Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əzgil
Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. == Təbabətdə == Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur.
Üdgün
Üdgün — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Üdgün kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olmuşdur. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub, gəlmə (Zərdab) oykonimi ilə sionimlik taşkil edir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Üçgün
Üçgün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Üçgün Qubanın ən qədim, tarixi kəndlərindən sayılır. Üçgün kəndi Quba şəhərindən 16 km qərb tərəfdə Qudyalçayın sağ sahilində yerləşir. Kənd Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən coxdur. Eyni adlı Üçgün-Qışlaq kəndi Xaçmaz rayonu ərazisində yerləşir və əhalisi 1000 nəfərdən çoxdur. Kənddə olan qəbristanlıqlar və məscidlər kəndin qədimliyindən xəbər verir. Qədimdə bu kəndin əhalisi aran yerlərində Dərbənddən Qubaya qədər olan ərazilərdə isti və münbit torpaqlarda yaşamışlar. Rus-İran, Rus-Türk müharibələri zamanı bu vaxt şimaldan cənuba, cənubdan şimala quru qoşunları hərəkət edirdi.
Adi əzgil
Alman əzgili (lat. Mespilus germanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü. Əzgil böyük kol və ya kiçik ağacdır. Bu ağacın meyvəsi, digər adıyla muşmula, Roma dövründən bəri becərilir və qışda mövcud olması və yuyulduqda yeyilməsi qeyri-adidir. Çiy halda və müxtəlif bişmiş yeməklərdə yeyilə bilər. == Mənşəyi və əlaqəli növlər == Latın dilində "alman" mənasını verən germanica adına baxmayaraq, əzgilin yayıldığı bölgə İran, cənub-qərb Asiya, həmçinin cənub-şərqi Avropa, xüsusən də Bolqarıstan və Türkiyənin Qara dəniz sahilləridir. Ola bilsin ki, 3000 ildir becərilir. Qədim yunan coğrafiyaşünası Strabon "Coğrafiya" əsərinin 16-cı bölməsinin 4-cü fəslində μέσπιλον (mespilon) adını qeyd edir. Çiçəklərin beş geniş yumurtavari ağ ləçəkləri var. Çiçəklər yazın sonunda görünür, hermafroditdir, arılar tərəfindən tozlanır və öz-özünə məhsuldardır.
Sərilən əzgən
Sərilən əzgən == Təbii yayılması == Avropa,Aralıq dənizi,Kiçik Asiya,İran,Monqolustan və Rusiyada yayılmışdır.Şimali Amerikadan təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur.Yarpaqları xətvari,yastı,tüklü,növbəli düzülüşlüdür.Çiçəkyanlığı tüklü,meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır.Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə,sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir.May ayında çiçəkləyir.Oktyabr ayında meyvə verir.Meyvəsi yumrudur.Toxumları hamar,dəyirmi olub,diametri 2 mm-dir. == Ekologiyası == Yarımsəhra və səhra zonalarında,düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə),qumluqlarda bitir.Quraqlığa və duzluluğa davamlı,torpağa az tələbkar,işıqsevən və küləklə tozlanan bitkidir. == Azərbaycanda yayılması == Samur-Dəvəçi,Xəzər,Kür-Araz ovalıqlarında,Naxçıvanda,Lənkəran və Abşeronda yayılmışdır. == İstifadəsi == Zülallarla zəngin yem bitkisidir.Yüksək qida xüsusiyyətləri,məhsuldarlığı ilə fərqlənir.Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Zəfər Ərgin
