Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
«Кара-коюнлу» (ковёр)
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Qara Davud Paşa
Qara Davud paşa (1570, Bosniya əyaləti – 18 yanvar 1623, Konstantinopol) — gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarışıq dövrdə ümumilikdə 23 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Əslən bosniyalı olan Davud Paşa Əndərun təhsili aldıqdan sonra sırayla çuxadar, qapıçılar kəndxudası və qapıçıbaşılığa qədər yüksəldi (1600). 1604-cü ilin sentyabrında vəzirliklə yanaşı, Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa növbəti il Kastamonuya, ardından Anadoludakı Cəlali üsyançılarının üzərinə göndərildi. Ancaq məğlub olaraq geri çəkilən Nasuh Paşanın paytaxta gələrək padşahı səfərə təhrik etməsi nəticəsində Davud Paşa sərdarlıqdan alındı və I Əhməd səfərə özü rəhbərlik etməyi qərarlaşdırdı. Padşahın Bursaya gəldiyini öyrənən bəzi üsyançı sipahilərin sədarət naibi Sofu Sinan Paşa vasitəsilə günahları bağışlandı və Davud Paşanın rəhbərliyi ilə Bursa və Bolu qalalarının qorunması ilə vəzifələndirildi. Bu əsnada III Mehmedin qızı Dilrüba Sultanla evlənən Davud Paşa 1606-cı ilin avqustunda yenidən vəzirliyə gətirildi və Rumeli bəylərbəyi seçildi. Həmin il İzmit qalasının mühafizəsi ilə vəzifələndirilən Davud Paşa ikinci vəzirliyədək yüksəldi. 1616-cı ilin əvvəllərində yenidən Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa bu vəzifədə ikən Sədrəzəm Öküz Mehmed Paşanın İrəvan səfərinə qatıldı. I Mustafanın ilk səltənətində xanımının da istəyilə, 1617-ci ilin noyabrında kaptan-ı dərya oldu. Ancaq II Osmanın taxta çıxmasıyla həm kaptan-ı dəryalıqdan, həm də vəzirlikdən alınaraq əvvəlcə Rumeli bəylərbəyliyinə, ardından Silistrə bəylərbəyliyinə gətirildi.
Qara Musa Paşa
Qara Musa Paşa (Yunanıstan – 1649, Konstantinopol) — I İbrahim dönəmində 5 günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Əslən yunan olub, dəvşirilərək Əndəruna gətirilmişdir. IV Muradın müsahibi və silahdarı olmuşdur. Sultan İbrahim dönəmində müsahibə Şəkərparə Xatunla evləndirilmiş, daha sonra qapıçıbaşı vəzifəsinə gətirilmişdir. 1640-cı ildə liman emini, daha sonra ard-arda sipahi ağası, şəhər emini, qapıçıbaşı, bölük ağası, 1645-ci ildə isə yeniçəri ağası oldu. 1645-ci ilin dekabr ayında vəzir rütbəsilə başdəftərdar olaraq divana daxil oldu. Kaptan-ı dərya Qoca Musa Paşanın Venesiya ilə apardığı döyüşdə məğlub olaraq şəhid düşməsinin ardından 1647-ci ilin yanvar ayında kaptan-ı dərya olaraq təyin edildi. Ancaq Aralıq dənizindəki yürüşlərinin uğursuzluğu və İraklion qalasının uğursuz mühasirəsindən sonra bu vəzifəsindən azad edildi. Həyat yoldaşı Şəkərparə Xatunun Sultan İbrahimin üzərindəki nüfuzu ilə canını güclə qurtaran Qara Musa Paşa 16 sentyabr 1647 tarixində vəfat edən sədrəzəm Bosniyalı Saleh Paşanın yerinə sədarətə gətirildi. Bu xəbər paytaxta gələn donanmaya dərhal bildirildi.
