Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Sen-Jülyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Baş
Baş (lat. Caput) — heyvan və ya insan bədənində beynin, görmə orqanlarının, dadın, qoxunun, eşitmə və ağızın yerləşdiyi hissəsi. Onurğalılar və həşəratların ayrı bir başı var. İnsan başının ön hissəsinə üz və ya sifət adlanır. Adətən baş bədənə boyun vasitəsilə bağlanır. Boyun başın dönməsinə və məkanda müəyyən bir mövqe tutmasına imkan verir.
ABŞ-ın baş hakimi
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Bas-gitara
Bas gitara, əsasən dörd teli olan və qalın səs verən simli bir musiqi alətidir. Günümüzün əvəzedilməz musiqi alətlərindən biridir. Bas gitara ilə əsasən Rok, Metal, Caz, Blüz, Pop, Fank və R&B kimi musiqi növlərində istifadə edilir. İlk dəfə olaraq Fender tərəfindən 1950-ci illərin əvvəllərində Fender Precision Bass modeliylə istehsal edilmişdir.
Bas Ter
Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır. Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və bəstəkarı, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur. == Adlandırılması == «Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur.
Bas gitara
Bas gitara, əsasən dörd teli olan və qalın səs verən simli bir musiqi alətidir. Günümüzün əvəzedilməz musiqi alətlərindən biridir. Bas gitara ilə əsasən Rok, Metal, Caz, Blüz, Pop, Fank və R&B kimi musiqi növlərində istifadə edilir. İlk dəfə olaraq Fender tərəfindən 1950-ci illərin əvvəllərində Fender Precision Bass modeliylə istehsal edilmişdir.
Baş-Noraşen
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Baş (insan)
Baş (lat. Caput) — heyvan və ya insan bədənində beynin, görmə orqanlarının, dadın, qoxunun, eşitmə və ağızın yerləşdiyi hissəsi. Onurğalılar və həşəratların ayrı bir başı var. İnsan başının ön hissəsinə üz və ya sifət adlanır. Adətən baş bədənə boyun vasitəsilə bağlanır. Boyun başın dönməsinə və məkanda müəyyən bir mövqe tutmasına imkan verir.
Baş Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Baş Daşağıl
Baş Daşağıl (лезг. Таш Аул) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır. == Tarixi == Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. == Tarixi == Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Ştatlar
Baş Ştatlar — XIV–XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Heydər Baş
Heydər Baş (28 yanvar 1947, Trabzon – 14 aprel 2020, Trabzon) — Türkiyə siyasətçi, yazıçı, maarifçisi. == Həyatı == Bağımsız Türkiyə Partiyasınin qurucusu və başkanıdır. İlk, orta və lisey təhsilini Trabzonda tamamladı. 1970-ci ildə Kayseri Yüksək İslam İnstitutinu bitirdi. Magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda tezi (disertasiyası) ilə Bakı Dövlət Universitetində tamamlamışdır. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmaları nəticəsində "Professor" unvanını da almışdır. == Əsərləri == Milli İqtisad Modeli Sosyal Devlet / Milli Devlet Imam-i Ali Fatima Veda Hutbesinde İnsan Hakları Alemlere Rahmet Muhammed 2 Cilt Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler İslam’da Kadın Hakları Makalat Mektubat İslam ve Mevlana Islam’da Zikir Islam’da Tevhid Iman ve Insan Insan-ı Kamil ve Nefs Mertebeleri Hacc’ın Hikmetleri Hıristiyanlık ve Yahudilik Hikmetin Sırları Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı Dua ve Evrad Birliğe Doğru Veda Hutbesi ve Evrensel Beyanname Nefs Terbiyesi Varoluşun Gayesi: Zikrullah Yaşayan Kur`an: Sünnet Dar Bölge Yaygın Kalkınma Modeli Das Nationale Wirtschaftsmodell (Milli Ekonomi Modeli Almanca) Oluş Sırrı Hadikatü`l Cennah (Dua Kitabi) Niçin Türkiye?
