baba-nənə

baba-nənə
baba
baba-nəvə
OBASTAN VİKİ
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nənə Xatun
Nənə Xatun (1857, Ərzurum – 22 may 1955, Ərzurum) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. == Əfsanə donu == El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Zibeydə Nənə (film)
Avşar Baba
Baba Mahmudoğlu
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Baba Mirzəyev
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Baba Məmmədov
Məmmədov Baba Məhəmməd oğlu (1887, Fərcan, Qubadlı rayonu – 1974, İstanbul) — Zəngəzur qəzasının yüzbaşısı.[mənbə göstərin] == Həyatı == Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində dünyaya gəlmişdir. O, Zəngəzur qəzasının yüzbaşısı, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur. 1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına imkan verməmişdir. 1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına keçmişdir. Orada da uzun müddət qalmayaraq, Türkiyəyə getmişdir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşmüşdür. Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda yaşamış və 1974-cü ildə orada vəfat etmişdir. == İstinadlar == Hacı Nərimanoğlu, "Yüzbaşı Baba".
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Baba Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Gül Baba
Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Macarıstan) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir. == Şəxsiyyəti == Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür. == Əsərləri == Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər) == İrsi == Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır. Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır.
Noel baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Noriko Baba
Noriko Baba (d. 4 may 1977) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Zahir Baba
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Manuş Baba
Mustafa Özkan (1 dekabr 1986, Tarsus)-Manuş Baba olaraq səhnələrdə yer alan Türk musiqiçi. Əslən Diyarbakırlı bir ailədə doğulub. İbtidai sinfi 4-cü sinifə qədər Tarsus Turqut İçgörendə oxuyub. 1996-cı ilin yazında atası Antalyada mövsümi fəhlə işləyəndə ailəsi ilə birlikdə Antalyaya köçüb. İbtidai və orta təhsilini Antalyada Barbaros İbtidai məktəbində, orta təhsilini isə 2005-ci ildə Qazi Liseyində başa vurub. O, musiqiyə ilk addımını orta məktəb illərində atasının ona aldığı gitara ilə atıb. Bir müddət gitara, xanəndəlik və musiqi təhsili dərsləri aldıqdan sonra 2010-cu ildə Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Musiqi Bölməsini qazanıb. Təhsil aldığı müddətdə Günəşə Səyahət qrupunun vokalisti kimi Antalyanın müxtəlif məkanlarında səhnəyə çıxıb. Uşaq vaxtlarında nənəsi ona balaca, gözəl uşaq mənasını verən Manuş deyə səslənirmiş, və körpə ikən danışmağa başlayanda ağzından çıxan ilk söz Baba olduğuna görə o özünə səhnə adı olaraq Manuş Babanı seçib. O, pop,rok və eksperimental adlandırdığı öz bəstələrini və şərh yazılarını şəxsi internet səhifələrində, sosial şəbəkələrdə və konsertlərində paylaşaraq ad çıxarıb.
Baba Mustafayev
Baba Mustafayev Xanlar oğlu — azərbaycanlı əməkdar məşqçi, Ulduz klubunun təsisçisi, hakim , keçmiş futbolçu və uşaq futbol məşqçisi, bədən tərbiyəsi müəllimi, həmçinin Mingəçevir şəhər idman komitəsinin keçmiş sədri. == Həyatı və fəaliyyəti == 1940-cı il yanvar ayının 17-də Samux rayonunun Mansarlı kəndində anadan olub.. Atasının Xanlar balıqçı, anası Güləsər evdar qadın olmuşdur. 40-cı illərin sonunda, Baba Mustafayev və ailəsi kəndi tərk edərək Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. Mingəçebir şəhərinə köçükdən sonra, Baba Mustafayev futbolla maraqlanmağa başlayır. O "Azərelektroizolasiya" zavodunun komandasında çıxış etməyə başlayır. Həmçinin o dövrdə hakimlik də edirdi. Baba Mustafayev, Rusiyanın "Penza" futbol klubunda hücumçu mövqeyində çıxış etmişdir. 1960-cı ildə, "Azərbaycan Bədən Tərbiyəsi" adlı texnikomun nəznində fəaliyyət göstərən "Gəncə Məşqçilər Məktəbində" oxumağa başlayır. 1962-ci ildə isə, məktəbi bitirir.
Baba Samid
Baba Samit orta əsrlərdə Azərbaycanda və Türkiyədə geniş rəğbət qazanmış şiə sufi təriqəti idi. Bəktaşi (Bektaşiyye) təriqətinin bir qolu olduğu güman edilir. Baba Samit, rəvayətə görə, hərəkatın banisi Hacı Bektaş Vəlinin oğludur. Həmçinin türbə kitabələrinə görə İmam Əli Rzanın nəslindəndir. Azərbaycanda Baba Samit hərəkatının tarixi kifayət qədər zəif araşdırılıb. Bəktaşi hərəkatının Azərbaycanda XVI əsrə qədər geniş yayıldığı məlumdur. Səfəvi dövləti qurulduqdan sonra bu şiə ordeni hakimiyyət tərəfindən təbliğ edildi. 16-cı və 19-cu əsrlər aralığında xeyli sayda sufi təkkələri fəaliyyət göstərmişdir. Azərbaycanda, Sabirabad yaxınlığındakı Baba Samid məqbərəsi hələ də əhali tərəfindən ehtiramla yad edilir, lakin sovet dövründən qalma diqqətsizlik nəticəsində həm təsəvvüf təriqətlərinin tədqiqi, həm də onların adət-ənənələri ilə bağlı biliklər zəifdir. Baba Samid məqbərəsi Sabirabad rayonunun Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşən ibadətgahdır.
Baba yurdunda
Baba yurdunda (pyes) — XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqverdiyev realist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. 1920-ci ildən sonra Ə. Haqverdiyev yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə yazdığı dram əsərlərindən biridə "Baba yurdunda" pyesidir. == Əsərin mövzusu == "Baba yurdunda" (1927) pyesində Pərviz xanın nəslindən olan Cahangir ağanın zülmü təsvir olunur. Aradan iki əsr keçməsinə baxmayaraq, Azərbaycan kəndlisinin halı dəyişməmişdir. Pərviz xan getmiş, Cahangir ağa gəlmişdir. Cahangir ağa yoxsul kəndli qızı Gülnisəni zorla alır, nişanlısı yoxsul İskəndəri isə öldürtdürür. Əsərin axırında Cahangir ağanın oğlu, İskəndərzadə adı ilə meydana çıxır və öz atasına qarşı mübarizə aparıb, ölkədə zəhmətkeşlər hakimiyyəti yaranmasına çalışır. Kəndli qızından olan İskəndərzadə dairə icraiyyə komitəsinin sədri vəzifəsində işləyir. Müəllif yoxsul kəndlilərin zülmdən azad olub, hökumət işlərində böyük mövqe tutmalarına sevinir, xalqın azadlığı uğrunda çalışan İskəndərzadəni dərin məhəbbətlə təsvir edir.
Heydər baba
Heydər Əlirza oğlu Əliyev (10 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 12 dekabr 2003, Klivlend, Ohayo) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982). Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003). Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.