Zəfər Ərgin (30 avqust 1942, İstanbul) — Türk teatr, kinoteatr və teleserial aktyoru, səsləndirmə sənətçisidir. == Həyatı və karyerası == Dil və Tarix-Coğrafiya fakültəsi, Sənət Tarixi bölümü məzunudur. Ankara Dənəmə Səhnəsindən yetişmiş, müxtəlif film və seriallarda rol almışdır. 1970-ci və 1980-ci illərdə TRT televiziyasında yayımlanan bir çox xarici serial və kinoteatr filmindəki məşhur aktyorların Türkcə səsləndirməsini gerçəkləşdirmişdir. 2003–2005-ci illər arasında yayımlanan Qurdlar Vadisi serialındakı Mehmet Qaraxanlı rolu ilə zirvəyə çıxmışdır. 2006-cı ildə Kanal D-də başlayan və hələdə yayımlanmaya davam edən Arxa Küçələr adlı serialda öncə başkomisər, 3-cü sezondan 9-cu sezona qədər əmniyyət amiri 9-cu sezondan etibarən isə əmniyyət müdürü Rıza Soylu rolunu canlandırmaqdadır. Ərgin, 10 may 2014 də Kim Milyoner Olmaq İstər? aslı yarışma proqramının aparıcısı olan Kənan İşıqın narahatlığı nədəni ilə qonaq aparıcı olaraq bir bölümlüyünə yarışmanı aparmışdır. 9 oktyabr 2020 də etdiyi açıqlamada 14 ildir oynadığı Arxa küçələr serialı haqqında "İnşallah 15 il daha davam edərik. Etdiyiniz işdən məmnun qalasanız, izləyici ilə təmas halında olabilsəniz, doğru yolda olduğunuzu təxmin edərsəniz." == Filmoqrafiya == Süməlanıın şifrəsi: təməl — 2011 Akasya dayanacağı — 2008 (Qonaq aktyor 1-ci bölüm) Nyu-Yorkda beş minarə — 2010 Günəşi gördüm — 2009 Ankara cinayəti — 2006 Arxa küçələr — 2006–h.h.
Düzgün altıbucaqlı
Düzgün altıbucaqlı — altı bucağı olan düzgün çoxbucaqlıdır. == Xassələri == Xarici bucaqların ölçüləri eynidir. Daxili bucaqların ölçüləri eynidir. Tərəflərin uzunluqları eynidir. == Xarici və daxili bucaqları == Tərəfləri a olarsa Xarici bucağı α = 360 ∘ a = 360 ∘ 6 = 60 ∘ {\displaystyle \alpha ={\frac {360^{\circ }}{a}}\ ={\frac {360^{\circ }}{6}}\ ={60^{\circ }}} Daxili bucağı β = 180 ∘ ( 6 − 2 ) a = 180 ∘ ⋅ 4 6 = 120 ∘ {\displaystyle \beta ={\frac {180^{\circ }(6-2)}{a}}={\frac {180^{\circ }\cdot 4}{6}}={120^{\circ }}} == Diaqonalları == Altıbucaqlının diaqonallarının sayı: n ⋅ ( n − 3 ) 2 {\displaystyle {\frac {n\cdot (n-3)}{2}}} n= 6 Diaqonalların sayı:9 Tərəfi a olarsa, böyük diaqonalı:d=2a. == Perimetri == P = 6 ⋅ a {\displaystyle P=6\cdot a} == Sahəsi == S = 3 2 a 2 cot ⁡ π 6 = 3 3 2 a 2 ≃ 2.59808 a b 2 .
Düzgün axış
Sıvı dinamikasında, Düzgün axış, (yaxud yarpaqlı axış,laminar axın), (ing. laminar flow) təbəqələrdə hamar(pürüzsüz) yolları izləyən sııvı hissəcikləri ilə xarakterizə olunur, hər təbəqə bitişik təbəqələrdən az və ya çox qarışıq olmadan hamar bir şəkildə hərəkət edir. Aşağı sürətlə sıvı yanal qarışdırmadan axmağa meyl edir və bitişik təbəqələrdə kart oynundaki kimi bir-birinin üstündən sürüşür. Axışın istiqamətinə dik olan kəsişən cərəyanlar yoxdur, qarışıqlar da yoxdur. Düzgün axışda, sıvının hissəciklərinin hərəkəti bərk bir səthə yaxın hissəciklər ilə həmin səthə paralel düz xətlərdə hərəkət edir. Düzgün axış yüksək impuls yayılması və aşağı impuls konveksiyası ilə xarakterizə olunan bir axın rejimidir. == Reynolds ədədi ilə əlaqəsi == Reynolds ədədinin xüsusi hesablanması və düzgün axışının meydana gələcəyi dəyərlər axın sisteminin həndəsəsindən və axın davranışıdan asılı olacaqdır. Ümumi nümunə, bir boru vasitəsilə sıvının axındır. Reynolds ədədi aşağıdakı kimi təyin olur. R e = ρ u D H μ = u D H ν = Q D H ν A , {\displaystyle \mathrm {Re} ={\frac {\rho uD_{\text{H}}}{\mu }}={\frac {uD_{\text{H}}}{\nu }}={\frac {QD_{\text{H}}}{\nu A}},} Burada: DHborunun hidravlik diametridir (m); Qdebidir (m3/s); A,borunun kəsişmə sahəsi (m2); usıvının orta sürətidir (SI vahidləri: m / s); μsıvının dinamik özlülüğüdür (Pa·s = N·s/m2 = kg/(m·s)); νsıvının kinematik özlülüğüdür (ν = μ/ρ(m2/s); ρsıvının sıxlığıdır (kg/m3).
