Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) Afrika pələng vağı (Tigriornis leucopha) Zonerodius heliosylus Zebrilus undulatus Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) Agamia agami Pilherodius pileatus Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris Misir vağı (Bubulcus ibis) Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata Fit çalan vağ (Syrigma sibilatrix) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes Mesophoyx intermedia Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Kraq dağı
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Ovraq (Miyanə)
Ovraq (fars. اورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (20 ailə).
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Varg Vikernes
Lui Kaşet (doğum adı: Kristiyan Vikernes) hamı tərəfindən Varq Vikernes olaraq tanınan (norv. Varg Vikernes [ˈvarɡ ˈviːkeɳes]; d. 11 fevral 1973) Norveçli Blək metal musiqiçisi, bloqer, yazıçı, qatil və Youtuber. 1991-ci ildə qurduğu tək nəfərli musiqi layihəsi Burzum, Norveç black metal səhnəsində sürətlə yüksəlişə doğru irəlilədi. 1992-ci ildə Mayhem ə qatılan Vikernes, Count Grishnackh səhnə adını aldı. Bu əsnada musiqiçi, Paqanizm ilə yaxınlaşdı və German neopaqanizm iylə əlaqədar məzmun nəşr etdi. 1992-ci ildən 1993-cü ilə qədər bir neçə kilsə yandırma skandallarına imza atdı. 1994-cü ildə qrup yoldaşı, Euronymous ləqəbli Öystein Aarsethi öldürmə səbəbi ilə ona qarşı hökm irəli sürüldü. Dörd dəfə tarixi kilsə yandırma cəhdində də təqsirli bilinən musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə şərti azad edildi.
Varq Vikernes

Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
İraq (dəqiqləşdirmə)
İraq
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
İraq (qəzet)
"İraq" (qəzet) — Bağdadda çap edilmiş qəzet. "İraq" qəzeti 1966-cı ildə Bağdadda işıq üzü görmüşdür. Nəşrin təsisçisi və redaktoru Şakir Sabir Zabit, idarə rəhbəri və baş yazarı Haq İsmayıl Bayatlıdır. Qəzetin 42-ci sayında Həsən Huseyn Əl Yas baş yazar olub. İlk sayı 1966-cı il mayın 21-də, son sayı isə 1967-ci il oktyabrın 21-də işıq üzü görüb. Qəzet 66 saydan sonra bağlanıb. Türkcə-ərəbcə olan nəşrin bir qismi 8, bir qismi 4 səhifəlik dərc edilib.
İraq Konstitusiyası
İraq Konsititusiyası (ərəb. دستور العراق‎)—İraqın əsas qanunu. İlk konsititusiyası 1925-ci ildə nəşr edilib.2005-ci ildə yenidən qüvvəyə minib. Konstitusiya monarxiyası quran İraqın ilk konstitusiyası 1925-ci ildə bir İngilis hərbi işğalı altında qüvvəyə mindi və 1958 inqilabı bir respublika qurana qədər qüvvədə qaldı. Aralıq konstitusiyalar 1958, 1964, 1968 və 1970-ci illərdə qəbul edildi, Keçid İnzibati Qanunu qəbul edilənə qədər de-yure qüvvədə qaldı. 1990-cı ildə bir konstitusiya layihəsi hazırlandı, lakin Körfəz müharibəsinin başlaması səbəbindən heç vaxt yayılmadı. Mövcud konstitusiya 15 oktyabr 2005-ci ildə keçirilmiş bir referendumla təsdiqləndi. Konstitusiya, 2005-ci ildə İraq Konstitusiya Layihə Komitəsi üzvləri tərəfindən İraq Dövlətinə keçid dövrü üçün İdarəetmə Qanunu ("TAL") əvəz etmək üçün hazırlanmışdır.). TAL, İraq Müharibəsindən sonra və İraqın ABŞ və Koalisiya qüvvələri tərəfindən işğalından sonra Koalisiya Müvəqqəti Təşkilatı tərəfindən seçilmiş, təyin olunmuş bir qurum olan İraq İdarəetmə Şurası tərəfindən 2003-cü ilin dekabrından 2004-cü ilin martına qədər hazırlanmışdır. Referendumdan əvvəl edilən bir kompromis şərtilə, yeni konstitusiyaya uyğun olaraq seçiləcək ilk parlamentin konstitusiyaya düzəliş edilməsini və ya edilməməsini təyin etmək üçün Konstitusiya Baxış Komitəsi yaratması qəbul edildi.
