyyəti ilə məhdudlaşdırılır, buna görə də ixracı artırmaq və ya idxalı məhdudlaşdırmaq üçün tədbirlər görülməlidir.
Əvəzetmə effekti
İqtisadi nəzəriyyədə, xüsusən də istehlakçı seçimi nəzəriyyəsində “əvəzetmə effekti” məhsulun qiymətindəki dəyişikliklərin istehlakçı tərəfindən bu məhsula olan tələbin miqdarına təsir növlərindən biridir. Bu hadisələrdən ikincisi gəlir effekti adlanır. Əgər istehlak dəstinin dəyişməz olduğunu fərz etsək, onda əmtəənin qiymətinin aşağı düşməsi gəlirin bir hissəsinin sərbəst buraxılmasına gətirib çıxarır ki, bu da verilmiş istehlak səbətində olan malların hər birinin daha çox istehlakı üçün istifadə oluna bilər. Nəticədə, əvvəlki ilə müqayisədə yeni istehlak paketi iki əmtəənin nisbi qiymətlərindəki dəyişikliyin təsirini əks etdirəcək (bir əmtəənin vahidi indi ikinci əmtəənin digər kəmiyyəti ilə dəyişdirilə bilər, çünki malların nisbəti iki əmtəənin digər kəmiyyətinə dəyişdirilə bilər). onların qiymətləri dəyişdi), eləcə də azad edilmiş gəlirin təsiri. Nisbi qiymət dəyişikliklərinin təsiri əvəzetmə effekti, gəlirin sərbəst buraxılması effekti isə gəlir effekti adlanır. Əgər gəlir qiymət dəyişikliyi ilə elə dəyişirsə ki, yeni büdcə xətti ilkin istehlak paketindən keçsin, lakin yamac yeni qiymətlər əsasında müəyyən edilir və optimal istehlak seçimi büdcə xəttində yerləşirsə, istehlakın nəticədə dəyişməsi belə olur. Slutskiyə görə əvəzedici effektin adı. İstehlakçının orijinal (və ya ilkin) mal dəstini cari (əvvəlkilərdən fərqli olaraq yeni) qiymətlərlə almaq üçün kifayət qədər gəliri olduqda istehlakçı seçimindəki dəyişiklikləri təsvir edir. Bununla belə, əgər yeni büdcə xəttinin mailliyi yeni (cari) qiymətlər əsasında formalaşırsa və laqeydlik əyrisinə toxunan istehlakçının ilkin çoxluğundan keçirsə, onda yeni toxunma nöqtəsi ilə ilkin çoxluq arasında fərq yaranır.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Əşə
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5–2 aydan sonra ot yeməyə başlayırlar.
Əvəz Abdullayev
Əvəz Abdullayev (vokalçı) — Azərbaycanın əməkdar artisti. Əvəz Abdullayev (alim) — Azərbaycan alimi.
Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.
Əvəz Hafizli
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.
Əvəz Məmmədov
Əvəz Məmmədov (deputat) — Azərbaycan SSR Ali Sovetinin deputatı. Əvəz Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Əvəz Paşayev
Əvəz Telman oğlu Paşayev (17 avqust 1995; Marzılı, Yevlax, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əvəz Paşayev 1995-ci il 17 avqustda Yevlaxın Marzılı kəndində anadan olub. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. Evli və bir qız atası idi. 2021-ci il aprelin 2-də anası intihar edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əvəz Paşayev Suqovuşan döyüslərində savaşıb. 29 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 12 oktyabr 2020-ci ildə Hacışelli kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əvəz Qocayev
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) — şair, yazıçı və jurnalist Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Əvəz Sadıq
Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı. Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb.
Əvəz Sadıxov
Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov, eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub. Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib.
Əvəz Süleyman
Əvəz Süleyman (azərb. Əvəz Sirac oğlu Süleymanov‎; d.10 aprel, 1942; Qırlar, Ağsu rayonu - ö.9 mart, 2019, Şamaxı) — yazıçı, publisist, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı. 1942-ci ildə aprelin 10-da Ağsu rayonunun Qırlar kəndində anadan olub. Orta təhsilini 1961-ci ildə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində və Ağsu qəsəbə orta məktəbində alıb. 1963-cü ildə Ağsu Pedaqoji məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. 1963-1967-ci illərdə Kürdəmir rayonunun Pirli kənd 8 illik məktəbində, 1967-1973-cü illərdə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində, 1973-1991-ci illərdə Şamaxı rayonunun Çıraqlı kəndində müəllim, məktəb direktoru işləmişdir. 1991-ci ildən vəfatınadək Şamaxı şəhər 5 saylı orta məktəbində çalışıb. 2019-cu ilin 9 mart tarixində vəfat edib. Tək qardaş ömrü (2004) Əzab (2005) Əfsanəyə çevrilən ömür (2007) Pələng balaları haqda (2007) Köhnə dərd (2007) Döy məni, ana, döy (2009) Əvəz Süleyman vəfat etdi Əvəz Süleyman - Facebook səhifəsi Teymur Əhmədov.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir. 2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır.