Düzgün beşbucaqlı
Düzgün beşbucaqlı-beş bucağı olan düzgün çoxbucaqlıdır. == Beşbucaqlının qurulması == == Xassələri == Xarici bucaqların ölçüləri eynidir. Daxili bucaqların ölçüləri eynidir.
Düzgün doqquzbucaqlı
== Xassələri == Xarici bucaqların ölçüləri eynidir. Daxili bucaqların ölçüləri eynidir. Tərəflərin uzunluqları eynidir. Xarici bucaqlaın cəmi: = 360 ∘ {\displaystyle ={360^{\circ }}} Beşbucaqlının bir tərəfli a olarsa == Xarici və daxili bucaqları == Xarici bucağı α = 360 ∘ a = 360 ∘ 9 = 40 ∘ {\displaystyle \alpha ={\frac {360^{\circ }}{a}}\ ={\frac {360^{\circ }}{9}}\ ={40^{\circ }}} Daxili bucağı β = 180 ∘ ( 9 − 2 ) a = 180 ∘ ⋅ 7 9 = 140 ∘ {\displaystyle \beta ={\frac {180^{\circ }(9-2)}{a}}={\frac {180^{\circ }\cdot 7}{9}}={140^{\circ }}} == Diaqonalları == Düzgün doqquzbucaqlının sayı 9 ⋅ ( 9 − 3 ) 2 = 27 {\displaystyle {\frac {9\cdot (9-3)}{2}}={27}} == Sahəsi == S = 9 3 a 2 4 {\displaystyle S={\frac {9{\sqrt {3}}a^{2}}{4}}} Qeyd: Bu düsturu almaq çox sadədir:Düzgün doqquzbucaqlı 9 bərabərtərəfli üçbucaqdan təşkil olunduğu üçün bərabərtərəfli üçbucağın sahəsini doqquza vururuq S = 3 a 2 4 ⋅ 9 {\displaystyle S={\frac {{\sqrt {3}}a^{2}}{4}}\cdot {9}} .
Düzgün onyeddibucaqlı
Düzgün onyeddibucaqlı — onyeddi bucağlı və onyeddi tərəfli olan çoxbucaqlıdır. == Xüsusiyyətlər == Mərkəzi α bucağı 360 ∘ 17 ≈ 21,176 47059 ∘ {\displaystyle {\frac {360^{\circ }}{17}}\approx 21{,}17647059^{\circ }} bərabərdir. Onyeddibucaqlının tərəfinin bu çevrənin radiusunu ilə ifadəsi: s = 2 ⋅ r u ⋅ sin ⁡ ( α 2 ) ≈ r u ⋅ 0,367 5 {\displaystyle s=2\cdot r_{u}\cdot \sin \left({\frac {\alpha }{2}}\right)\approx r_{u}\cdot 0{,}3675} .Düzgün onyeddibucaqlını pərgarın və xəttin köməyi ilə qurmaq olar. 1796-cı ildə Qaus tərəfindən sübut edilmişdi. O, mərkəzi bucağın kosinusunun qiymətini tapmışdır. cos ⁡ 360 ∘ 17 = 1 16 ( − 1 + 17 + 2 ( 17 − 17 ) + 2 17 + 3 17 − 2 ( 17 − 17 ) − 2 2 ( 17 + 17 ) ) {\displaystyle \cos {\frac {360^{\circ }}{17}}={\frac {1}{16}}\left(-1+{\sqrt {17}}+{\sqrt {2\left(17-{\sqrt {17}}\right)}}+2{\sqrt {17+3{\sqrt {17}}-{\sqrt {2\left(17-{\sqrt {17}}\right)}}-2{\sqrt {2\left(17+{\sqrt {17}}\right)}}}}\right)} == Faktlar == Qauss vəsiyyətində bildirirdi ki, onun qəbrini düzgün on yeddi bucaqlı formasında yonsunlar. Heykəltəraş bunu etməkdən imtina edərək bildirdi ki, bu çox çətin işdir və elə də dəqiqlik olmayacaq. 1825-ci ildə Yoxannes Erxinqer ilk dəfə 64 gedişli düzgün onyeddibucaqlının qurulmasının ətraflı təsvirini etdi.
