Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəy Baba
Bəy Baba — Azərbaycan şairlərindən biri. Fatma xanım Kəminənin atası, Qarabağda Tahirzadə familiyası ilə məşhur olan və hərdənbir şeir söyləyən Bəy Babanın təxəllüsü "Fəna"dır.
Baba bəy Behbud
Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb.1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır.
Baba bəy Qəbulov
Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə (10 dekabr 1893, Qax, Zaqatala dairəsi – 29 oktyabr 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü. == Həyatı == Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir. Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir. === Repressiya === 1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır. Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər.Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir. === Ölümü === Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir. Baba bəy 1932-ci ildən Bakıda indiki Dilarə Əliyeva küçəsi 6-cı döngədəki 4-cü evin sahibi olmuşdur.
Baba bəy Qəbulzadə

Baba bəy Şakir
Baba bəy Şakir (tam adı: Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir; 1772, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — şair. == Həyatı == Baba bəy Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində dünyaya gəlib. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, "Mehribanlı Baba bəy" kimi təqdim edilir. Baba bəy Şakirin həyatı və yaradıcılığı ilə bağlı məlumat olduqca azdır. Bəzi mənbələrdə onun 1780-ci ildə doğulduğu qeyd olunub. Akademik Feyzulla Qasımzadə onun 1769-cu ildə anadan olduğunu qeyd edib. Rus tədqiqatçıları Baba bəy Şakirin təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. Firidun bəy Köçərli isə Baba bəy Şakiri müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib. Baba bəy Şakir mükəmməl mədrəsə təhsili alıb. Ana dili ilə yanaşı bir neçə şərq dilini də bilib.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Bala bəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. == Həyatı == Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib == Fəaliyyəti == 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. == Güllələnməsi == 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Toy boy (mahnı)
Baba Sacuro
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baba Sadayoşi

Baba Salahov
Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı və yaradıcılığı == Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Baba Salayev
Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general mayor. == Həyatı == 1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. 1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub. 1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
Baba Səmədov
Səmədov Baba Səməd oğlu (1934, Vartaşen rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Bioqrafiya == 1934-cü ildə Azərbaycan SSR-nin Vartaşen rayonu, Daşagil kəndində (indiki Azərbaycanın Oğuz rayonundakı kənd) fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildən — traktor sürücüsü, 1950-ci ildən — Şəki rayonunun Orjonikidze adına taxıl sovxozunda işlədi Baba Səmədov Səmədov uşaq yaşlarından traktorlarla maraqlanırdı və 11 yaşından etibarən traktor sürücüsünün köməkçisi, sonra isə sovxozda traktor sürücüsü kimi çalışırdı; traktor sürücüsü kurslarını belə bitirmədən 14 yaşında olan Baba Səmədov maraq dairəsi sayəsində çox təcrübə qazandı və hətta yaşlı, lakin daha az təcrübəli traktor sürücülərinə də dərs deyə bildi. Traktor sürücüsü kolxoz iclasında rasionalizasiya təklifi irəli sürdü — əvvəllər məhsul yığımında 7 nəfər iştirak edirdisə Səmədovun təklifi ilə traktor və maşın sürücüləri tarla əkinçilik, suvarma, məhsul yığımında iştirak etməyə başladı.Səmədov bu təklifi ilə dövlətə çox pul qazandırdı. Onuncu beş illik dövrdə Baba Səmədov taxılın yüksək məhsuldarlığına nail oldu. 1976-cı ildə maşınqayırma direktoru 180 hektardan planlaşdırılan 270 ton əvəzinə 381 hektardan 960 ton buğda götürdü. 1977-ci ildə Səmədov 533 hektar sahədən 1100 ton yüksək keyfiyyətli taxıl aldı. 1980-ci ildə Baba Səmədov 550 hektar ərazidən 920 ton taxıl götürmüşdür ki, bu da üç mövsüm norması idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə sosialist rəqabətin dəki yüksək nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satılması ilə bağlı planların və sosialist öhdəliklərinin yerinə yetirilməsində göstərilən əmək şücaəti nə görə, 1977-ci ildə Baba Səməd oğlu Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Baba Tağıyev