Qara Mustafa Paşa
Qara Mustafa Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndərunda yetişdikdən sonra sarayda bərbər olaraq çalışmışdır. Ardından Sultan Mustafa səltənətində baş miraxur, 1623-cü ildə isə yeniçəri ağası təyin edildi.1623-cü ildə qısa müddətliyinə Misir bəylərbəyi oldu. Ardından 1624-cü ildə vəzir rütbəsi alaraq yenidən Misir bəylərbəyliyinə yüksəldi. 1625-ci ildə İstanbula gəldi və Sultan Əhmədin qızı Fatma Sultanla nigahlandı. Ancaq Misir əhalisindən gələn şikayətlərin ardından 1626-cı ildə Sultan Murad tərəfindən edam edildi. Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Qara İbrahim Paşa
Qara İbrahim Paşa (ö. iyul 1676) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra saray katibi olaraq xidmət etməyə başladı. Ardından tərsanə əmini oldu. Bu vəzifədə ikən 60 gəminin qısa zamanda hazırlanması ilə sədrəzəm Körpülü Mehmed Paşanın diqqətini cəlb etdi. Belə ki, paşanın vəfatından sonra 1661-ci ildə sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda olaraq xidmətə başladı. Ardından 1668-ci ilin sentyabrında vəzir rütbəsiylə Hələb, 1670-ci ilin yanvarında Misir, 1673-cü ilin iyununda Şam, 1674-cü ildə yenidən Hələb bəylərbəyi olub, Babadağı mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1676-cı ilin iyulunda Dunay çayı sahilində vəfat etdi. Herseq sancağında öz adına məscid, mədrəsə və çeşmələr, Çorlu və Gəbzədə bir çox yerdə çeşmələr inşa etdirmişdir.
Qara Əhməd Paşa
Qara Əhməd Paşa (ö. 29 sentyabr 1555, İstanbul) — I Süleyman dönəmində 5 oktyabr 1553 - 29 sentyabr 1555 tarixlərində ümumilikdə 1 il 11 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Alban əsilli olmuş, Əndəruna alınaraq hərəmxanada tərbiyə edilmişdir. Ardından qapıçıbaşı və miraləmliyə gətirilmiş, 1534-cü ilin noyabrında yeniçəri ağalığına yüksəlmişdir. Bu vəzifədə ikən Korfu və Boğdan səfərlərinə qatılmış, 1541-ci ildə Rumeli bəylərbəyiliyinə gətirilmişdir. Esterqon və Şərqi Belqrad torpaqlarının ələ keçirilməsində önəmli rol oynamış, bu səbəbdən 1544-cü ildə üçüncü vəzirliyə gətirilmişdir. 1548-ci ildə İkinci İran səfərinə qatılan Əhməd Paşa yeniçəri və sipahilərlə Ərzincan qalasına daxil olmuş, ardından 25 avqust 1549 tarixində Ərzuruma gedərək buradan Gürcüstan üzərinə hücum etmişdir. Bir çox strateji qalanı ələ keçirən Əhməd Paşa 24 oktyabr 1549 tarixində padşahın qışladığı Diyarbəkirə gəldi. 22 aprel 1552 tarixində ikinci vəzir olaraq Macarıstan sərdarı təyin olundu.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Bayburtlu Qara İbrahim Paşa
Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dönəmində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Hicri təqvimin 1030-cu ilində (1620-1621) Bayburtda Qatırçı Əhməd adlı bir kəndlinin evində dünyaya gəlmişdir. Gənclik illərində üsyançı Abxaz Həsənin xidmətində olmuş, üsyan yatırıldıqdan sonra (1659) İrana qaçaraq bir müddət burada qalmışdır. Daha sonra geri dönərək Mustafa Paşanın himayəsinə girdi və burada çuxadar və kəndxuda oldu. Himayədarının ölümünün ardından bəzi dövlət adamlarının xidmətində oldu. Nəhayət, o illərdə sədarət kəndxudası olan Mərzifonlu Mustafa Paşanın xidmətinə girdi və onun Silistrə bəylərbəyliyi dövründə kəndxudası olaraq fəaliyyət göstərdi. Mərzifonlu Mustafa Paşa dövlət idarəsində gücləndikcə nüfuzunu artıran Qara İbrahim ağa fürsətdən istifadə edərək IV Mehmedlə də tanış oldu. Himayədarının sədarət naibi olması ilə, İbrahim ağa da sədarət kəndxudası seçildi və Qara kəndxuda ləqəbi aldı.