Düzgün səkkizbucaqlı
Düzgün səkkizbucaqlı ― səkkiz tərəfi olan düzgün çoxbucaqlıdır.
Düzgün yeddibucaqlı
Düzgün yeddibucaqlı-yeddi tərəfi olan düzgün çoxbucaqlıdır. == Xassələri == Xarici bucaqların ölçüləri eynidir Daxili bucaqlarının ölçüləri eynidir Tərəflərin uzunluqları eynidir == Diaqonalları == Düzgün yeddibucaqlının diaqonallarının sayı 7 ⋅ ( 7 − 3 ) 2 = 14 {\displaystyle {\frac {7\cdot (7-3)}{2}}={14}} == Perimetri == t {\displaystyle t} — Düzgün yeddibucaqlıda təfəfi, R {\displaystyle R} — xarixaricinə kəçilmiş radius, r {\displaystyle r} —daxilinə çəkilmiş radius olarsa. P = 7 t = 14 R sin ⁡ π 7 = 14 r sin ⁡ π 7 {\displaystyle P=7t=14R\sin {\frac {\pi }{7}}=14r\sin {\frac {\pi }{7}}} .
Düzgün çoxbucaqlılar
Düzgün çoxbucaqlılar Xarici bucaqların ölçüləri eynidir. Daxili bucaqların ölçüləri eynidir. Tərəflərin uzunluqları eynidir.
Düzgün çoxüzlülər
Düzgün çoxüzlülər
Düzgün üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir.(Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur.
Düzgün üçbucaqlı
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir.(Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur.
Əngin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Cuzqun
Cuzqun (lat. Calligonum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == GRIN saytında cuzqun cinsinə aid taksonların aşağıdakı siyahısı verilib: Calligonum aphyllum (Pall.) Gurke — Yarpaqsız cuzqun — Qafqaz, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir, Orta Asiya Calligonum arborescens Litv. — Ağacşəkilli cuzqun Calligonum azel Maire Calligonum bakuense Litv. — Bakı cuzqunu Calligonum caput-medusae Schrenk — Meduzbaşlı cuzqunCalligonum caput-medusae var. rubicundum Herder ex RegelCalligonum comosum L'Her.Calligonum comosum var. turkestanicum KorovinCalligonum elatum Litv. — Hündür cuzqun Calligonum eriopodum Bunge Calligonum leucocladum (Schrenk) Bunge — Джузгун белокорый Calligonum membranaceum Litv. Calligonum microcarpum I.G.Borshch. Calligonum persicum (Boiss.
Quzğun
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 14 may 1905, Mark kəndi, müasir Qazaxıstan — 1990) — Özbək şairi və ictimai xadimi. == Həyatı == Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. == Geomorfoloji termin == Uçqun- (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü ma­teriallarının qravitasion yerdə­yişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Düzgün - çalxantılı axış keçidi
Sıvı dinamikasında düzgün axınının çalxantılı hala gəlməsi düzgün-çalxantılı axış keçidi kimi tanınır. Keçidi xarakterizə edən əsas parametr Reynolds sayısıdır . Keçid dalbadal bir sıra mərhələlərdən keçən bir proses kimi təsvir olunur. "Keçid axını" hər iki istiqamətə, yəni düzgün-çalxantılı keçidi və ya çalxantılı-düzgün keçidi axışına işləniləbilir. Proses hər hansı bir sıvı axınına aiddir və əksər hallarda sərhəd təbəqələri için istifadə olunur.
Düzgün olmayan başlanğıc (şahmat)
Düzgün olmayan başlanğıc — Şahmat termini Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.Ac3, 1.g4, 1.Ah3 və s.) ümumi adı.