Məmati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Nemət Baş
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Toram-Bas
Toram-Bas (fr. Thorame-Basse, oks. Torama Bassa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allo-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04218. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 202 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. Pivə zavodu mövcuddur.
Yuxarı Baş
Yuxarı Baş — Azərbaycanın Şəki şəhərinin yuxarı (hündür) tarixi hissəsində tarix-memarlıq qoruğu. Bura Şəki şəhərinin ən qədim hissəsidir. Qoruğun ərazisi 283 hektardır, direktoru isə Təranə Abdullayevadır. Qoruq ərazisinə Şəki xan sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir. Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s. Qoruq ərazisində həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir. Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edildi. Şəhərin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə 2019-cu ildən Ümumdünya İrsidir. == Tarixi == Tədqiqatçılar fikirləşirdilər ki, Nuxa qədim Şəki şəhəridir. Ancaq tarixi mənbələrin analizinə və sahə araşdırmalarına əsaslanaraq müəyyən edilib ki, Nuxa və Şəki ayr-ayrı yaşayış məntəqələridir.
Baş (dəqiqləşdirmə)
Baş
Memati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Baş daşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Baş səhifə
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
Həmkarlar İttifaqının 10 illiyi (film, 1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Həmkarlar İttifaqının 10 İlliyi (1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
K-12 (albom)
K-12 — amerikalı müğənni Melani Martinesin ikinci studiya albomu. 6 sentyabr 2019-cu ildə Atlantic Records vasitəsilə eyniadlı filmlə birlikdə buraxılıb. Martines özünün yazıb rejissorluq etdiyi bu filmdə baş qəhrəman "Cry Baby" personajını canlandırmışdır. == Fon == Martines albomu 2015-ci ildə yazmağa başlayıb. O, 2017-ci ildə Billboard-a verdiyi müsahibədə dedi ki, onun o zaman adı açıqlanmayan ikinci albomu tamamlandı və onu yazıb rejissorluq etdiyi bir film müşayiət edəcək. 2019-cu ilin fevralında Instagram postunda o, albomun "artıq iki il yarımdır ki, hazır olduğunu", çox güman ki, yayın sonunda çıxacağını və ondan əvvəl heç bir sinqlin kommersiya olaraq buraxılmayacağını yazdı. Martines 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə "After School" adlı mini-albom buraxacağını elan etdi. Əvvəlcə layihəni 2020-ci ilin yazında yayımlamağı planlaşdırırdı, lakin layihə 25 sentyabr 2020-ci ildə təqdim olundu. == Promosiya == Martinesin pastel sinif otağında yer aldığı tizer videosu 15 may 2019-cu ildə dərc olundu. Mayın 16-da o, sosial media hesabları vasitəsilə albomun üz qabığını təqdim etdi.