Əvəz Verdiyev
Verdiyev Əvəz Həşim oğlu (1916, Bakı – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir. 1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir. 1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. 1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Əvəz Zeynallı
Əvəz Tapdıq oğlu Zeynallı (1 yanvar 1970, Ağbulaq, Krasnoselsk rayonu) — tənqidçi, araşdırmacı jurnalist, "Xural" Media Qrupunun rəhbəri, Xural TV onlayn YouTube kanalının təsisçisi, "Siyasət Meydanı" ictimai-siyasi verlişinin müəllif və aparıcısı. Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb. Ailəlidir, həyat yoldaşı Məlahət Zeynallı da jurnalist fəaliyyəti ilə məşğuldur. Onların iki qız övladı var. Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib. 1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib.
Əvəz Zeynalov
Əvəz Səməd oğlu Zeynalov (22 dekabr 1935, Laçın rayonu – 13 may 2019, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Zeynalov 22 Dekabr 1935-ci ildə Laçın rayonu Aşağı Fərəcan kəndində anadan olmuşdur. 1943-1950 ci illərdə Fərəcan kənd məktəbini, 1950-1953 cü illərdə Mığıdərə orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1961- ci ildə universiteti bitirmişdir. 1969-1974 cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili almışdır. 1988-ci ildən Laçın rayon Mərkəzi xəstəxanasının baş cərrahı olmuş, 1500-dən çox cərrahiyyə əməliyyatları aparmışdır. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarmışdır. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə etmişdir. 1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı kliniki xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışmışdır. Əvəz Zeynalov 1965-1992 ci illərdə Laçın rayonu xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Əvəz Şükürov
Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). 1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir. 1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, "Pravda" kolxozunun sədri olmuşdur. 1950–1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954–1964-cu illərdə isə yenə də "Pravda" kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958–1968 illərdə V–VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışmişdir. 1993–1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyətinin sədr müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir. 1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mutəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir.
Eve Arnold
İv Arnold (21 aprel 1912[…], Filadelfiya, Pensilvaniya – 4 yanvar 2012[…], London) — ABŞ fotoqrafı və fotojurnalisti., Magnum Photos agentliyinin ilk qadın üzvü(1957). == Həyatı == Fotolarının əsas qəhrəmanlarının kubalı balıqçılar, afrikalı qaçqınlarla yanaşı, Hollivudun məşhur ulduzları və dünyanın aparıcı siyasətçilərinin də olduğu bir fotoqraf. Müharibədən sonrakı dövrlərdə rəsmi olmasa da fotojurnalistikanın əsas simalarından biri sayılırdı. Haqlı olaraq xəbər fotojurnalistikasının yaradıcılarından hesab olunur. Evenın Merlin Monro ilə xüsusi bağlılığı var idi. Hətta onun portretlərindən ibarət bütöv bir albom nəşr etdirmişdi. Fotoqraf ulduzları ən gözlənilməz anlarda çəkdiyi fotolarla təccübləndirirdi. Bununla bərabər onun Yohanessburqun gecəqondularından, Havananın bordellərindən və hətta Moskvanın ruhi xəstəxanalarından etdiyi fotoreportajları da var. Eva Koen Filadelfiyada 1912-ci ilin aprelində dünyaya gəlib. 16 yaşında Nyu-Yorka köçüb və orada fotolaboratoriyada işə düzəlib.
Eve Kivi
Eve Kivi (est. Eve Kivi 8 may 1938, Payde) — Sovet və Estoniya aktrisası. Estoniya SSR əməkdar artisti (1982). == Bioqrafiyası == 8 may 1938-ci ildə Payde şəhərində mühasib ailəsində anadan olmuşdur. V.Kinqisep adına Dövlət Akademik Dram Teatrının Teatr Studiyasını bitirib (1959). == Karyerası == 1955-ci ildən bəri bir filmlərdə çəkilmişdir. Bəzi filmlərdə Kivi-Antson (əri Ants Antson ilə evləndikdən sonra) kimi göstərilmişdir. 1968-ci il Ants Antsondan bir oğlan övladı dünyaya gətirmişdir 1982-ci ildən Tallinnfilm kinostudiyasının aktrisasıdır. Estoniyanın 2 kanalının televiziya aparıcısı kimi çalışıb. 1971-ci ildən bəri uzun illər amerikalı bard Rid Din ilə münasibətlər saxlamışdır.