Tağıyev Baba Əli oğlu (18 iyul 1961, Muğanlı, Noraşen rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir. == İctimai-siyasi fəaliyyəti == 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
Baba Teyyu
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur. Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Baba Vəziroğlu
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Baba Xammədov
Baba Xammədov (tam adı: Baba Məhəmməd oğlu Xammədov; 1 iyul 1939, Puşkin, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1939-cu il iyulun 1-də Puşkində (indiki Biləsuvar) anadan olub. 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi işləyirdi. İki uşaq atası idi. Həyat yoldaşı isə Şərqiyyə Babazadə olmuşdur. == Qanlı Yanvar faciəsi == Həmin gecə saat 12-də güllə səsinə küçəyə çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun onu dəmiryol xəstəxanasına aparıblar. Güllə ona boğazının sağ tərəfindən dəymişdi. Cərrahiyyə əməliyyatı aparılsada onu xilas etmək mümkün olmayıb.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. . XX əsrin əvvəllərində kənd dağılmışdır.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. == Tarixi == 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Baba qanuş
Baba qanuş ve ya baba qanuc (ар. بابا غنوج) (başqa sözlə baba qanuq və ya baba qanuc) — şərq mətbəxinin ən populyar yeməyidir. Ərəb dilində baba ata deməkdir. Yeməyin əsasını badımcan təşkil edir. Həmçinin ona küncüt, zeytun yağı və limon suyuda əlavə edilir. == Hazırlanması == Badımcanı bütöv suda bişirilir ve zeif odda qızardılır. Bu zaman o yumşaq olur ve qril kimi dadır. == Digər ölkələrdə baba qanuş == Türkiyədə buna badımcan salatı deyillər. Onlar Türkiyenin cənub hissəsində bitən badımcan növündən bu salatı hazırlayırlar. İsrailde ona badımcan salatı deyillər onlar salata müxtəlif ədvalar əlavə edirlər.
Baba zeytun
Baba zeytun - Nardaran kəndində Abşeron yarımadasında ən qoca zeytun ağacı. Bəzi ehtimallara görə bu ağacın 500 yaşı var.
Baba Çakalo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Baba İlyas
Baba İlyas (?-1240) — 1240-cı ildə ildə Rum Səlcuqlu dövlətinə qarşı girişdiyi böyük siyasi-içtimai üsyan hərəkətinə adını verən və Anadoluda ilk qeyri-sünni cərəyanların təməlini atan Türkmən şeyxi. == Həyatı == Şeyx Əbül-Bəkā Baba İlyas-ı Xorasana, böyük bir ehtimalla, Monqol istilası sırasında yıxılan Xarəzmşahlar dövləti sahəsindən, bərabərindəki türkmənlərlə Anadoluya köç etmiştir. Anadoluya gəlmədən öncəki həyatı haqqında heç bir şey bilinmir. Onunla ilgili ən əski qaynaqlardan biri olan və nəvəsi Əlvan Çələbinin 733 (1332/33) ildə qələmə aldığı "Mənakıbül-qüdsiyyə" adındakı mənakıbnaməyə görə, Anadoluya gəldikdən sonra Amasiya yaxınında bu gün İlyas köyü adıyla bilinən Çat kəndinə yerləşmiş, bir zaviyə açaraq Vəfaiyyə təriqətini yaymağa başlamış və ətrafına bir çox mürid toplamışdır. Sözü edilən qaynaqda Dədə Qarkın adında bir Türkmən şeyxinin xəlifəsi göstərilməklə bərabər mənsub olduğu təriqətin adı zikr edilməmişdir. Ancaq eyni sülalədən gələn və yenə bir şeyx olan Aşıkpaşazadənin bildirdiyinə görə Baba İlyas, Tacülarifan Seyyid Əbül-Vəfa Bağdadinin (ö. 501/ 1107) qurduğu Vəfaiyyə tariqətinə mənsupdu. Bu səbəblə Baba İlyasın şeyxi olaraq göstərilən Dədə Qarkının da eyni təriqəta bağlı olduğu söylənə bilir. Vəfaiyyə təriqətının XIII əsrdən etibarən Anadoluda özəlliklə Türkmən zümrələri arasında yayıldığı, Yəsəviyyə, Qələndəriyyə, Heydəriyyə kimi qeyri-sünnə mahiyətdəki başqa təriqətlarla birlikdə XIV əsrdə dəxi mövcudiyətini sürdürdüyü anlaşılmaqdadır. Bugünə qədər Baba İlyasın Babailik adı altında bir təriqət qurduğu irəli sürülmüşsə də, gerçəkdə böylə bir şeyin söz konusu olmadığı, bu yanılqının adı keçən üsyan, ayaqlanma hərəkətinin yaxşı təhlil edilməməsindən irəli gəldiyi söylənə bilir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)