Eşqin Asif oğlu Tağıyev (18 mart 1998, Üçtəpə, Göygöl rayonu, Azərbaycan — 30 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Eşqin Tağıyev | |
---|---|
Eşqin Asif oğlu Tağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Üçtəpə, Göygöl rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göygöl rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | , , , , |
Eşqin Tağıyev 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirib.[2][3][4]
Eşqin Tağıyev 2017-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra, 2018-ci ildə müddətdən artıq həbi qulluqçu kimi yoluna davam edir. 2020-ci ilin əvvələrində isə xüsusi təyinatlı qüvvələrdə gizir olaraq fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Tağıyev, Cəbrayıl, Hadrut, Kəlbəcər, Şuşanın azad edilməsində savaşıb. 30 oktyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində şəhid olub. Göygöl rayon Murovdağ qəsəbəsində torpağa tapşırılmışdır.[5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[10]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[11]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Tağıyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]