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Elgin Abbaslı
Elgin Ağayar oğlu Abbaslı (16 may 1991, Dəyhan, Laçın rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Engin Akyürek
Engin Akyürek (12 oktyabr 1981, Ankara) — məşhur Türk film və televiziya aktyoru. == Həyatı və Karyerası == Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada doğulub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi tarix bölümünün məzunu olan Engin, "Türkiye'nin Yıldızları" adlı yarışma proqramında birinci olaraq aktyorluğa başladı. Yarışma bitəndən sonra "Yabancı Damat" serialına dəvət aldı. Sonrakı illər Türkiyənin ən məşhur "Karayılan", "Bir Bulut Olsam", "Fatmagül'ün Suçu Ne?", "Kara Para Aşk", "Ölene Kadar", "Sefirin Kızı" seriallarında uğurla baş rolları ifa etdi. Bununla bərabər "Kader", "Bi Küçük Eylül Meselesi", "Çocuklar Sana Emanet", "Bir Aşk İki Hayat" bədii filmlərdə də baş rollara çəkildi. == Filmoqrafiya == === Film === 2006: Kader 2014: Bi Küçük Eylül Meselesi 2018: Çocuklar Sana Emanet 2019: Bir Aşk İki Hayat === Serial === 2004–2007: Yabancı Damat 2007–2008: Karayılan 2009: Bir Bulut Olsam 2010–2012: Fatmagül'ün Suçu Ne?
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Engin Hepileri
Engin Hepileri — Türk teatr, film və televiziya aktyoru, teatr rejissoru. == Həyatı və Karyerası == Teatr işlərinə Cağaloğlu Anadolu Litseyindəki orta təhsili əsnasında başlayan Engin Hepileri, 1996-cı ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Bölməsinə daxil oldu. 2002-ci ildə eyni universitetdə aktyorluq sahəsində yüksək lisans təhsilinə başladı və 2005-ci ildə Məzun oldu. == Filmoqrafiya == === Film === 1998: İki Arkadaş 2002: Gülüm 2005: Beyza'nın Kadınları 2007: Başımın Belası 2007: Son Ders 2009: Nefes 2010: Av Mevsimi 2011: Tek Ölüm Yetmez (qısa film) 2011: Celal Tan ve Ailesinin Aşırı Acıklı Hikayesi === Serial === 2002: Canım Kocacığım 2003: Hürrem Sultan 2003: Kampusistan 2005: Emret Komutanım 2007: Çemberin Dışında 2008: Gece Gündüz 2009: Aile Saadeti 2009: Bu Kalp Seni Unutur Mu?
Engin Ünal
Engin Ünal (30 sentyabr 1936, Çanqaya – 11 sentyabr 2016) — Türkiyəli keçmiş üzgüçü. Engin Ünal Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Engin Ünal birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:49.0 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Eşqin Axundov
Eşqin İntiqam oğlu Axundov (3 yanvar 2000, Gəncə – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Axundov 2000-ci il 3 yanvar tarixində Gəncə şəhərində anadan olub. Gəncədə yaşamışdır. == Təhsil == 2007-ci ildə Gəncə şəhər 44 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu müddətdə həmişə öz təlim-tərbiyəsi ilə digər şagirdlərdən seçilmişdir. 2017-ci ildə həmin məktəbi bitirərək Peşə Liseyinə qəbul olmuşdur. 2019-cu ildə Peşə liseyini müvəffəqiyyətlə bitirmişdir. 2019-cu ilin İyul ayında Hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == 2019-cu ildə Hərbi xidmətə yollanmışdır. Öz Hərbi xidmətində daim fərqlənmiş, özünün cəsurluq, vətənpərvərliyi ilə seçilmişdir.
Eşqin Bağırov
Eşqin Rafiq oğlu Bağırov (1 aprel 1991; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Bağırov 1991-ci il aprelin 1-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Eşqin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eşqin Bağırov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eşqin Cəfərzadə
Eşqin Cəfərzadə — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 20 aprel 1997-ci ilde Lənkəranın Darquba kəndində dünyaya gəlib. 2003-2012-ci illər ərzində Darquba kənd tam orta məktəbində 9 illik təhsil alıb. Sonra Lənkəran peşə liseyinde avtomobil çilingəri peşəsinə yiyələnib. == Hərbi xidməti == 2015-ci ilde Gəncəyə hərbi xidmətə yola düşür. Gəncədə 3 ayliq xidmətdən sonra Daşkəsənə göndərilir. Burdada qısa müddətdən sonra manqa komandiri təyin olunur. Aprel döyüşlərində Lələtəpə və Talış kəndi uğrunda gedən əməliyyatlarda manqa komandiri, top atıcısı kimi iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra Lənkərana qayıdır. 2020-ci il sentyabrın 28-də hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanır.
