Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Əl Vahdə (qəzet)
"Əl Vahdə" (qəzet) — ədəbi, ictimai, gündəlik qəzet. "Əl Vahdə" qəzetinin ilk sayı 1984-cü il martın 20-si Şənbə günü yayımlanmışdır. Qəzetin sahibi və baş yazarı Camal Abdunnur olmuşdur. Məsul rəhbər isə Alber Kasto idi. İlk səhifəsində "Ədəbi, ictimai, gündəlik qəzetdir, hələlik həftədə bir dəfə yayımlanır" ifadəsi yer alan bu ərəb dilində olan qəzetdə türk dilində də elanlar diqqəti cəlb edirdi. Bu elanlar bəzən bir səhifənin hamısını tuturdu. "Əl Vahdə" qəzeti əvvəl "Mahfuz", sonra "İttihad" mətbəəsində çap edildi. Qəzetin redaksiyası onun sahibinin Kərkükdə "Fərat" hotelində qaldığı otaq idi. Daha sonra redaksiya uçuq bir binaya köçdü. O dövrdə Kərkük və Mosulun gündəlik həyatına dair həftəlik xəbərləri əks etdirən qəzetdə heç bir şeir və yazı diqqət çəkmirdi.
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Narse
Narse (Qafqaz Albaniyası)
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Yahve
Yahve (ivr. ‏יַהְוֶה/𐤉𐤄𐤅𐤄‏‎, jahˈwe; mənası – "rəbb") — iudaizm və xristianlıqda tanrının çoxsaylı adlarından biri, Cənubi İsrail və Yəhudi çarlıqlarında milli tanrı. Onun dəqiq mənşəyi mübahisəli bir mövzudur, lakin onun mənşəyi erkən dəmir dövrünə, hətta tunc dövrünə qədər gedib çatır. Onun adı Kənan xalqının dininin baş tanrısı olan Elin adından törəmiş ola bilər, ancaq Yahvenin adının ən erkən münasib sadalanması Qədim Misir mətnlərindədir. Bu mətnlərdə Transiordaniyanın cənubunda yaşayan Şasu köçəri tayfasıdır. Ən qədim dini ədəbiyyat nümunələrində Yahve tipik bir Yaxın Şərq "döyüşçü tanrısı"dır, hansı ki, müqəddəs ordusunu İsrailin düşmənlərinə qarşı yürüdür. O, daha sonra İsrail və Yəhudi çarlıqlarının əsas tanrısına çevrilir. Vaxt keçdikcə saray və Yərusəlim məbədi Yahveni bütün kainatın hər bir ilah və ilahənin hər bir müsbət keyfiyyətini daşıyan tanrısı elan edir. Babiloniya sürgününün (e.ə. VI əsr) sonunda özgə tanrıların varlığı inkar edilir və Yahve bütün kainatın qurucusu, bütün dünyanın yeganə tanrısı hesab edilir.