K-12 (film, 2019)
K-19
K-19 — keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Hərbi dəniz sualtı gəmisi olub,nüvə silahı ilə silahlanmışdır. 1958 də xizəyə qoyulub, 1959 da dənizə endirilmiş, 12 iyul 1960-cı ildə ilk dəfə donanma bayrağı çəkilmiş və bütün təslim edilmə testləri 12 noyabr 1960-cı il tarixində tamamlanmışdır. İnşaat və xidmət ömürü boyunca keçirdiyi çox saydakı qəzalar səbəbiylə, dənizçilər və zabitlər arasında rəsmi olmayan "Xirosima" ləqəbin ilə tanınmışdır. == Xarakteristikası == Sinif və tipi: Hotel sinfi dənizaltı gəmi Kənar sahə: 4,095 ton Uzunluq: 114 m Şüa: 9.2 m Su çəkilişi: 7.1 m İtələmə gücü: 2 × 70 MW nüvə reaktor,2 xarici turbin, 2 şaxt, 39.200 shp (29 MW) Sürət: 15 kn (28 km/s) su səthi, 26 kn (48 km/s) sualtı Mənzil: 57,500 (26 kn (48 km/s)) Dayanıqlılıq: 60 gün(qida və fiziki sağlamlıq ilə məhdud) Test dərinliyi: 250 m (test) 300 m (hazırlanan) Adam tutumu: 125 zabit və dənizçi == Qəza == 4 iyul 1961 tarixində birinci kapitan Nikolay Vladimiroviç Zateyev (1957–1961)əmrindəki K-19, Cənubi Gronland yaxınlarında təlimlər edərkən reaktor soyutma sistemindəki əhəmiyyətli bir sızıntıdan ötəri, arxa tərəfdə olan reaktorda su təzyiqi sıfıra düşdü və soyutma nasosla vurarının iflasına səbəb oldu. Başqa bir qəzadan ötəri uzun mənzilli telsiz sistemi onsuz da dövrə xarici olduğundan Moskva ilə əlaqə qurulamadı. Reaktor istiliyi idarəsiz bir şəkildə 800 °C'yə (təxminən olaraq yanacaq çubuqlarının ərimə nöqtəsi) çatdı və zəncirləmə reaksiyalar SCRAM (təcili reaktor bağlama) mexanizmi üzərindən ilişən idarə çubuqlarına baxmayaraq davam etdi. Bağlama mexanizmi, soyutma sisteminə ehtiyac duyduğundan reaktor istiləşməyə davam etdi. Zateyev və başqa vəzifəlilərin daha əvvəlki tələblərinə baxmayaraq, hər hansı bir ehtiyat soyutma sistemi qoyulmamışdı. Bu qəza sonrası gəminin bir çox heyəti zərər görmüş bəziləri isə həyatın itirmişlər. == Kapitan == Nikolay Zateyev (1957–1961) V. A. Vaganov (1961–1965 sentyabr) E. Kovalev (sentyabr 1965–1967) Y. F. Beketov (1967–1969) V. M. Tyapkin (1969–1970) Y. S. Pivnev (26 oktyabr 1970 — sentyabr 1973) G. Nikitin (sentyabr 1973–1974) V. F. Musatov (3 iyun 1974–1977) N. Eliseev (1977 28 May — 1978 4 noyabr) V. A. Dmitrov (30 oktyabr 1978–1987) O. E. Adams (15 avqust, 1987–22 sentyabr 1997-ci il) A. A. Gorunov (24 fevral 1998–2001), ekipaj komandiri J. S. Panasiuc (2001–2003) ekipaj komandiri.
K2-19
K2–19 maqnit cəhətdən aktiv olan erkən K tipli və ya gec G tipli əsas ardıcıllıq ulduzudur və parlaqlıqda ~1% variasiya nümayiş etdirən işıq əyrisinə malikdir. O, təxminən 976 işıq ili uzaqlıqda Qız bürcündə yerləşir. Bu ulduzun orbitində üç təsdiqlənmiş tranzit ekzoplanetin olduğu məlumdur. == Planet sistemi == Kəşf Kepler kosmik gəmisinin K2 uzadılmış missiyasının 1-ci Kampaniyasının məlumatlarının təhlili zamanı iki xarici planetin planet namizədləri olduğu bildirildi. Hər iki planet Devid J. Armstronq və K2–19b üçün əlavə tranzitləri aşkar etmək və bir saatlıq tranzit vaxtı dəyişmələrini ölçmək üçün yer əsaslı teleskoplardan istifadə edən əməkdaşları tərəfindən təsdiq edilmişdir. Onlar müstəqil olaraq 20 digər planetlə birlikdə Benjamin T. Montet və komanda tərəfindən təsdiq edilmişdir. K2–19d ilk dəfə K2 Missiyasının[13] birinci ilindən namizədlərin axtarışı zamanı planet namizədi kimi bildirilmiş və daha sonra Sinukoff və digərləri tərəfindən təsdiq edilmişdir. Xüsusiyyətlər K2–19 üç məlum planeti olan bir planet sisteminə malikdir, bunlardan ikisi daha böyük olan K2–19b və K2–19c 3:2 orta hərəkət rezonansına yaxındır.