Eşqin Gülməmmədov
Eşqin Ramil oğlu Gülməmmədov (11 avqust 2001; Qaracəmirli, Şəmkir, Azərbaycan — 3 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Gülməmmədov 2001-ci ildə Şəmkir rayonu Qapanlı kəndində dünyaya gəlib. 2007- ci ildə Cəlil Bayramov adına Qaracəmirli kəndinnin 1- ci sinifinə daxil olub,2018- ci ildə həmin məktəbin 11- ci sinfin bitirmişdir. 2019 cür ildə hərbi xidmətə çagrılmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Gülməmmədov Hadrutun azad edilməsində savaşıb. 2020-ci il noyabrın 3-də Xocavənddə mərmi qəlpəsindən şəhid olub. Şəmkirdə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Eşqin Hüseynov
Eşqin Cəsarət oğlu Hüseynov (20 yanvar 1998, Hüsənli, Tərtər rayonu – 29 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub. 2004-2015 illərində Tərtər rayon İdris Hüseynov adına Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Eşqin Hüseynov 2016-cı il oktyabr ayında Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ilin aprel ayında Hərbi xidməti müvəffəqiyətlə başa vurduqdan sonra bir neçə yerdə işləməyə başlayır. Hərbiyə olan marağına görə 2020-ci ildə 2 ay kurs keçdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) rütbəsində xidmət etmişdir. Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşmuşdur. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə Artilleriya-topçu vəzifəsində iştirak etmişdir.29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur.
Eşqin Mehtili
Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə "İlin ən yaxşı şagirdi" adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır.
Eşqin Omarov
Eşqin Nəsib oğlu Omarov (10 iyul 2003; Aşağı Kəsəmən, Ağstafa rayonu, Azərbaycan — 17 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Eşqin Omarov 10 iyul 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olmuşdur. 2009–2020-ci illərdə S. Abadov adına Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Eşqin Omarov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının sıravi əsgəri kimi iştirak edən Eşqin Omarov 17 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Eşqin Quliyev
Eşqin Quliyev (tam adı: Eşqin Novruz oğlu Quliyev; 1986) — aktyor. == Həyatı == Eşqin Quliyev 1986-cı ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhəri M.Müşviq adına 34 nömrəli orta məktəbi bitirmişdir. Səid Rüstəmov adına Musiqi Texnikomunda təhsil alıb. 2005-ci ildən Bakı Kamera Teatrında Musiqi rejissoru və aktyor vəzifəsində çalışıb. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsini bitirib. == Əsas rolları == 1. Bayram – (“Hekayəti- xırs quldurbasan”, M.F.Axundzadə) 2. Füsnkar – («Yatmış gözəl» B.Marvin) 3.