İraq Kürdüstanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Şimali İraq

Drag queen
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
İraq Kürdistanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
İraq əməliyyatı
İraq əməliyyatı (Böyük Britaniyada İngiltərə-İraq müharibəsi kimi tanınır, ing. Anglo-Iraqi War) — İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya silahlı qüvvələrinin İraq Krallığı qoşunlarına qarşı strateji hərbi əməliyyatı. İngiltərənin Avropa və Şimali Afrikadakı məğlubiyyətlərindən sonra İraqın baş naziri Rəşid Əli əl-Geylani, İraq Baş Qərargahının rəisi Əmin Zəki Süleyman və polkovniklər Salah əd-Din əs-Sabahın rəhbərlik etdiyi almanpərəst millətçi "Qızıl Meydan" qrupu, Mahmud Salman, Fəhmi Səid və Kamil Çabib 1 aprel 1941-ci ildə Böyük Britaniyaya qarşı hərbi çevriliş həyata keçirdilər. Şahzadə Əbd al-İlah və ingilispərəst nazirlər Bağdaddan qaçdılar. Əl-Geylani sui-qəsdçilərin yaratdığı "milli müdafiə" hökumətinə rəhbərlik edirdi. Britaniya hərbi bazaları istisna olmaqla, ölkənin demək olar ki, bütün ərazisi yeni hökumətin nəzarətinə keçdi. Beyməlxalq dəstək qazanmağa çalışan yeni hakimiyyət SSRİ ilə diplomatik əlaqələr qurdu. Aprelin 17-də baş nazir Rəşid Əli əl-Geylani Milli Müdafiə Hökuməti adından Britaniya ilə müharibə olacağı təqdirdə faşist Almaniyasına hərbi yardım üçün müraciət etdi. Üçüncü Reyx İraqın yeni hökumətinə müsbət cavab verdi. Almaniya mayın 7-də Vişi rejimi ilə razılaşaraq Fransanın mandatı olan Suriya vasitəsilə İraqa hərbi texnika göndərməyə başladı.
İraq müharibəsi
İraq müharibəsi — ABŞ və onun müttəfiqlərinin İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müdaxiləsi. 1980–1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən gecə şərti adı " "Səhrada tufan" " əməliyyatı ilə tərkibi əsasən ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır və qısa müddət ərzində Küveyt ərazisi İraq qoşunlarından təmizlənir. Bununla "ürəyi soyumayan" BMT-nin Təhlükəsizlik Şurası İraqa qarşı daha sərt tədbirlərə əl atır və müxtəlif sanksiyalar tətbiq etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır məhsulun çıxarılmasına ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ və Böyük Britaniya hərbi hava və hərbi dəniz qüvvəlləri İraqı, ilk növbədə Bağdadı raket atəşinə tutur. ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərdə İraqa qarşı hava hücumları, sonra tətbiq olunan BMT embarqosu 1996-cı ildə başlayan qida qarşılığı Neft proqramı ilə yumşaldıldı. ABŞ-nin İraqa mümkün ola biləçək hərbi müdaxiləsi haqqında ilkin ehtimallar Kütləvi informasiya vasitələrində 2001-ci il 11 sentyabr hadisələrindən sonra peyda olmağa başladı.
Bəşir (İraq)
Bəşir (ərəb. قرية بشير, Bašīr‎, türk. Beşir) İraqın Kərkük mühafəzəsinə tabe olan kənddir. Əhalisi şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kənd 2014-cü ilin iyununda İŞİD tərəfindən ələ keçirilib. 1 may 2016-cı ildə İraq qüvvələri tərəfindən geri alınıb.
Qaratəpə (İraq)
Qaratəpə (ərəb. قرة تبة‎, türk. Karatepe) İraqın Diyalə mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Kifridən cənubda yerləşir. Şəhərin adı Türk mənşəlidir. == Tarix == 1820-ci ildə Klaudi Riç Qara Təpəyə baş çəkərək onu türkmənlərin məskunlaşdığı bir kənd kimi təsvir edir. 1805-ci ildə 700 evi var idi amma kəndin əhalisi hökumət zülmündən buranı tərk etdiyi üçün, buradakı evlərin sayı 75-ə düşmüşdür. Ceyms Bukingem 1820-ci illərdə Qaratəpəyə baş çəkmiş və onu türkmənlərin məskunlaşdığı kənd kimi təsvir etmişdir. O, kəndin əhalisini 1000 nəfər və sahəsini Kifrinin yarısı qədər qiymətləndirmişdir.
Əmirli (İraq)
Əmirli (ərəb. آمرلي‎, türk. Emirli) — İraqın Səlahəddin mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Şəhər İran sərhədindən təxminən 100 kilometr aralı yerləşir. Əkinçilik bölgəsinin mərkəzidir. == Tarix == === 2007-ci ildə bombalama === 7iyun2007-ci ildə İŞİD tərəfindən Əmirli bazarında törədilən partlayış nəticəsində 165 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdır. === 2014-cü ildə İŞİD tərəfindən mühasirəyə alınması === Şəhər və onun 20,000-ə yaxın şiə müsəlman türkmən əhalisi 2014-cü ilin iyun ayından başlayaraq İŞİD tərəfindən mühasirəyə alınıb. Ərzaq, su və təchizat tükənmək üzrə idi. BMT nümayəndəsi bildirib ki, "Əmirlidə insanların vəziyyəti çıxılmazdır və vətəndaşların mümkün qətliamının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələb edilir".