Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Madonna (serviz)
Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu. Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev və İqor Vernikin memuarlarında xatırlanır. "Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi. == Dizayn xüsusiyyətləri == "Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir. Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi.
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Abdullayev
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir. 1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur. 1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir. İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir. Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir. P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Pərviz Axundov
Pərviz Balabəyov
Pərviz Bağırov
Pərviz Sadıq Saleh oğlu Bağırov (1950) — azərbaycanlı teatr sənətçisi. Pərviz Füzuli oğlu Bağırov (1994) — azərbaycanlı boksçu.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Pərviz Fərhadov
Pərviz Alastan oğlu Fərhadov (19 iyun 1989, Bala Bəhmənli, Füzuli rayonu) — Azərbaycanlı musiqiçi, kamança ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Azərbaycan Milli Konservatoriyasının müəllimi. Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1996-cı ildə N. Nərimanov rayonu 45 saylı orta məktəbin I sinfinə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 1998–2004-cü illərdə Bakı şəhəri N. Nərimanov rayonu Q. Qarayev adına 8 saylı uşaq musiqi məktəbini bitirmişdir. Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuyarkən ilk müəlliməsi Muradova Şahnaz xanım olmuş və alətin ilk dəfə olaraq sirrlərini ondan öyrənmişdir. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşdur. Sonralar musiqi təhsilini davam etdirmək üçün 2004–2007-ci ildə Bakı şəhər G. Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbini bitirmişdir. 2005-ci il 26-sı mayda N. Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla tətif olunmuşdur. 2007–2011-ci ildə Azərbaycan Respublikası xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Milli Konservatoriyanı əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Milli Konservatoriyasında Bakalavr təhsili alarkən İxtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət Kazımovadan, Muğam dərslərini isə Respublikanın Əməkdar Artisti Elnur Əhmədovdan almışdır.
Pərviz Fərzəliyev
Pərviz Gülmalıyev
Pərviz Heydərov
Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist. 1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb. 1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir. İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib.
Pərviz Hüseynov
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Pərviz Həsənov
Pərviz Həsənov (idmançı) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü. Pərviz Həsənov (rejissor) — azərbaycanlı rejissor. Pərviz Həsənov (şəhid) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsinin şəhidi.
Pərviz Mahmud
Pərviz Mahmud (1910, Tehran – 1996) — Azərbaycan əsilli iranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur. Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir. Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır. 1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır.
Pərviz Mahmudov
Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar. 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var. Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur. 2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir. Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Pərviz Məmmədli
Pərviz Məmmədov
Pərviz Ələddin oğlu Məmmədov (9 avqust 1989; Bakı, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. 1995–2006-cı illərdə Qaradağ rayonunda Q. Abbasov adına 288 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Məmmədov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərviz Məmmədrzayev
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru. Azərbaycanın xalq artisti (2018). Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır.
Pərviz Məmmədzadə
Pərviz Nağıyev
Pərviz Novruzlu