Hiba Fahsi
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
JPMorgan Chase
JPMorgan Chase, "Cey Pi Morqan Çeys" — Amerika maliyyə holdinqi ABŞ-nin bir neçə iri bankının birləşməsi nəticəsində yarandı. Bankın mərkəzi Nyu-Yorkda, Manhettenda yerləşir. Bank of America, Citigroup və Wells Fargo ilə birlikdə "böyük dördlüyə" ABŞ banklarına daxil edilmişdir. Əsas fəaliyyət sahələri investisiya bankçılığı, fiziki şəxslərə və kiçik müəssisələrə maliyyə xidmətləri, kommersiya bankçılığı, maliyyə əməliyyatları və aktivlərin idarə olunmasıdır. Ən böyük depozit banklarından biridir, depozit aktivlərinin həcmi 23,5 trilyon dollar, idarəetmə altındakı aktivlərin həcmi 4,1 trilyon dollar, idarəedilən aktivlərin həcmi 2 trilyon dollardır (2017-ci ilin sonunda). JPMorgan Chase Bank (23 ştatda iştirak edən milli bank), Chase Bank USA (milli kredit kartı bankı) və J. P. Morgan Securities LLC (broker firması). Əsas fəaliyyət bölgəsi Kanada, Böyük Britaniya və Hindistandan daha əhəmiyyətli bir iştiraka sahib olan ABŞ-dır (gəlirlərin üçdə ikisindən çoxunu təşkil edirlər). 2018 Forbes Global 2000 dünyanın ən böyük dövlət şirkətlərinin siyahısında JPMorgan Chase dövriyyəsi 42, xalis mənfəəti 10, aktivləri baxımından 8, bazar kapitallaşması baxımından 9-cu olmaqla 3-cü yeri tutdu. 2011-ci ildən etibarən sistem əhəmiyyətli banklardan biridir. == Tarixi == JPMorgan Chase & Co.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. == Həyatı == Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı) == Həyatı == Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir. == Fəaliyyəti == 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Masse Anri
Anri Masse (2 mart 1886[…], Fransa – 9 noyabr 1969[…], Paris) – fransız şərqşünası. == Həyatı == Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur. == Yaradıcılığı == Anthologie persane, XIe — XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980;, L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé… à l'occasion de son 75e anniversaire, Téhéran, Impr. de l'université, coll.
Nouvelle Vague
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır. Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar. Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.
Paul Kahle
Paul Ernst Kahle (alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875[…] – 24 sentyabr 1964[…], Bonn) — Almaniya şərqşünası. Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894–1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdiri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Danse Macabre
Danse Macabre və ya Ölüm rəqsi (/dɑːns məˈkɑːb[unsupported input]rə[unsupported input]/; Fransızca tələffüz: [dɑ̃s ma.kabʁ], fransız dilindən) — ölümün universallığına dair son orta əsrlərə aid bədii alleqoriya janrı. Danse Macabre, ölülərin və ya ölümün təcəssümündən ibarətdir, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini, tipik olaraq bir papa, imperator, kral, uşaq və işçi ilə məzara qədər rəqs etməyə çağırır. İnsanlara həyatlarının kövrəkliyini və dünya həyatının əzəmətinin nə qədər boş olduğunu xatırlatmaq üçün memento mori kimi hazırlanmışdır.
Vahid Rəhbani
Vahid Rəhbani (fars. وحید رهبانی‎; 18 aprel 1979, Tehran) — iranlı aktyor, rejissor, dramaturq və tərcüməçidir. O, daha çox Gando (2019–2021) serialında oynadığı Məhəmməd rolu ilə tanınır . O, Məqsəd (2021) və My Name Is Love (2023) filmlərində göstərirdiyi performansa görə iki dəfə Kristal Simurq mükafatını qazanıb.
Abdul Vahab
Abdul Vahab — kişi adı. Abdul Vahab Əli — İraqı təmsil edən stolüstü tennisçi. Abdul Vahab Zahiri — Əfqanıstanı təmsil edən atlet.
Vahid Kayrıcı
Vahid Kayrıcı (1956, Çorum ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı. Vahid Kayrıcı 1956-cı ildə Çorum ilinin Sungurlu ilçəsində anadan olub. AİTİA Maliyyə Elmləri və Mühasibatlıq Liseyindən məzun olub. Yol, Su və Enerji Baş İdarəsində işçi olaraq çalışıb. Daha sonra özəl bizneslə məşğul olub. 90-cı illərdən MHP üzvüvür. 1999 və 2023-cü illərdə MHP namizədi olaraq Çorum ilindən Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı seçilib. Evli və 3 uşaq atasıdır.
Vitse-kral
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Əbdürrəhman Vahid
Əbdürrəhman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…], Dr. Cipto Mangunkusumo Milli Ümumi Xəstəxanası[d]) — İndoneziyanın 4-cü prezidenti.