Kayserili Qara Əhməd Paşa
Kayserili Qara Əhməd Paşa (ö. 1635) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Kayseridə dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək 1630-cu ildə qapıçılar kəndxudası, 1632-ci ildə miraxur təyin edildi. 1633-cü ildə vəzir rütbəsiylə Misir bəylərbəyi oldu ancaq qəddarlığı səbəbilə 1635-ci ildə vəzifədən alınaraq edam edildi. == Mənbə == Sicill-i Osmani I, səh.
Kəmankeş Qara Mustafa Paşa
Kəmankeş Qara Mustafa Paşa (1592, Vlyora – 31 yanvar 1644, Konstantinopol) — IV Murad və I İbrahim dövrlərində ümumilikdə 5 il 1 ay 7 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Vlyorada dünyaya gəlmiş, əslən albandır. Kiçik yaşlarında İstanbula gələrək yeniçəri ocağına daxil oldu və burada Qara Həsən ağanın yanında yetişdi. Ox atmaqdakı qabiliyyəti səbəbi ilə “Kəmankeş” ləqəbi ilə anılır. Qısa zamanda yeniçəri ağalığına yüksəldi. IV Muradın əmriylə yeniçərilər arasındakı üsyançıları aradan qaldırdı. Bu vəzifədə ikən qatıldığı İrəvan səfərindəki xidmətləri səbəbilə kaptan-ı dəryalığa gətirildi. 1637-ci ilin fevralında kaptan-ı dəryalığa əlavə olaraq sədarət naibi də seçildi. Bu vəzifədə ikən bir yandan dövlət gəlirlərini artırmaq üçün maliyyə planları hazırlamış, digər yandan isə donanma üçün yeni gəmilər inşa etdirmişdir. 1638-ci ilin yazında IV Muradla birlikdə Bağdad səfərinə qatıldı.
Kəmankeş Qara Əli Paşa
Kəmankeş Əli Paşa (ö. 3 aprel 1624) I. Mustafanın ikinci səltənətində və IV. Murad səltənətinin ilk dövrlərində 30 avqust 1623 – 3 aprel 1624 illərində 7 ay 4 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == Türk əsillidir. Təhsilini Əndərunda almışdır. Saraydan çıxdıqdan sonra vəzirlik rütbəsilə Bağdad Bəylərbəyliyinə təyin edildi. Bundan sonra Diyarbəkir hakimi və dördüncü vəzir olaraq divan heyətinə qatılmışdır. 1623 tarixində baş verən sipahi üsyanı və Sədrəzəm Mere Hüseyn Paşanın İstanbuldan qaçması ilə sədarətə gətirildi. Yeni sədrəzəm olaraq İstanbuldakı ayaqlanmaları yatırmaq üçün, ilk öncə dövlət işləri ilə maraqlanmayan I. Mustafanı devirməli idi. Bunun üçün divan vəzirləri və şeyxülislam Zəkəriyyazadə Yəhya Əfəndinin razılığını almışdır. Görülən hazırlıqlardan sonra 9 sentyabr 1623 tarixində I. Mustafa taxtdan endirildi.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Mərzifonlu Qara Mustafa Paşa
Mərzifonlu Qara Mustafa Paşa (1634[…], Mərzifon – 25 dekabr 1683[…], Belqrad) — IV Mehmed dönəmində ümumilikdə 7 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. 1634-cü ildə Mərzifonun Marınca kəndində dünyaya gəlmişdir. Atası Oruc bəy sipahi əsgəri idi. Atasının IV Muradın Bağdad səfərində şəhid düşməsi ilə 4 yaşında yetim qaldı və bundan sonra atasının dostu olan Amasiya sancaqbəyi Körpülü Mehmed Paşanın himayəsində onun övladlarıyla birlikdə böyüdü. Bu illər ərzində Körpülü Mehmed Paşanın qızı Saliha xanımla evlənən Mustafa Paşa qaynatasının sədarəti dövründə əvvəlcə silahdarlığa, ardından sədarət kəndxudalığına yüksəldi və bu vəzifədə ikən Ərdəl səfərinə qatıldı. Yanova qalasını fəthi xəbərini gətirdiyi üçün IV Mehmed tərəfindən ikinci miraxur təyin edildi (1 sentyabr 1658) və iki il sonra Silistrə bəylərbəyi olaraq saraydan ayrıldı. Bu vəzifədə ikən Ədirnədən paytaxta dönən Validə Turhan Sultanı müşayiət etdi. Ardından vəzirlik rütbəsi alaraq Diyarbəkir bəylərbəyi oldu. Körpülü Fazil Əhməd Paşanın sədarəti dövründə kaptan-ı dəryalığa gətirilən Mustafa Paşa 4 ildən artıq müddətdə bu vəzifədə qaldı. Sədrəzəm Uyvar səfərinə qatıldığı dövrdə səfərin sonunadək kaptan-ı dəryalıqla yanaşı sədarət naibi olaraq da fəaliyyət göstərdi.