Eşqin Tağıyev
Eşqin Asif oğlu Tağıyev (18 mart 1998, Üçtəpə, Göygöl rayonu, Azərbaycan — 30 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Tağıyev 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirib. == Hərbi xidmətləri == Eşqin Tağıyev 2017-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra, 2018-ci ildə müddətdən artıq həbi qulluqçu kimi yoluna davam edir. 2020-ci ilin əvvələrində isə xüsusi təyinatlı qüvvələrdə gizir olaraq fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Tağıyev, Cəbrayıl, Hadrut, Kəlbəcər, Şuşanın azad edilməsində savaşıb. 30 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində şəhid olub. Göygöl rayon Murovdağ qəsəbəsində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Xəlil Ərgün
Xəlil Ərgün (türk. Halil Ergün; 8 sentyabr 1946, İznik, Bursa ili, Türkiyə) – Türkiyə aktyoru. == Həyatı == Xəlil Ərgün 8 sentyabr 1946-cı ildə Bursa ilinin İznik ilçəsindəki Müşkül kəndində anadan olub. İbtidai məktəbi və orta məktəbi İznikdə oxuyub. Pertevniyal liseyindən məzun olduqdan sonra Ankara Universitetinin Siyasi elmlər fakültəsində təhsil alıb. Teneke rolu ilə teatr aktyoru karyerasına başlayıb. O, Vasif Öngürən, Mustafa Alabora və Ərdoğan Akdumanla birlikdə Ankara Birlik Səhnəsini yaradıb. == Filmoqrafiya == İzin (film, 1974) Yarpaq tökümü (film, 2006) === Yazdığı senarilər === Kırlangıç Fırtınası (1985) Mərhaba (1976) == Mükafatlar == 1990 Ankara Beynəlmiləl Film Festivalı, Ən Yaxşı Köməkçi Aktyoru mükafatı Film Bitti 1995 Adana Qızıl Qoza Film Festivalı, Ən Yaxşı Aktyor Mükafatı, Böcek 1995 Antalya Qızıl Portağal Film Festivalı, Ən Yaxşı Aktyor Mükafatı, Böcek 1996 Kino Yazarları Dərnəyi Türk Kinosu Mükafatları, En Yaxşı Aktyor Mükafatı, Böcek 1997 Müasir Kino Aktyorları Dərnəyi Ən Yaxşı Aktyor Mükafatları, Ən Yaxşı Kişi Aktyor Mükafatı, Mum Kokulu Kadınlar 1997 Orhon Murat Arıburnu Ödülleri, Ən Yaxşı Aktyor Mükafatı, Mum Kokulu Kadınlar 2007 Antalya Qızıl Portağal Film Festivalı, Yaşam Boyu Onur Mükafatı.
Ərgün Pənbə
Ərgün Pənbə (17 may 1972, Zonquldak) — Türkiyə futbolçusu, futbol məşqçisi. == Klub karyerası == Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub. "Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb. 2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb. Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub. Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib. == Milli komanda karyerası == Milli komanda formasını ilk dəfə Türkiyə Milli Futbol Komandası ilə Rusiya millisinin qarşılaşdığı oyunda geyinib (may, 1994).
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün QuliyevElgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər. Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam, Ləzgival (mənəvi əxlaq qaydaları), yah-namus (şərəf), sihillər (soylar) və ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin namus, şərəf, qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır.
Qəzvin
Qəzvin — İranın ən qədim şəhərlərindən biridir. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məscidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar. XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi.
Azğan (Əhər)
Azğan (fars. اذغان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,132 nəfər yaşayır (290 ailə).
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgin Ağayar oğlu Abbaslı (16 may 1991, Dəyhan, Laçın rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elgün Abdullayev
Elgün Əmirxan oğlu Abdullayev (1 aprel 1994, Qırılı, Ağstafa rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2000–2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elgün Abdullayev 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi altında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elgün Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Abdullayev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Bəyişli
Elgün Teyuf oğlu Bəyişli (6 mart 1996, Təzəkənd, Beyləqan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Bəyişli 6 mart 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Bəyişli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Xidmətini Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Elgün Bəyişli 12 sentyabr 2020-ci ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Suqovuşanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Bəyişli 10 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elgün Camal
Elgün Camal (28 sentyabr 1988, Gəncə şəhəri) — Aktyor, Musiqiçi, Televiziya aparıcısı. == Haqqında == Bayramov Elgün Tofiq oğlu 1988 ci ilin 28 sentyabr tarixində Gəncə şəhərində anadan olub. İlk təhsilini də elə həmin şəhərdə M. P. Vaqif adına 8 saylı orta məktəbə alıb. 1999- 2004 cü illərdə “Gəncə şəhəri Uşaq Rəssamlıq Məktəbi”- ni, 2001- 2006 ci illərdə “2 saylı musiqi məktəbi”- nin “Səs vokal şöbəsi” -ni bitirib. Ali təsilini ailə problemlərimə görə yarıda saxlayaraq 2006- cı ildə hərbi xidmətə getmişəm. Xidmətimdə qazandığım müvəffəqiyyətlərə görə “fəxri fərman”, daha sonra isə “Radiostansiya rəisi” vəzifəsində “çavuş” hərbi rütbəsi ilə tamamlayıb. Daha sonra, Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. == Fəaliyyəti == Televiziya fəaliyyətinə hələ kiçik yaşlarında uşaq verilişləri aparmaqla başlasada, ilk olaraq rəsmi fəaliyyətə 2008 ci ildə başlamışdır. Aparıcılıq etdiyi proqram, Həftə içi 7 gün 3 saat canlı yayımlanan səhər verilişi olub. Elgün Camal 13 il ərzində müxtəlif televiziyalarda, bir çox vəzifələr icra edib.
