Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Vitali Skakun
Vitali Vladimiroviç Skakun (ukr. Віталій Володимирович Скакун; 19 avqust 1996, Berejanı[d], Ternopil vilayəti – 24 fevral 2022, Geniçesk[d], Xerson vilayəti) — Ukrayna hərbi qulluqçusu, matros, Ukrayna Qəhrəmanı (2022), kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı. Vitali Skakun 19 avqust 1996-cı ildə Ternopol vilayətinin Berejanı şəhərində anadan olmuşdur. Berejanı şəhəri 3 nömrəli ümumtəhsil məktəbini, 20 nömrəli Lvov Ali peşəkar məktəbini (2017) və "Lvov Politexnikası" Milli Universitetini bitirmişdir. Rusiyanın Ukraynaya hücumu zamanı 24 fevral 2022-ci ildə kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı, matros Vitali Skakun Xerson vilayətində rus qoşunlarına aid tank kolonunun hərəkətinin qarşısını almaq üçün Geniçesk avtomobil körpüsünü partladan zaman həlak olmuşdur. 26 fevral 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamı ilə matros Vitali Skakun ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür. Белякова, И. Виталик, дитя, как??? Что рассказали в Бережанах о Герое Виталие Скакуне, который взорвал мост вместе с собой // 20 минут Тернополь. — 2022. — 25 fevral.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Miçio Kaku
Miçio Kaku (加來 道雄, 24 yanvar 1947, San-Xose, Kaliforniya) – yaponəsilli Amerika fiziki. == Həyatı == O, Edvard Tellerin tələbəsidir və müasir dünya fizikasının böyük nəzəriyyəçilərindən biridir. Kaku sim nəzəriyyəsinin banilərindən biridir. Onun sim nəzəriyyəsi və kvant sahə nəzəriyyəsi üzrə dərslikləri var. Harvard Universitetini bitirib, Berkli Universitetində doktorluq dərəcəsi alıb. O, hazırda Nyu York Şəhər Kollecində professordur. O, ətraf mühitin tərəfdarları ilə nüvə enerjisindən istifadənin əleyhdarları arasında bölünüb. O, həm də Yerdənkənar Kəşfiyyat Axtarışı Layihəsinin (SETI) tərəfdarlarından biridir. Şizu Kaku ilə evlidir və iki qızı var.
Kakuy-i Sülfa (Qürvə)
Kakuy-i Sülfa (fars. كاكوي سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 252 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Kakuy-i Ülya (Qürvə)
Kakuy-i Ülya (fars. كاكوي عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (43 ailə). Əhalisini kürdlər təşkil edir.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!‎) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir.
Akaku
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır. Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir.
Aykun
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
I Bakur
I Bakur — Quqark knyazlığının dördüncü knyazı, Vaxtanq Qorqasalinin qaynı.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.