Qara Div Murad Paşa
Qara Murad Paşa (d. 1596 - ö. Oktyabr 1655, İstanbul) — IV Mehmed dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 ay 24 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. 1596-cı ildə dünyaya gəlmişdir. Əslən alban olub, atasının adı Mustafadır. I Əhmədin dövründə yeniçəri ocağına alınaraq tərbiyə edilmişdir. 1638-ci ildə IV Muradın Bağdad səfərinə qatıldı. Bağdadın fəthindən sonra bir müddət burada qaldı. 1645-ci ildə kəndxudalığa gətirilən Murad ağa, uzun müddətdir unudulmuş, bəzi adət-ənənələri yenidən canlandırdı. Bu vəzifədə ikən yeniçərilərlə birlikdə Kritə getdi və venesiyalılarla vuruşdu.
Qara Mehmed Paşa (1810)
Qara Mehmed Paşa (ö. 12 dekabr 1810) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Kaptan-ı dərya Kiçik Hüseyn Paşanın kəndxudası olub, 1810-cu ildə baş miraxur, 18 noyabr 1810-cu ildə kaptan-ı dərya təyin edildi. Ancaq təyinatının dördüncü günü ağır xəstəliyə tutuldu və 12 dekabr günü vəfat etdi. Cənazəsi Əyyubsultanda Kiçik Hüseyn Paşanın yanına dəfn edilmişdir. Sicill-i Osmani IV cild, səh. 32.
Qara Mehmed Paşa (1828)
Qara Mehmed Paşa (ö. 1828) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Nüseyri əsilli olub, saraya alınmışdır. Yüksələrək baş qapıçı, topçubaşı və sipahilər ağası olaraq xidmət etdi. 1821-ci ilin iyununda vəzir rütbəsi aldı. 20 aprel 1822-ci ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin 9 dekabrında vəzifədən alındı və Ankara valiliyinə göndərildi. Çox keçmədən 1823-cü ilin noyabrında vəzifədən alınaraq Limni adasına sürgün edildi. 1828-ci ildə orada vəfat etdi. Əyyubsultanda dəfn edilmişdir. Mahmud bəy adlı oğlunun olduğu bilinir.
Qara Mustafa Şahin Paşa
Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi. Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Qara Əhməd Paşa külliyəsi
Qara Əhməd Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın sədrəzəmlərindən Qara Əhməd Paşa tərəfindən inşası başladılan, ancaq paşanın edamından sonra sədarətə gələn Rüstəm Paşa tərəfindən tamamlanan külliyənın memarı Memar Sinandır. Külliyə məscid, mədrəsə, məktəb, çeşmə və türbədən ibarətdir. İnşaatı 21 iyul 1555 tarixində başlamış, ancaq çox keçmədən 29 sentyabrda Əhməd Paşa edam edilmişdir. Bu səbəbdən inşası bir müddət gecikmiş, ancaq 1558-ci ildə külliyənin inşası Rüstəm Paşanın sifarişi ilə davam etdirilmişdir. 25 mart 1565 tarixində külliyənin inşası tamamlanmışdır.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
DMA
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Iva
Iva (lat. Iva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Denira Adans.
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
DEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Kanoqa-Park
Kanoqa-Park (ing. Canoga Park) — Los-Anceles şəhərinin San Fernando vadisi bölgəsində yerləşən məhəllə.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Chamaechaenactis scaposa var. parva
Savona
Savona — İtaliyanın Liquriya regionunda şəhər.
