Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis (pyes)
"İblis" (az-əbcəd. ابلیس‎), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir. Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Dram əsəri yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir. Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur.
İblis Bibliyası
"İblis Bibliyası" (ing. Devil's Bible) və ya "Codex Gigas" kimi də tanınır — XII-XIII əsrlərin qovşağında güya İblisin yardımı ilə bir rahib tərəfindən yazıldığı iddia edilən kitab. İsveçin paytaxtı Stokholmda saxlanılır. Alimlərin fikrinə görə isə kitabı XIII əsrin əvvəllərində Çexiyanın paytaxtı Praqadan 100 km aralıdakı Podlajitsa şəhərindəki Benediktin monastırının rahibi 12 ilə yazıb.. Monastır 15-ci əsrdə Qusçular hərəkatı zamanı dağıdılması ilə Sistersiyanların Sedlek monasırına bağışlanılan kitab daha sonra Brevnovskidəki Benediktin monastırı tərəfindən alınmışdır. 1477-ci ildən 1593-cü ilədək Braumovda bir monastırın kitabxanasında saxlanılmış, 1594-cü ildə isə İmperator II Rudolfun kolleksiyasına qatılmaq üçün yenidən Praqaya aparılmışdır. 1648-ci ildə 30 illlik müharibənin sonunda kolleksiya İsveç ordusu tərəfindən qənimət kimi götürülmüşdür. 1649-cu ildən 2007-ci ilə qədər əlyazma Stokholmda İsveç Kral Kitabxanasında saxlanılmışdır. 7 may 1697-ci il tarixində yanğın nəticəsində kral sarayı yanmış və nəticədə kitabxanaya ciddi zərər dəymişdir. Əlyazma pəncərədən çölə atılaraq xilas edilmişdir.
İblis boğazı
İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır.
İblis dənizi
İblis dənizi Yapon balıqçılar Filippin dənizinin şimal hissəsində yerləşən Miyakecima adasının ətrafındakı (Tokiodan 128 km cənubda) Sakit okean sularını İblis dənizi adlandırıblar. Paranormal tədqiqatçılar gəmilər və təyyarələr müəmmalı şəkildə yox olduğuna görə bu zonanı Bermud üçbucağına bənzədirlər. Ufoloji ədəbiyyatda İblis dənizində kabus-gəmilərinin və naməlum uçan obyektlərin göründüyünə dair iddialara rast gəlmək olar.
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
IBList
IBList (en. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBList-in VB-na yeni kitabların, müəlliflərin və məqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) Müqəddəs ibis Kiçik ağnaz Böyük ağnaz Sarı pırtlaşıqlələk Adi qarıldaq Threskiornis 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. Kənd Qarabağ silsiləsində yerləşir.
İblis (film, 2010)
İblis (Tamil dilində ராவணன், Rom: Raavanan) 2010-cu ildə Tamil dilində Mani Ratnam tərəfindən çəkilmiş və Vikram, Aishwarya Rai və Prithvirajın baş rollarda oynadığı Hindistan filmidir. İblis (Raavanan) filmi eyni vaxtda iki versiyada — hind dilində (fərqli adla — “Pis adam”/Raavan) və tamil dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. Quldur dəstəsinin başçısı olan Viraya (Vira) polis müfəttişi olan Devin həyat yoldaşı və klassik hind rəqsləri üzrə müəllim olan Raginini qaçırır. Vira ilə Devin arasında çoxdankı haqq-hesab vardır və Vira Raginini öldürərək Devdən qisas almağa qərar verir. Müdafiəsiz qadının köməyi ilə kişidən qisas almağı alçaqlıq hesab edən Ragini Viradan iyrənir. O, Viraya deyir ki, onu öldürə bilməyəcək, buna cavab olaraq Vira ona gülür, amma eyni anda Ragininin öz canına qəsd edəcəyi üçün onu öldürə bilməyəcəyini eşidir və Ragini bundan sonra özünü uçurumdan aşağı atır.
Tasmaniya iblisi
Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir. Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır. Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır.
Ardea ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Ardeola ibis

Bubulcus ibis

Egretta ibis

Lepterodatis ibis

Mycteria ibis
Sarı leylək (Mycteria ibis) leyləkkimilər fəsiləsinin (Ciconiidae) iri quşudur.Onlar Afrika, Sahara səhrasında və Madaqaskarda yaşayırlar. Onlar orta ölçülü leyləklərdir. Ölçüsü təxminən 97 sm, kişilərin çəkisi təxminən 2,3 kq və dişilərin çəkisi 1,9 kq-dır. Tükü adətən çəhrayı-ağ, qanadları və quyruğu qara olur; dimdiyi sarıdır. Yetişməmiş quşların boz-qəhvəyi, solğun boz-qəhvəyi dimdiyi, solğun narıncı üzü və qəhvəyi ayaqları olur.
Müqəddəs ibis
Müqəddəs ibis (lat. Threskiornis aethiopicus) — leyləkkimilər dəstəsinin ibislər fəsiləsinə aid quş növü. Ağaclarda koloniyalar halında və çox vaxt leyləkkimilərin digər nümayəndələrilə, məsələn vağlarla, bir ərazidə yaşayırlar. Yuvalarını çör-çöplə qururlar və 2-3 yumurta qoyurlar. Müqəddəs ibis balıq, qurbağa və cücülərlə qidalanır.
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
İbis cinsi
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) Müqəddəs ibis Kiçik ağnaz Böyük ağnaz Sarı pırtlaşıqlələk Adi qarıldaq Threskiornis 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İbiş Məmmədov
İbiş Abbasov
İbiş Vəli oğlu Abbasov (1898, Muğanlı, İrəvan qəzası – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibi (1938–1942), Ermənistan SSR Ali Sovetinin I çağırış deputatı. == Həyatı == İbiş Vəli oğlu Abbasov 1898-ci ildə İrəvan qəzasının (sonralar Qəmərli rayonunun) Muğanlı kəndində kəndli ailəsində anadan olmuşdur. Fəhlə-kəndli məktəbini bitirdikdən sonra komsomol və partiya işinə cəlb olunmuş, Qəmərli və Zəngibasarda çalışmışdır. İbiş Abbasov 1930-cu illərdə Vedi Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini, sonra sədri vəzifələrində və rayon ləğv edilənədək Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1936-cı ilin sonlarından 1938-ci ilin yanvar ayınadək rayonun "Zərbəçi kolxozçu" qəzetinin redaktoru olmuşdur. 1937-ci ilin dekabr ayında Qarabağlar rayonu yaradılarkən İbiş Abbasov rayon partiya komitəsinin birinci katibi təyin edilmiş, ardınca Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1942-ci ildə birinci katib vəzifədən azad edilərək Tədarük və Təminat Komitəsi sədrinin birinci müavini təyin edilmiş və uzun müddət bu vəzifədə çalışmışdır. Sonralar isə "Sovet Ermənistanı" qəzeti redaksiyasında çalışmış, 1959-cu ilədək müxbirlər və məktublar şöbəsinin müdiri olmuşdur.