KamAZ-5460-066-33
KamAZ-5460-066-33 — 2003-cü ildən 2014-cü ilə qədər daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil Rusiya sedel çəkmələri.
KamAZ 5460-046-22
KamAZ 5460-076-63 — 2010-cu ildən etibarən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil avtomobil xəttinin Rusiya sedel çəkmələri.
Kamal Məmmədov (20 Yanvar şəhidi)
Kanal 13
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 13 (Azərbaycan)
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 35
Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı. == Tarixi == "Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb.
Keshet 12
«Keshet 12» (ivr. ‏‎קשת 12‎‏‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır. == Tarixi == İsrailin «Channel 2» kanalı «İkinci Televiziya və Radio Şirkəti» tərəfindən idarə olunurdu. Lakin kanal «Keshet Media Group» və «Reshet» şirkətləri tərəfindən maliyyələşdirilmişdir. İsrailin yayım sistemində həm özəl, həm də dövlət kanallarının müxtəlifliyini və rəqabətini artırmaq məqsədilə keçirilən islahatlar nəticəsində «Channel 2» bağlanmışdır. «Keshet 12» və «Reshet 13» telekanalı ilə birlikdə 1 noyabr 2017-ci ildə yayıma başlamışdır. «İsrail Televiziya Xəbərlər Kompaniyası» hər iki kanalda xəbər proqramlarını təqdim etməyə davam edir. Əsas xəbər bülleteni hər iki kanal tərəfindən ortaq şəkildə yayımlanır, digər proqramlar isə iki kanal arasında bölünmüşdür.
Kh-22
Kh-22 NATO kod adı AS-4 Kitchen olan Rusiya istehsalı olan ABŞ aviadaşıyıcılarına qarşı yaradılmış olan bir döyüş raketidir.
La Liqa 1929-30
Primera División'nun 1929-30 sezonuna dekabrın 1-i 1929-cu il tarixində start verildi. 10 komandanın iştirak etdiyi bu sezon 1930-cu il martın 30-da sona yetdi. == Komandalar == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1930-31
La Liqa'nın bu sezonuna 1930-cu il dekabrın 7-də start verildi. Sezon 1931-ci il 5 aprel tarixində başa çatdı. 1930-31 sezonunda iştirak edən klublar: == Komandaların yerləri == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1931-32
La Liqa'nın bu sezonuna 1931-cu il noyabrın 22-də start verildi. Sezon 1931-ci il 3 aprel tarixində başa çatdı. 1931-32 sezonunda iştirak edən klublar: 1 İspaniyanın İkinci Cümhuriyyəti dönəmində bütün klubların adından Real sözü götürülmüşdür. == Komandaların yerləri == == Yekun cədvəl == 2 Real Madrid klubu Madrid FK adını alıb. 3 RCD Español klubu CE Espanyol adını alıb. 4 Real Sosyedad became Donostia CF adını alıb. 5 Real Unión klubu Union Club Irún adını alıb. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 2008-09
== Yerdəyişmə == Sequnda -dan yüksələn klublar Numansiya Malaqa Sportinq Xixon Sequnda -ya düşən klublar Saraqosa Mursiya Levante == Turnir cədvəli == == Piçiçi mükafatı == Piçiçi mükafatı bir mövsüm ərzində ən çox qol vuran oyunçuya verilir. Son yenilənmə: 17 may 2009Mənbə: Yahoo! Sport == Zamora mükafatı == Zamora mükafatı bir mövsüm ərzində qapısından ən az qol buraxan qapıçıya verilir.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.