Meşədən Evə (1964)
Evə (film, 2019)
Evə (krımtat. Evge, ukr. Додому, Dodomu) — rejissor Nəriman Əliyev tərəfindən çəkilmiş və 2019-cu ildə buraxılmış Ukrayna dram filmi. 2019-cu ildə Kann kinofestivalında nümayiş etdirilmişdir. Film 92-ci Oskar mükafatlarında Ən Yaxşı Xarici Film nominasiyası üzrə namizədliyə göstərilmiş, lakin namizəd ola bilməmişdir. == Məzmun == Krım tatarları olan Mustafa və oğlu Alim Rusiya-Ukrayna müharibəsində ölən böyük oğlu Nazimin cənazəsini götürdükdən sonra münaqişə yaşayırlar. Ailənin köçürmə siyasəti ilə yaşadığı keçmişinə görə Mustafa oğlunu Krım tatarlarının islam ənənəsi ilə dəfn etmək üçün həcc ziyarəti etməyə qərar verir. Hekayə meyitxanadan başlayır, daha sonra Kiyevdən Krım yarımadasına gedən yolda davam edir. Mustafa yuxusuzluq səbəbilə qəza törədir və maşın çuxura yuvarlanır. Maşını ən yaxın avtomağazaya aparan Alim avtomexanikin nəvəsi olan gənc ukraynalı qızla tanış olur və qız onu çaya getməyə razı salır.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Hve
Hve və ya ho sovet koreyalıların ləhcəsində — he — Koreya mətbəxi ailəsi adlanır. Hve çiy ətdən və ya balıqdan əlavələrlə hazırlanır. Ümumi seçimlər: Senseonhve (생선회, həmçinin hwalohwe, 활어회; nazik dilimlənmiş balıq və ya dəniz məhsulları, oxşar Yapon yeməyi sasimidir); Yuxve (육회) — soya sousu, küncüt yağı və düyü şərabı ilə xam mal ətdən hazırlanı Sannakçi hve — Balıq hve adətən cheokchujang (qoçujang sousu), ssamjang (쌈장), kələm yarpaqlarına bükülmüş vasabi və perilla ilə yeyilir. == Tarixi == Güman etmək olar ki, hve Üç Krallıq Dövrünün əvvəlində (e.ə. 57 — eramızdan əvvəl 668), aktiv mədəni mübadilə dövründə Çindən gəlmişdir. "Lun Yu" (eramızın I əsri) deyir: "Mən turş düyü, balıq və ya köhnə ət yemədim" (食不厭精,膾不厭細). "Kuai" sözü Çindir. ticarət. 膾, məs. Əvvəlcə çiy balıq və ya ətdən ibarət nazik zolaqlar mənasını verən 脍, Qin sülaləsində çiy balıq mənasına gəldi.
CVE
Common Vulnerabilities and Exposures – ictimaiyyətə məlum olan informasiya təhlükəsizliyi boşluqları və istismarları üçün istinad təmin edən sistem. The MITRE Corporation tərəfindən idarə olunan ABŞ Milli Kibertəhlükəsizlik Tədqiqat Mərkəzi, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Milli Kibertəhlükəsizlik Bölməsinin maliyyə dəstəyi ilə sistemi idarə edir. Sistem rəsmi olaraq 1999-cu ilin sentyabrında ictimaiyyət üçün istifadəyə verilmişdir. Security Content Automation Protocol CVE-dən istifadə edir. CVE ID-ləri Mitrenin sistemində, eləcə də ABŞ Milli Boşluqlar Bazasında verilir.
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evə uçuş (film, 2014)
Evə uçuş (ing. Flying Home) — Dominique Deruddere tərəfindən çəkilmiş 2014 romantik dram filmidir. == Süjet == Dubaylı şeyx Cos Pauelsə məxsus Wittekopu Flamand ev göyərçini almaq istəyir və müqavilə bağlamaq üçün Kolin adlı Amerika vasitəçisindən istifadə edir. Jos göyərçin satmaqla maraqlanmasa da, nəvəsi İzabelle Kolinlə açıq şəkildə maraqlanır. == Rollarda == Can Dekleir — Cos Paules Şarlotta Bruin — İzabella Paules Ceymi Dornan — Kolin Montqomeri Antoni Hed — Mr. Montqomeri Şaron Maquan — Mrs. Montqomeri Cosse de Pau — Rahib Vivian De Munik — Marta Elin Van der Velden — Selia Piet Fuç — Mr.
Meşədən evə (film, 1964)
Hörümçək-adam: Evə qayıdış
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Haskel Azad Kitabxanası və Opera Evi
Haskel Azad Kitabxanası və Opera Evi (ing. Haskell Free Library and Opera House; fr. Bibliothèque et salle d'opéra Haskell) - Viktorian stilində inşa edilmiş tarixi bina. Haskel Azad Kitabxanası və Opera Evi Amerika Birləşmiş Ştatları və Kanadanın sərhəd bölgəsində yerləşir.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. == Təsviri == Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.