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989-2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır.2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010-2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011-2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında fəaliyyət göstərmiş, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012-2013) iştirak etmişdir. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrı, 2016-cı ildən "M-Teatr", 2017-ci ildən "Human" teatrı, 2017-ci ildən "ADO" teatrı, 2018-ci ildən Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur. 2011-ci ildə Qazaxıstan Beynəlxalq Tələbə Tamaşaları Festivalında "Qran-Pri", 2012-ci ildə Gənclərin ll Ümumrespublika Teatr Festivalında "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə Birinci yer və "Ən yaxşı tamaşa" nominasiyası üzrə Üçüncü yer, 2012-ci il də "QHT-GYF" bədii qiraət yarışmasında birinci; 2014-cü ildə isə Azad Azərbaycan TV-dəki bədii qiraət müsabiqəsində ikinci yerlərə layiq görülmüşdür. Rejissor fəaliyyəti: Estrada nömrələri: - "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev), "Qaranlıq" (Anar), "Qoca tarzən" (Ə.B.Haqverdiyev), "Ögey" (O.Fikrətoğlu), həmçinin müəllifi olduğu "Yer və İnsan", "Qara Qutu" tamaşalarına quruluş vermişdir.
Elgün Həsənov
Elgün Əli oğlu Həsənov (16 avqust 1999; Bəhrəmtəpə, İmişli rayonu, Azərbaycan — 24 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Həsənov 16 avqust 1999-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 2005–2016-cı illərdə İmişli rayon Bəhrəmtəpə qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Həsənov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Elgün Həsənov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elgün Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Həsənov 24 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elgün Kərimov
Elgün Kərimov (tam adı: Elgün Rauf oğlu Kərimov; 17 sentyabr 1999, Aran, Yevlax rayonu – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgün Kərimov Rauf oğlu 1999-cu il 17 sentyabr tarixində Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə orta təhsilini Yevlax rayon Aran qəsəbə 1 saylı tam orta məktəbində alıb. Ali məktəbə qəbul olsa da, maddi imkan səbəbindən təhsilindən imtina edib. == Hərbi xidməti == Elgün Kərimov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Şəmkir rayonunda kəşfiyyat bölüyüyünün əsgəri olaraq davam etdirib. Hərbi xidməti başa vurdurqdan sonra, 2020-ci ilin avqust ayında könüllü olaraq MAXE hərbi qulluqçusu kimi ordu sıralarına yazılıb. Azərbaycan Ordusunun leytenantı olan Elgün Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Talış kəndi və Suqovuşan isdiqamətində gedən döyüşlərdə olub. Elgün Kərimov oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci il oktyabrın 17-də Yevlax rayonunun Aran qəsəbəsində dəfn edilib.
Elgün Mikayıllı
Elgün Aqil oğlu Mikayıllı (13 may 2001, Xıl, Masallı rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub. 2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Mikayıllı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Mikayıllı oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Muradov
Elgün Muradov (26 aprel 1998, Daşlıyataq, Dəvəçi rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elgün Etibar oğlu Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.
Elgün Mövlanov
Elgün Tahir oğlu Mövlanov (2 aprel 2002, Lerik – 29 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 5-də Lerik şəhərində anadan olub. Qardaşı Altay Mövlanov da İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb.Azərbaycan Ordusunun əsgəri olan Elgün Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == Xatirəsi == 2021-ci il 5 avqustda Lerik şəhərində şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Elgün Paşayev
Elgün İlham oğlu Paşayev (4 mart 1994, Sabirabad – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Paşayev 1994-cü il martın 4-də Sabirabad şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Paşayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Quliyev
Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elgün Sadıqov
Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Sadıqov 12 yanvar 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.O, Bakı Dövlət Universitetində, ADA Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ", "Humanitar hüquq", "Avropa İttifaqının tarixi və qanunvericiliyi" və digər fənnləri tədris etmişdir.