Savoya
Savoya (fr. Savoie, oks. Savòia) — Fransanın şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 73. İnzibati mərkəzi — Şamberi, Subprefekturası isə Sen-Jan-de-Moryen, Albervil. Əhalisi — 421105 nəfərdir (departamentlər arasında 57-ci yer, 2012-ci ilin məlumatları). Departament Fransanın ən dağlıq bölgəsidir (ərazinin 88,4% -i). Onlar əsasən Alp dağlarına aiddir, lakin Savoyun qərbində Yura dağı yerləşir. Departament 1860-cı ildə Savoya hersoqluğu Fransaya qoşulması zamanı yaradılmışdır. XIX əsrin sonlarından etibarən, Savoyada turizm sektoru aktiv şəkildə inkişaf edir.
Sagopa
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Saqopa
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Samosa
Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir (üçbucaqlı xəmir mənasını verir). Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır. == Etimologiya == Samosa sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir. == Tarix == Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Sapma
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sayqa
Sayqak (lat. Saiga tatarica) – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Ara (içki)
Ara, və ya Arag- Butanda istifadə olunan ənənəvi spirtli içki.Ara düyü, qarğıdalı, darı və ya buğdadan hazırlanır və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər. İçki, adətən, şəffaf, yaxud ağ rəngdədir. == İstehsalat == Ara daha çox fərdi yaşayış evi və ya fermer təsərrüfatlarında düyü və ya qarğıdalıdan hazırlanır.Ara və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər və Butanda qanuni özəl istehsal və istehlak olunur.Ara istehsalı hər iki metod və keyfiyyətinə görə tənzimlənir və onun Butanda satışı qadağandır.Əvvəllər fiziki şəxslərə icazə verilmədiyinə baxmayaraq, dükançılar vasitəsilə ara satılıb və hökumətin sərt repressiyaları ilə üzləşiblər.Ancaq, bir halda ki, (çünki,) ara böyük gəlir gətirir, nə qədər qarğıdalıdan başqa məhsullardan istifadə edilir, fermerlər onun istehsalını və satışını leqallaşdırmağı tələb etməyə başladılar.Hökumət, bu arada , alkoqol istehlak spirtli içkilər və onların satışının tənzimlənməsi üçün vergilərin artırılması vasitəsilə mane olurdu. Правительство, тем временем, намерено препятствует чрезмерному потреблению алкоголя посредством увеличения налогов на спиртные напитки и регулирования их продажи.Ara həmçinin dini hədəflərdə , xüsusilə şərq Butanında, Allahlara hədiyyə edilir.Uşaqlar aranı şüşə butulkalrda tez-tez daşıyırlar, çünki Butanda hesab edirlər ki, bu içkinin qoxusu ilanları qaçıracaq. == İstifadə == Aranı, bir qayda olaraq, ilıq içirlər. Onu yüngül qəlyanaltılarla (paşot yumurtası, kərə yağı, ) qarışıqsız verirlər.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Qo Ara
Go Ara (kor. 고아라; 11 fevral 1990) — Cənubi Koreyalı aktrisa və modeldir. Ən çox "Sharp (2003)", "Toping to the Earth (2009)", "Reply 1994 (2013)", "You're All Surrounded (2014)", Hvaran (serial), "Black (2017)", "Ms. Hammurabi (2018)", "Haechi (2019)" və "Do Do Sol Sol La La Sol (2020)" seriallarındakı rolları ilə tanınır. Qo, Cənubi Qyonsan (Gyeongsang), Cincu, Cənubi Koreyada anadan olub. Gənc yaşlarında, atası əsgər olduğu üçün daim Koreyanı gəzirdi. Orta məktəbdə oxuyanda bir dostu ona SM Entertainment istedad agentliyinə qatılmağı tövsiyə etdi. 2003-cü ildə SM Entertainment Teen Model Yarışmasının qalibi oldu. Qo, 2003-cü ildə KBS yeniyetmə dramı Sharp-da qadın baş rolu Lee Ok-rim-i oynamaq üçün seçildi. İddialı və özünə güvənən orta məktəbli bir qız rolu, ani ulduzluğa səbəb oldu.
Ara söz
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti